21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
Prezidentdən söz istəyən icra başçısı problemdən danışıb
Tarix: 20-12-2019 22:19 | Bölmə: Siyasət
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
“Qafqazinfo” Marja.az-a istinadən xəbər verir ki, müşavirədə nəzərdə tutulmuş çıxışlar bitən zaman Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezidentdən ona söz verilməsini xahiş edib. Prezident isə ona kürsüyə çıxaraq çıxış etməsini təklif edib.
Nazim İsmayılov çıxışına “Möhtərəm cənab Prezident, çox vaxt almaq niyyətində deyiləm, amma pambıqçılıqla bağlı bir problemi çatdırmaq istəyirəm” cümləsiylə başlayıb:
“Bu gün buraya toplaşmaqda məqsəd pambıqçılıqda olan problemləri Sizin rəhbərliyinizlə öyrənmək, gələcəkdə məhsuldarlığın artırılması hesabına pambıq tədarükünü yüksəltməkdir. Bilirsiniz ki, Saatlı pambıqçılıq sahəsində respublikada əvvəllər də yüksək nəticələr qazanıb. Bu il də respublikada ən çox pambıq tədarük edən Saatlıdır, 42 min tona yaxın pambıq tədarük edib. Bu, keçənilkindən, təqribən 12 min tona yaxın artıqdır, hər hektardan 11 sentner artıqdır. Əhali bu pambıqdan 20 milyona yaxın xalis gəlir götürüb.
Bunları deyib, bir daha qeyd edirəm, vaxtınızı almaq niyyətində deyiləm, əsas problemə keçmək istəyirəm. Çünki Saatlı rayonunun 108 min əhalisinin 90 mini kənddə yaşayır. Bu kəndlərdə də camaatın işi ancaq təsərrüfatdır, bu gün də burada pambıqçılıq əsas yer tutur. Saatlıda suvarma ilə əlaqədar bizim ciddi problemlərimiz var. Məndən əvvəl də bu problemlər qaldırılıb. İndi bu il quraqlıq keçdi, buna baxmayaraq biz vəziyyətdən birtəhər çıxdıq. Amma nəzərə almaq lazımdır ki, biz pambığın 3 min hektarını bir dəfədən artıq suvara bilmədik. Dörd min hektarda birinci suvarma ilə ikinci suvarma arasında aqrotexniki tədbirlər, tələblər pozuldu. Qısası, burada məsələni həll etmək üçün Kür çayından Saatlıya 20 kubmetr həcmində 17-18 kilometrlik məsafədən su xətti çəkilməsi layihəsi var və bu, Sizin göstərişinizlə İqtisadiyyat nazirinə tapşırılıb. İqtisadiyyat naziri də bu tapşırığı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərib. Mən bütün aidiyyəti qurumlarda olmuşam və layihə də işlənir. Amma bu gün burada onunla əlaqədar söhbət getmədi. Elə bugünkü tədbir, cənab Prezident, qoy saatlılıların uzun illər mövcud olan bu probleminin həllini təmin edən gün olsun. Çünki Sizin tapşırığınızla Arazdan 54 kilometrlik əlavə bir yeni qol da çəkildi. Orada qış otlaqları əkin sahəsi altına keçirildi. İstər-istəməz bu da o sudan götürülür.
.jpg)
Ona görə də bizim su problemlərimizi, çətinliyimizi aradan qaldırmaq üçün bu layihə çox vacibdir. Eyni zamanda, köhnə daşıyıcı su kanalları var. Əhməd müəllim bunları yaxşı bilir, Arazdan gələn daşıyıcı su kanalları uzun illərdir təmir edilmədiyindən nasos vasitəsi olmadan öz axını ilə gələn o suların bir hissəsi itkiyə gedir. Təsəvvürünüzə gətirin ki, Arazdan gələn suyun 30 faizi itkiyə gedir, axmaz göllərdə qalır, ona görə çətinliyimiz var. Mən fürsətdən, yaratdığınız şəraitdən, imkandan istifadə edərək bu problemi Sizin ali diqqətinizə çatdırmaq istədim. Ümid edirəm ki, Sizin bilavasitə nəzarətinizlə bu problem tezliklə öz həllini tapacaq. İnanın ki, bu il suda problem olmasaydı, biz 50 min ton pambıq verəcəkdik. Saatlı 1981-ci ildə Ulu Öndərin rəhbərliyi dövründə ən yüksək pambıq istehsal etdi - 60 min ton. Bu il isə 42 min ton oldu. Amma biz 50 min tonu tədarük edə bilərdik. Ona görə çox xahiş edərdim ki, saatlılıların bu müraciətini öz nəzarətinizdə, diqqətinizdə saxlayasınız, bizə kömək olunsun.
