Bütün xəbərlər
Zakir Qaralov iki rayona gənc prokuror təyin etdi
Tarix: 25-12-2019 18:46 | Bölmə: Siyasət

                  Zakir Qaralov iki rayona gənc prokuror təyin etdi

Baş Prokuror Zakir Qaralov iki rayona gənc prokuror təyin edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.
Zakir Qaralovun imzaladığı əmrlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin Şəki rayon prokuroru təyin edilib.
Z.Qaralovun digər əmri ilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyev isə Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.


Baxış sayı: 488


Bölməyə aid digər xəbərlər