Bütün xəbərlər
KİV-də dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşdi
Tarix: 23-06-2020 19:18 | Bölmə: Siyasət

                   KİV-də dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşdi


Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.
"Qafqazinfo"nun məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.



Baxış sayı: 449


Bölməyə aid digər xəbərlər