Bütün xəbərlər
Tanrıverdi Mustafayevi Vaqif Aydınoğlu əvəzlədi
Tarix: 05-05-2020 11:43 | Bölmə: Siyasət

                  Tanrıverdi Mustafayevi Vaqif Aydınoğlu əvəzlədi

"Azərişıq" ASC-də kadr dəyişikliyi edilib.
"Qafqazinfo" xəbər verir ki, səhmdar cəmiyyətin mətbuat xidmətinin rəisi vəzifəsi tanınmış telejurnalist Vaqif Aydınoğluna tapşırılıb.
V. Aydınoğlu məlumatı təsdiq edib.
Mətbuat xidmətinin keçmiş rəhbəri Tanrıverdi Mustafayev isə "Azərişıq" sədrinin müşaviri təyin edilib.
Qeyd edək ki, V. Aydınoğlu bu təyinata qədər ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.


Baxış sayı: 451


Bölməyə aid digər xəbərlər