Bütün xəbərlər
Qorxmaz Abbasov koronavirusdan vəfat etdi
Tarix: 08-07-2020 14:52 | Bölmə: Siyasət

              Qorxmaz Abbasov koronavirusdan vəfat etdi


Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Q. Abbasov bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.
Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı saytımıza təsdiqləyib. Bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.


Baxış sayı: 438


Bölməyə aid digər xəbərlər