Bütün xəbərlər
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
Tarix: 09-09-2026 15:33 | Bölmə: Digər

Yaponiyanın Aiçi prefekturasında güclü yağışlar ikinci gündür davam edir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Kommersant" qəzetinin "Yomiuri" qəzetinə istinadən verdiyi məlumata görə, xüsusilə Naqoyada saatda rekord miqdarda 104,5 mm yağış qeydə alınıb və 2 milyon sakin təxliyə olunub.
Naqoyanın mərkəzi Sakae rayonunda yollar su altında qalıb, su dizə qədər qalxır. Pik saatlarda Naqoya Bələdiyyə Metrosu da daxil olmaqla bütün ictimai nəqliyyat dayandırılıb. Evə qayıda bilməyən insanlar üçün Naqoya Stansiyasının yaxınlığında və digər yerlərdə müvəqqəti sığınacaqlar yaradılıb.
YAPON QƏZETİ YAZIR.
Yaponiya Meteorologiya Xidməti Şonai çayından mümkün daşqınlar barədə xəbərdarlıq edir.Agentliyin məlumatına görə, 9 sentyabr axşamına qədər bəzi ərazilərdə yağıntının 200 mm-ə, 10 sentyabra qədər isə daha 80 mm-ə çatacağı gözlənilir.Hələlik itkilər barədə məlumat yoxdur.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər