Bütün xəbərlər
Yeni Baş prokuror ilk çıxışını etdi
Tarix: 01-05-2020 12:27 | Bölmə: Siyasət

                Yeni Baş prokuror ilk çıxışını etdi

Azərbaycanın yeni Baş prokuroru ilk çıxışını edib. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün parlamentin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Kamran Əliyev Milli Məclis kürsüsündə çıxış edərək deyib ki, bu təqdimata görə Azərbaycan Respublikasının siyasi rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə və onun Baş Prokuror seçilməsinə razılıq verdikləri üçün deputatlara minnətdardır:
“Azərbaycan prokurorluğu daim dövlət rəhbərliyinin qayğısını öz üzərində hiss edib. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da prokurorluq orqanlarına olan etimadı doğrultmaq üçün bütün zəruri tədbirlər görüləcək, cinaytəkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərimizə düşən vəzifələri daha məsuliyyətlə icra edəcəyik".


Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər