Bütün xəbərlər
Pakistan Ermənistanın təxribatını pislədi
Tarix: 14-07-2020 12:54 | Bölmə: Siyasət

                  Pakistan Ermənistanın təxribatını pislədi

"Pakistan Ermənistan silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonuna təxribat xarakterli hücumunu qətiyyətlə pisləyir".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb: "Həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı diləyirik. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının uzunmüddətli fəsadları ilə regional sülhə və təhlükəsizliyə ciddi təhlükə törədir".
Bəyanatda Ermənistan tərəfinin hücumları təxribət kimi qiymətləndirilib: "Son təxribatlar Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur. Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyərək Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir".



Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər