Bütün xəbərlər
“O polis daxili işlər orqanlarından tamamilə çıxarılıb”
Tarix: 09-06-2020 17:01 | Bölmə: Siyasət

                   “O polis daxili işlər orqanlarından tamamilə çıxarılıb”


Daxili İşlər Nazirliyi Yasamal rayonunda keçirilən əməliyyat zamanı qadına qarşı xoşagəlməz ifadələr işlədən polis əməkdaşı ilə bağlı məsələyə aydınlıq gətirib.
Rəsmi açıqlamada həmin polis əməkdaşının vəzifədən çıxarıldığı qeyd olunduğu üçün sosial şəbəkədə vətəndaşlar bunun polis sistemindən qovulma olmadığını, həmin şəxsin bir müddət sonra başqa vəzifədə polis kimi çalışacağını iddia ediblər.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Çevik Polis Alayının həmin əməkdaşı nazir Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarından xaric edilib:

“Qadına qarşı kobudluq edən əməkdaş müəyyən olunub və bu gün Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub”.
Xidmət rəisi vətəndaş Gülər Süleymanovadan “məndən üzr istənilməyib” məzmunlu açıqlamasına da aydınlıq gətirib:
“Qadın deyir ki, həmin əməkdaş məndən üzr istəməyib. Həmin polis əməkdaşı xidmətdən xaric edildi, onun əvəzinə vətəndaşdan üzr istənilib. Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub”.
E.Zahidov qeyd edib ki, əməliyyat zamanı polis əməkdaşları tərəfindən çəkilən videoların hansı formada sosial şəbəkələr və mediada yayımlanması araşdırılır.


               



Baxış sayı: 449


Bölməyə aid digər xəbərlər