12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
Süleyman Soylu istefa verdi
Tarix: 12-04-2020 23:55 | Bölmə: Siyasət

                 Süleyman Soylu istefa verdi

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verib. 
"Qafqazinfo" xəbər verir ki, bu barədə NTV-nin canlı efirində bildirilib. Məlumata görə, DİN rəhbəri Türkiyənin 31 əyalətində iki günlük küçəyə çıxma qadağası qərarından sonra yaranan görüntülərə görə istefa verib.
Soylunun istefa məktubunda deyilir: 
“Səylə və diqqətlə həyata keçirilən müddətdə, epidemiyanın tamamilə qarşısının alınması üçün həftə sonu küçəyə çıxmaq qadağasının tətbiqinin məsuliyyəti tamamilə mənə aiddir.
Başlanğıcda məhdud saatlarda da olsa, ortaya çıxan görüntülər mükəmməl idarə olunan bu dövrlə ayaqlaşmadı…
Yaşadığım təcrübə, məsuliyyət üzərimdə olan bu hadisədə mənzərə bu cür olmamalıydı. Xoş niyyətlə, həftə sonunda pandemiyanı dayandırmaq məqsədilə atılan addım idi.
Heç vaxt zərər vermək istəmədiyim Əziz Millətimiz, həyatımın sonunadək sadiq qalacağım Cənab Prezidentimiz məni bağışlasın…
Şərəflə həyata keçirdiyim Daxili İşlər naziri vəzifəmdən ayrılıram…
Bütün dostlara, həmkarlara Allaha əmanət olun deyirəm.
Allah millətimizi qorusun…”.
Xatırladaq ki, cümə günü 48 saat küçəyə çıxmanın qadağan edilməsi qərarından sonra insanlar kütləvi şəkildə mağazalara axışmış, vətəndaşlar arasında qarşıdurma yaranmış və bu qərar da etirazlara səbəb olmuşdu. 



Baxış sayı: 513


Bölməyə aid digər xəbərlər