14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Xanhüseyn Kazımlı sosial şəbəkədə yayılan məktubdan danışdı
Tarix: 10-01-2020 16:29 | Bölmə: Siyasət

                  Xanhüseyn Kazımlı sosial şəbəkədə yayılan məktubdan danışdı

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə onun adından yayılan məktub barədə açıqlama verib.
"Qafqazinfo" xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında millət vəkili bildirib ki, nə özü, nə partiyası Prezident İlham Əliyevin adına belə bir müraciət ünvanlayıb:
"Biz həm partiya olaraq, həm də bir millət vəkili kimi hər zaman cənab Prezidentin kursunu dəstəkləmiş, tövsiyələrini əsas götürmüşük. Dövlət başçısının islahat kursuna sadiqik və fəaliyyətimizdə bu tezisləri əsas götürürük. Yayılan müraciətə gəldikdə isə, o saxtadır, kimlərsə tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılıb. Həmin müraciətin şəklinə diqqətlə baxanda orda fotoşopun izlərini aydın şəkildə görmək olur. Göründüyü kimi, orda nə imzamız, nə də möhürümüz var".



Baxış sayı: 587


Bölməyə aid digər xəbərlər