Bütün xəbərlər
Nazir məhkəmə sədrinə töhmət verdi - Karantin rejimini pozub
Tarix: 23-06-2020 23:06 | Bölmə: Siyasət

                 Nazir məhkəmə sədrinə töhmət verdi


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, xüsusi karantin şəraitində videokonfrans formatında keçirilən iclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edib. 
Bildirilib ki, bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib.
İclasda xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.



Baxış sayı: 418


Bölməyə aid digər xəbərlər