14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Sammitə sayılı günlər qalıb-Samid Quliyev
Tarix: 09-11-2019 20:25 | Bölmə: Siyasət

Bu gün ölkəmizdə millətlərarası münasibətlər, multikulturalizm, tolerantlıq və xüsusilə də din sahəsində həyata keçirilən dövlət siyasəti günü-gündən inkişaf etməkdədir. Azərbaycanda mövcud olan sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. 14-15 noyabr tarixlərində keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti” də çox böyük əhəmiyyətə malik olan bir tarixi hadisədir. Təsadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Əsrlər boyu ölkəmizdə müxtəlif millətlər, dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş sammitini sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə hesab etmək olar. Bu ilki keçiriləcək sammit də həmin tədbirin davamıdır. Sammitdə Moskva və Bütün Rusiyanın patriarxı Kirill, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları iştirak edəcəkdir. Bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycana gəlməsi, keçiriləcək müzakirələrdə iştirak etmələri böyük əhəmiyyətə malik olan bir hadisədir. Sammitin çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Vətənimiz, ölkəmiz, xalqımız üçün xeyirli olsun.
Samid Quliyev, ilahiyyatçı-alim



Baxış sayı: 1 582


Bölməyə aid digər xəbərlər