Mən vaxtınızı aldığıma görə dönə-dönə üzr istəyirəm. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Yaxşı ki, bu məsələni qaldırdınız. Saatlı hazırda ən böyük pambıqçılıq rayonudur və 42 min ton pambıq tədarük edib. Sovet vaxtında Bərdə, Sabirabad birinci-ikinci yerləri bölüşürdü. Amma hazırda pambıqçılıq Saatlının əsas iqtisadi sahəsidir. Məşğulluğu təmin edən də məhz pambıqçılıqdır. Siz Saatlıda bu yaxınlarda işləməyə başlamısınız, əvvəl qonşu rayonda - Sabirabadda işləmisiniz. Yaxşı bilirsiniz ki, Saatlıda və o cümlədən Sabirabadda biz pambıqçılığa dövlət dəstəyi verənə qədər işsizliklə bağlı çox böyük problemlər var idi. Pambıqçılıq bu problemləri demək olar ki, aradan qaldırdı. Baxmayaraq ki, su ilə bağlı problemlər olub, amma yenə də hektardan 30 sentnerdən çox məhsul əldə edilib. Çox gözəl göstəricidir. O ki qaldı, Kür çayından yeni kanalın çəkilməsinə, indi Əhmədzadə məlumat versin bu məsələ nə yerdədir?
.jpg)
Əhməd Əhmədzadə: Cənab Prezident, mən Nazim müəllimin dediklərini təsdiq edirəm ki, Saatlıda doğrudan da müvafiq problemlər var. Ümumiyyətlə, Muğan zonasında su problemləri var. Orada suyun təminatı iki sahədən gedir – Arazla, bir də Kür çayı ilə. Kür çayı ilə bağlı problem yoxdur. Amma Araz çayında su ilə bağlı bir az məhdudiyyət olur. Ona görə hamı istəyir ki, Kür çayından da böyük mənbə əldə etsin. Biz o məsələni öyrənmişik, Sizin yanınızda olanda mən bir balaca izah etmişdim. Siz dediniz ki, layihə hazırlayın, baxaq. Biz bu dəqiqə layihə hazırlayırıq. Suqovuşanda - Kür çayı ilə Araz çayının qovuşduğu yerdə nasos stansiya tikməklə 16 kilometr məsafəyə suyu nəql edərək, Saatlıya 20 kubmetr suyun verilməsi mümkündür. Hazırda layihə işlənir və biz İqtisadiyyat Nazirliyinə verdiyimiz təkliflərdə o var.
İkinci problem Orta Muğan kanalı ilə bağlıdır, 50-60 ilin torpaq kanalıdır. O kanal özü də qumsal sahədən keçdiyi üçün süzülmə çox böyükdür. Mən Sizə keçən dəfə görüşdə dedim ki, biz o kanalları beton üzlüyə almasaq, itkilər çox olacaq. Həmin kanalla biz 27 kubmetr su verə bilirik. Amma əgər hər yerin suyunu bağlasaq, aşağıdakı təsərrüfatlara 5 kubmetrə yaxın su gedib çıxacaq. Deməli, 44 kilometr uzunluğunda kanalda itkilər çox böyükdür. Həmin o kanalda da bərpa işləri görmək lazımdır ki, beton üzlüyə alınsın. O da bizim verdiyimiz təkliflərin içərisində var.
Prezident qeyd edib ki, bu müşavirədə digər icra başçıları da iştirak edirlər:
“Yəqin ki, hər bir rayonda buna oxşar problemlər var. Müşavirədən sonra siz də təkliflərinizi verin, həm Zeynal Nağdəliyev, həm Kənd Təsərrüfatı naziri, həm də “Meliorasiya və Su Təsərrüfatı” cəmiyyəti baxacaq. Biz bu təklifləri gələn ilin investisiya proqramına sala bilərik. Çünki gələn ilin investisiya proqramı tərtib olunur, ilin sonunda təsdiq ediləcək. Biz yanvardan artıq onun icrasına başlamalıyıq. Ona görə vaxt azdır, təklifləri verin, amma o təklifləri ki, onlar real nəticə verə biləcək layihələrdir”.
Baxış sayı: 718
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi