Bütün xəbərlər
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI
Tarix: 11-07-2020 21:04 | Bölmə: Siyasət

                 Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatıBAŞ TUTMADI


Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.
Bu barədə Unikal.org-a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.
Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.
Məlumat üçün bildirək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.



Baxış sayı: 534


Bölməyə aid digər xəbərlər