Bütün xəbərlər
Naxçıvanda yeni yoluxma qeydə alınmayıb - 0,0%
Tarix: 07-07-2020 14:40 | Bölmə: Siyasət

                 Naxçıvanda yeni yoluxma qeydə alınmayıb


TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son statistikaya əsasən, bəzi bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakı və eləcə də Abşeron rayonunda isə artım müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bu dəfə də bölgələrdə ən çox yoluxma halı Gəncə-Qazaxda müşahidə olunsa da, rəqəmlərdə azalma gözə çarpır. Belə ki, yoluxma faizi 9,4-dən 8,4-ə düşüb.
Digər regionlara nəzər saldıqda isə Aran bölgəsində 7,5%(azalma), Lənkəranda 5,8%(azalma), Quba-Xaçmazda 1,6%(azalma), Şəki-Zaqatalada 1,4%(eyni), Dağlıq Şirvanda 1,2%(azalma), Yuxarı Qarabağda 1,1%(azalma) yoluxma faktı müəyyən olunub.
Naxçıvanda isə yoluxma faktı qeydə alınmayıb: 0,0%
Aktiv halların ərazi üzrə bölgüsünə nəzər saldıqda görərik ki, Bakıda 57%, Sumqayıtda 15%, Abşeronda 6%, Gəncə 3%, Cəlilabad 2%, Lənkəran, Masallı və Yevlaxda 1%, digər regionlarda isə ümumi olaraq 14% yoluxma faktı müəyyən edilir.
Hazırda Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdab rayonları epidemioloji vəziyyətin qənaətbəxş hesab olunduğu bölgələrdir. Yoluxma halı 4-7 arasında dəyişir.
Salyan, Astara, Biləsuvar, Ağcabədi, Neftçala, İsmayıllı rayonları üzrə aktiv xəstə sayında artım müşahidə edilir. Bu bölgələrin “narıncı” zonaya keçməməsi üçün müvafiq epidemioloji nəzarət tədbirləri görülür.
Son günlərdə yüksək yoluxma sürəti müşahidə edilmiş Şəki rayonu isə artıq narıncı zonaya daxildir.
Qeyd edək ki, Operativ Qərargahın sonuncu brifinqində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Naxçıvanda indiyə qədər 142 yoluxma  aşkarlandığını demişdi: “126 nəfər sağalıb, 11 nəfər vəfat edib. Hazırda 5 aktiv xəstənin müalicəsi davam edir”.





Baxış sayı: 391


Bölməyə aid digər xəbərlər