Prezident ona “Şöhrət” ordeni verdi
Tarix: 27-03-2020 18:45 | Bölmə: Siyasət

               Prezident ona “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev Adil Abdulxalıq oğlu Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Adil Abdulxalıq oğlu Qəribov “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. Sabah onun 70 yaşı tamam olur.
A.Qəribov Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir və həqiqi üzvüdür.
2005-ci ildə Əməkdar Elm Xadimi adına layiq görülüb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər
28-04-2020, 13:18 Niyə onlar seçildi?