21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
Deputatlığa namizəd Mehriban Paşayeva Lerikdə seçiciləri ilə möhtəşəm görüş keçirib
Tarix: 04-02-2020 09:46 | Bölmə: Siyasət
78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyini verən Mehriban Paşayeva təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşünü davam etdirir. Yanvarın 17- dən Lerikin kəndlərində təşviqat aparan Mehriban Paşayeva fevralın 1-də Lerik Mədəniyyət Evində seçiciləri ilə möhtəşəm görüş keçirib. 400 nəfərlik zalda seçicilərdən ibarət izdiham yaşanıb. Hətta Lerik Mədəniyyət Evinin həyətində seçicilər
Mehriban Paşayeva ilə görüş üçün növbə gözləyiblər. Qarlı hava olmasına baxmayaraq Lerik sakinləri böyük ruh yüksəkliyi ilə Mehriban Paşayevanın görüşünə gəliblər. Bir çox seçicilər əllərində Azərbaycanın dövlət bayrağı, Mehriban Paşayevaya aid şəkillər, bukletlər və plakatlar tutublar. Seçicilər sanki bayram əhvali-ruhiyyəsində olublar. Bütün bu bayram təntənəsi Leriklilərin Mehriban Paşayevaya olan inam, sevgi və sayğısından irəli gəlib.
Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra görüşü Lerik ağsaqqalı, ictimai xadim Akif Tağıyev açaraq hər kəsi salamlayıb və deputatlığa namizəd Mehriban Paşayevanı seçicilərə təqdim edib. Daha sonra Mehriban Paşayeva bütün görüş iştirakçılarını salamlayıb və onunla görüşə gəldikləri üçün hər kəsə minnətdarlığını bildirib.

Mehriban Paşayeva Leriklilərə hər zaman inandığını və "Xalqla bir olaq, xalqdan güc alaq" şüarı ilə onlarla deputatlığa namizəd kimi görüşə gəldiyini bildirib. "Biz gücümüzü xalqdan alırıq" deyən namizəd Mehriban Paşayeva du gün Azərbaycan dövlətinin demokratik, siyasi, sosial-iqtisadi inkişafa nail olduğunu vurğulayıb: "Ümummilli Liderimiz Heydər Əliyevin apardığı düşünülmüş dövlətçilik siyasəti öz müsbət nəticəsini verib. Ulu öndərin siyasi varisi Prezident İlham Əliyev hazırda Azərbaycanın hər bir sahədə daha da inkişaf etməsi üçün əzmlə çalışır. Prezident İlham Əliyev dövlət başçısı olaraq öz fəaliyyətində daim Ulu Öndərin amallarını yaşadır və təbliğ edir. Sevindirici haldır kı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə Azərbaycanın birunci xanımı Mehriban Əliyeva da layiqli töhfələr verir. Milli mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Mən də Prezidentimizin uğurlu siyasi xəttini dəstəkləyərək öz məqsədlərimə çatmaq üçün ulu öndərin azərbaycançılıq ideyasına əsaslanıb fəaliyyət göstərirəm".

Mehriban Paşayeva hər zaman dövlətə və dövlətçiliyə xidmət etdiyini deyib: "Ölkədə və xaricdə layihələr keçirirəm, xeyriyyə kampaniyalarında iştirak edirəm. Türkiyədə və digər ölklərdə keçirdiyim görüşlərdə vətəndaş cəmiyyəti nümayəndəsi olaraq Azərbaycanı layiqli şəkildə təmsil etmişəm".
Mehriban Paşayeva Dünya Azərbaycanlılarının Platformasının rəhbəri olaraq “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verdiyini bildirib: "Bildiyiniz kimi, ötən il oktyabrın 3-də Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində çıxışında “Valday” Klubunun plenar sessiysında Ermənistanın işğalçılıq siyasətini ifşa edərək “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını verməklə qətiyyət nümayiş etdirmişdi.
Biz də DAP olaraq ölkə başçısının bu fikrini şüar edərək 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində Türkiyə Böyük Millət Məclisində "Dünyada sülh: Qarabağ -

Azərbaycandır!” adlı sərgi keçirdik. Guşədə Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablar sərgilənib. Sərgini ziyarət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, sabiq Baş nazir Binəli Yıldırıma, Türkiyə Parlamentinin sədri Mustafa Şentopa, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıya, digər fraksiya rəhbərlərinə və millət vəkillərinə kitablar hədiyyə olundu. "Dünyada sülh: Qarabağ - Azərbaycandır!” adlı sərginin təşkil olunmasında məqsəd - Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesinə töhfə verməkdir. Soydaşlarımız bu layihəni Türkiyənin ali təhsil müəssisələrində, mədəniyyət mərkəzlərində və qalereyalarında da həyata keçirmək niyyətindədirlər".
Əslinin, kökünün Lerikdən olduğunu deyən Mehriban Paşayeva bildirib ki, ata-baba yurduna bağlı olan bir insan kimi əsas məqsədi Parlamentdə Leriklilərin istəklərini təmin etməkdir: "Əziz lerikli atalar, analar, bacılar və qardaşlar İnanıram kı, bu gün valideynlərimin də ruhu şaddır. Çünki mən onların böyüyüb boya-başa çatdığı torpaqlarda sizlərlə görüşürəm və sizlərin problemlərinin həlli üçün əlimdən gələni edəcəm.

Sizlərlə görüşmək, sizləri dinləmək, çətinliklərinizə yardımçı olmaq, mənim üçün qürurdur və bu, mənim işimə olan məsuliyyətimi daha da artırır.
Mən hər zaman sizin yanınızda olacam. Çünki sizlər mənim mənəvi gücümsüz. Sizlər mənim istinad yerim, güc mənbəyimsiz. Mən leriklilərə inanıb bu yola çıxmışam. Sizlər mənə etimad göstərib fevralın 9-da Milli Məclisə üzv seçərsinizsə həm ümumrespublika xarakterli, həm də bilavasitə deputat seçiləcəyim Lerikin problemlərinin həllinə diqqət yetirəcəyəm. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxır. Mən də seçilərəmsə bu baxımdan sizlərlə olacam. Çalışacam ki, hər zaman Leriklilərin ümid yeri olum.
Sizə qarşı olan hər hansı haqsızlığı özümə qarşı bilmiş olacam və bunların aradan qaldırılmasına çalışacam. Belə halların təkrarlanmaması üçün aidiyyəti orqanlarda məsələ qaldıracam. Mən sizə vəd verməyə yox, iş görməyə gəlmişəm. Sizlər üçün çalışmağı özümə şərəf bilirəm.
Millət vəkili kimi sizin arasında olacağam. Hər birinizin müraciət və təkliflərinizlə şəxsən tanış olub lazımi tədbirlərin görülməsinə çalışacağam. Lerikin davamlı sosial-iqtisadi inkişafı üçün əsaslı təkliflər irəli sürəcəm. Lerikdə əhalinin qarşılaşdığı nöqsanların aradan qaldırılmasını cavabdeh orqanlardan tələb edəcəm".
Mehriban Paşayeva Leriklilərin ona göstərdiyi ehtiramdan məmnunluğunu ifadə edib: "Sizlər öz istiqanlılığınızı bir daha nümayiş etdirdiniz. Sizlərlə görüşlərimdə Leriklilərin necə sadiq insanlar olmağına şahid oldum. Mən də deputat seçilərımsə sizə sadiq olacam və Leriklərin haqları uğurunda fəaliyyətimi davam etdirəcəm.
Məni deputat seçərsiniszə sahibkarları Lerikdə kiçik müəssisələr yaratmağa cəlb edəcəm və işsiz sakinlərin orada işlə təmin olunmasına çalışacağam. Lerikdə təmirə ehtiyacı olan bütün təhsil müəssisələrinin, mədəniyyət evlərinin və ictimai iaşə obyektlərinin düzəldilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldıracam.
Mən 20 ilə yaxındır ki, bələdiyyə üzrə çalışıram. Bu istiqamətdə təcrübəmə əsaslanaraq Lerikdə bələdiyyə və icra orqanlarından üzərlərinə düşən işlərin öhdəsindən gəlmələrini tələb edəcəm.

Əgər sizlər bu seçkidə mənə etimad göstərərsizsə, səlahiyyətlərim çərçivəsində bütün məsələlərin həllində onlara köməklik göstərəcəm. Mən sizlərə inanıram. Sizlər mənim güvənc yerimsiz. Mən əgər deputat seçilərəmsə, var qüvvəmlə çalışıb sizlərin etimadını doğruldacam".
Mehriban Paşayeva deyib ki, Lerik sakinləri ilə görüşlərində göstərilən səmimi münasibət onu daha da ruhlandırıb: "Mən sizlərdən mənəvi güc aldım. Lerik hər zaman Azərbaycanda uzunömürlülər diyarı kimi tanınıb. Dünyada Lerikin üzümömürlü insanlarının tanınması üçün səy göstərəcəm. Mən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sosial siyasət konsepsiyası istiqamətində təkliflər irəli sürəcəm. Fermerlərə uzunmüddətli ipoteka şərtləri ilə torpaq sahələrinin ayrılmasına çalışacağam.
Lerik gənclərinin sahibkarlıq işinə marağının artırılması və biznes qurmaları üçün maarifləndirmənın aparılmasına calışacam. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği istiqamətində maarifləndirməni genişləndirmək və artırmaq məqsədiylə xüsusi dövlət proqramlarının hazırlanmasını təklif edəcəm. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı həkimlərin, elm adamlarımızın, idmançıların, biznesmenlərin və s. axtarıb tapılması, onların öz ölkəmizə töhfələr vermələri üçün layihələr həyata keçirəcəm".
O bildirib ki, torpağına, elinə bağlı insandır: "Məhz sizə olan sevgim məni Lerikə gətirib. Mən Lerikdən deputatlığa ilk qadın namizədəm. Mənə etimad göstərib seçərsinizsə Lerik tarixində ilk xanım deputatınız olacam.
Mən Lerikli tələbələrlə Bakıda tez-tez görüşlər keçirəcəm, onların hər hansı probleminin həlli üçün çalışacam. Lerikli intellektual səviyyəli gənclərin önə çəkilməsi, onların işlə təmin olunmasına çalışacam. Lerikdəki tarixi abidələrin (müqəddəs ocaqların) bərpa olunması məsələsini Mədəniyyət Nazirliyi qarşısında qaldıracağam. Lerikin ucqar kəndlərinə yolların çəkilməsi məsələsini müvafiq icra nümayəndələri və bələdiyyələr vasitəsi ilə həll edəcəm.
Lerikdəki xəstəxanalarda əsaslı təmir işləri aparılmasının Səhiyyə və Maliyyə nazirlikləri tərəfindən həll olunmasına çalışacağam. Ucqar kəndlərdə yeni orta məktəblərin inşa olunması məsələsini Təhsil Nazirliyi qarşısında qaldıraraq həll olunmasına çalışacağam. Peşəkar müəllimlərin və həkimlərin ucqar kənd yerlərində işləməsinə dəstək göstərmələri üçün Təhsil və Səhiyyə nazirlikləri ilə danışıqlar aparacam".
Mehriban Paşayeva deyib ki, Milli Məclisə üzv seçilərsə, ata-baba yurdu olan Lerikin problemlərinin həllinə yardım göstərməkdən şərəf duyacaq: "Seçki platformam üzrə üzərimə götürdüyüm öhtəliklərin yerinə yetirilməsi ilə kifayətlənməyərək deputat səlahiyyətlərinin mənə verdiyi imkanlardan istifadə edərək mənim üçün doğma olan Lerikin sakinlərini narahat edən digər məsələlərin həllinə də maksimum dərəcədə səy göstərəcəyəm.
Hər zaman Ulu öndər Heydər Əliyevin, Azərbaycan dövlətinin Prezidenti Cənab İlham Əliyevin apardığı siyasi kursa uyğun fəaliyyət göstərmək mənim üçün qururdur. Bundan sonra da əmzlə bu yolda var qüvvəmi sərf edəcəm. Mənim uğura gedən yolum Siz-Leriklilərlədir.
Yaşasın Azərbaycan dövləti və xalqı! Yaşasın Azərbaycan Prezidenti!
Yaşasın Lerik əhalisi!".
Mehriban Paşayevanın çıxışları dəfələrlə zaldakılar tərəfindən alqışlanıb. Seçicilər ayağa qalxaraq alqış sədaları altında Mehriban Paşayevaya təşəkkürlərini bildirib və şüarlar səsləndiriblər. Onlar Mehriban Paşayevanın seçicilərin dəstəyini qazanacağına ümidli olduqlarını bildiriblər. Sakinlər Mehriban Paşayevanın seçicilərə belə diqqət göstərməsini böyük sevinclə qarşılayıblar. Ona hər bir işində uğurlar arzulayaraq Lerikin ilk xanım deputatı olacağına inandıqlarını vurğulayıblar. Leriklilər 9 fevralda yekdilliklə Mehriban Paşayevaya səs verəcəklərini bildiriblər.
Deputatlığa namizəd Mehriban Paşayeva isə seçicilərin təklif və iradlarını dinləyərək cavablandırıb. O, bütün Lerik sakinlərini parlament seçkilərində yaxından iştirak etməyə çağırıb.
Görüşün sonunda seçicilər Mehriban Paşayeva ilə səmimi söhbət edib və xatirə şəkilləri çəkdiriblər.
Sabaha-inamla.AZ
Baxış sayı: 1 400
Bölməyə aid digər xəbərlər
Tarix: 04-02-2020 09:46 | Bölmə: Siyasət
78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyini verən Mehriban Paşayeva təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşünü davam etdirir. Yanvarın 17- dən Lerikin kəndlərində təşviqat aparan Mehriban Paşayeva fevralın 1-də Lerik Mədəniyyət Evində seçiciləri ilə möhtəşəm görüş keçirib. 400 nəfərlik zalda seçicilərdən ibarət izdiham yaşanıb. Hətta Lerik Mədəniyyət Evinin həyətində seçicilər Mehriban Paşayeva ilə görüş üçün növbə gözləyiblər. Qarlı hava olmasına baxmayaraq Lerik sakinləri böyük ruh yüksəkliyi ilə Mehriban Paşayevanın görüşünə gəliblər. Bir çox seçicilər əllərində Azərbaycanın dövlət bayrağı, Mehriban Paşayevaya aid şəkillər, bukletlər və plakatlar tutublar. Seçicilər sanki bayram əhvali-ruhiyyəsində olublar. Bütün bu bayram təntənəsi Leriklilərin Mehriban Paşayevaya olan inam, sevgi və sayğısından irəli gəlib.

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi