Bütün xəbərlər
Ağstafaya yeni polis rəisi təyin edildi
Tarix: 11-06-2020 13:13 | Bölmə: Siyasət

                 Ağstafaya yeni polis rəisi təyin edildi


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağstafa rayonuna yeni polis rəisi təyin edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov Ağstafa RPŞ-nin rəisi təyin olunub.
V.Xəlilov bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi olub. 2018-ci ildə isə Kəpəz RPİ-nin rəisi təyin olunub.
Bundan öncə Ağstafa RPŞ-nin rəisi Elsevər Aslanov olub. O, ötən ayın əvvəlində vəzifəsindən çıxarılıb. E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı mərhum Aslan Aslanovun qardaşıdır.


Baxış sayı: 394


Bölməyə aid digər xəbərlər