14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Milli Şuranın boykot qərarı tənqid edildi
Tarix: 02-12-2019 17:57 | Bölmə: Siyasət

                  Milli Şuranın boykot qərarı tənqid edildi

Azərbaycanda gözlənilən növbədənkənar parlament seçkilərini Milli Şuranın boykot etmək variantına müxalif dairələrdən etirazlar gəlib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, tarixçi Altay Göyüşov AXCP rəhbərliyinin və üzvlərinin fəaliyyətini sərt tənqid edib:
“AXCP-nin hakimiyyətə demokratik alternativ olmasına camaatı inandırmaq çox çətin görünür. Bunlar məhz alternativ olduqlarını açıq-aydın göstərə biımədiklərinə görə də xalqdan dəstək ala bilmirlər və sonra da dönüb xorla xalqın özünü günahkar çıxartmağa çalışırlar.
Seçkiyə isə mütləq getmək lazımdır. Bunların anti-seçki təbliğatına fikir vermədən. Bunların öz başına girmir ki, hakimiyyət üçün, boykot olunan 2018 seçkisi, boykot olunmayan 2013 seçkisindən qat-qat rahat keçdi. İndi heç iştirak etməsinlər, özləri bilər. Bu majoritar parlament seçkisidir. Sadəcə dairələrdə təşkilati bacarığı olan, camaat arasında tanınan adamların namizədliyini verməsi və gəncliyi də seçki prosesinə qoşması bəs edir”.
Hüquqşünas Rəşid Hacılı da boykot qərarını dəstəkləmədiyini bildirib.
Jurnalist Xədicə İsmayıl da bildirib ki, əgər müxalifət bütünlüklə bu qərarı dəstəkləməsə, boykot uğursuz gediş olacaq.
Bundan başqa, bir çox müxalif siyasi fəallar da boykotun yanlış qərar olduğunu bildiriblər və müxalifəti seçkidə iştirak etməyə səsləyiblər.



Baxış sayı: 610


Bölməyə aid digər xəbərlər