Bütün xəbərlər
“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat
Tarix: 14-07-2020 16:52 | Bölmə: Siyasət

                  “Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat


“Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsə yeni direktor təyin olunub. 
“Qafqazinfo” xəbır verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə  “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib. 
TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.



Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər