Bütün xəbərlər
Zakir Həsənovun müavini işdən çıxarıldı - Yeni təyinat
Tarix: 09-07-2020 10:58 | Bölmə: Siyasət

                 Zakir Həsənovun müavini işdən çıxarıldı


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.
General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.


Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər