Bütün xəbərlər
Əliyevlə Putin Sankt-Peterburqda görüşəcəklər
Tarix: 19-12-2019 04:00 | Bölmə: Siyasət

                   Əliyevlə Putin Sankt-Peterburqda görüşəcəklər

Dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İttifaqı İqtisadi Şurasının (AİİŞ) qeyri-formal sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Moskva-Baku” nəşri xəbər verib.  
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin AİİŞ-ə daxil olmayan MDB ölkələrinin liderlərini qeyri-formal sammitə hələ oktyabr ayında dəvət etmişdi.
Mənbə onu da qeyd edir ki, sammit çərçivəsində Sankt-Peterburqda İlham Əliyevlə Vladimir Putinin görüşü baş tutacaq.



Baxış sayı: 554


Bölməyə aid digər xəbərlər