Bütün xəbərlər
Yasamalın icra başçısı iki şöbə müdirini işdən çıxardı
Tarix: 08-06-2020 14:12 | Bölmə: Siyasət

                 Yasamalın icra başçısı iki şöbə müdirini işdən çıxardı


Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iki şöbə müdirini işdən çıxarıb.
“Qafqazinfo”nun Unikal.org-a istinadən məlumatına görə, E.Həsənovun əmri ilə, Yasamal Rayon Icra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdanov Rüfət Saday oğlu, Rayon təsərrüfatı şöbəsinin müdiri Həsənov Seyran Gülməmməd oğlu tutduqları vəzifədən azad ediliblər.
Başçının digər əmri ilə, Teymurov Xaqan Aydın oğlu Yasamal Rayon Icra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Qarayev Cəmil Azər oğlu Rayon təsərrüfatı şöbəsinin müdiri təyin olunublar.



Baxış sayı: 875


Bölməyə aid digər xəbərlər