Bütün xəbərlər
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Tarix: 13-07-2020 16:55 | Bölmə: Siyasət

                Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi                     


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sələfi Ramil Usubovun yaxın adamını təqaüdə göndərib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazirin əmri ilə Gəncə şəhər regional Qeydiyyat İmtahan və texniki baxış şöbəsinin (MERO) rəisi, polis polkovniki Vüqar Məmmədyarov xidmətdə olmanın son yaş həddinə görə vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.
Qeyd edək ki, V. Məmmədyarov uzun müddət bu vəzifədə işləyib. Həmin dövrdə onun barəsində mətbuatda bir çox yazılar dərc olunub. V.Məmmədyarov keçmiş Daxili işlər naziri Ramil Usubova yaxınlığı ilə tanınıb.  
Xatırladaq ki, bir neçə gün əvvəl nazirin əmri ilə Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib



Baxış sayı: 516


Bölməyə aid digər xəbərlər