Bütün xəbərlər
Hesablama Palatasından KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət
Tarix: 10-06-2020 14:15 | Bölmə: Siyasət

                 Hesablama Palatasından KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət


Hesablama Palatasının kollegiyası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.
"Qafqazinfo" xəbər verir ki, palatadan "Report"a bildirilib ki, auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.



Baxış sayı: 405


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib