Bütün xəbərlər
Vilayət Eyvazovdan Səttar Mehbalıyevin oğlu ilə bağlı yeni əmr
Tarix: 10-07-2020 00:18 | Bölmə: Siyasət

                     Vilayət Eyvazovdan Səttar Mehbalıyevin oğlu ilə bağlı yeni əmr


Daxili işlər orqanlarında kadr dəyişiklikləri davam edir.
"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik Əli İbrahimov vəzifəsindən azad olunaraq Xəzər rayon Polis İdarəsinin rəisi təyin olunub. 
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəisi, polkovnik  İsfəndiyar Mehbalıyev isə Qaradağ rayon Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğludur.



Baxış sayı: 448


Bölməyə aid digər xəbərlər