14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Həbs olunan başçının oğlu işdən çıxarılıb
Tarix: 15-01-2020 14:00 | Bölmə: Siyasət

                 Həbs olunan başçının oğlu işdən çıxarılıb

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb.
Bunu "Qafqazinfo"nun sualına cavab olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, Ramal Quliyev həqiqətən də əvvəl Baş İdarənin əməkdaşı olub, lakin hazırda işləmir.
Kamran Əliyev bildirib ki, Ramal Quliyev özünün müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, R. Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq işləyib. Sabiq başçının digər oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. 
Xatırladaq ki, dekabrın 18-i DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafa icra başçısı Nizaməddin Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər. 



Baxış sayı: 494


Bölməyə aid digər xəbərlər