Bütün xəbərlər
Kamran Əliyev yeni təyinatlarla bağlı əmr verdi
Tarix: 06-07-2020 20:10 | Bölmə: Siyasət

                   Kamran Əliyev yeni təyinatlarla bağlı əmr verdi


Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini vəzifələrinə təyin ediliblər.


Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər