14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
MSK onunla bağlı qərarı ləğv etdi
Tarix: 09-01-2020 23:27 | Bölmə: Siyasət

                MSK onunla bağlı qərarı ləğv etdi

Ümid Partiyası tərəfindən 30 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadıqova İlahə namizədliyinin sözügedən dairədən qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
"Qafqazinfo" xəbər verir ki, Dairə Seçki Komissiyası qərardan imtinaya səbəb kimi  500 imzadan 88-nin etibarsız olduğunu hesab edib. Bu da namizədliyin qeydə alınmasından imtina üçün əsasdır. Ancaq namizədin müracəti MSK- ya daxil olandan sonra araşdırılıb ki, imzalardan 467- si etibarlıdır. Bu da namizədin qeydə alınması üçün kifayət edir.
Beləliklə, MSK Dairə Seçki Komissiyasının namizədliyin qəbul edilməsindən imtina edilməsi ilə bağlı qərarını ləğv edib. 



Baxış sayı: 565


Bölməyə aid digər xəbərlər