Bütün xəbərlər
Azərbaycanda kimlər general-polkovnikdir? - Siyahı
Tarix: 26-06-2020 12:42 | Bölmə: Siyasət

                Azərbaycanda kimlər general-polkovnikdir?

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 20-yə çatıb. Bundan əvvəl isə, 19 məmura general-polkovnik rütbəsi verilib. 
Sözügedən rütbəylə təltif edilən şəxslərin  adlarını təqdim edirik:
 1. Zakir Həsənov - Müdafiə naziri
2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Ramil Usubov – Eks Daxili İşlər naziri,  Prezident yanında Təhlükəsizlik Şurasının katibi 
4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov -  Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi
7. Bəylər Eyyubov - Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi
8. Namiq Abbasov - Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri
9. Səfər Əbiyev – Sabiq Müdafiə naziri
10. Eldar Mahmudov - sabiq Milli Təhlükəsizlik naziri
11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)
16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri
17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri
18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini
19. Vilayət Eyvazov - Daxili İşlər naziri 
20. Məhərrəm Əliyev - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri


Baxış sayı: 526


Bölməyə aid digər xəbərlər