14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Deputat Yevgeni Primakovun 90 illik yubileyindən yazdı:həmkarlarını müdafiə etdi
Tarix: 03-11-2019 14:26 | Bölmə: Siyasət
Böhtanın dəhşəti ondadır ki,onun ədalətsizliyinin qurbanı günahsız adam olur və
bu ədalətsizliyi iki nəfər həyata keçirir. Böhtanı yayan və böhtana inanan.
Heredot

-Dəyərli dostlar. Bütün şüurlu həyatım boyu həmişə çalışmışam ki,harada yaşamağından,işləməyindən asılı olmayaraq,xalqımızın nümayəndələri cılız, xırda hisslərlə yaşamasınlar. Hər bir vətəndaşımız öz gündəlik həyatında,şəxsi nümunə göstərərək dedi qodudan,şaiyə, böhtandan uzaq olsunlar, cəmiyyətin mənəvi saflaşmasına töhfələrini versinlər. Əks halda, sosial şəbəkələrin, müxtəlif kütləvi informasiyalarının yaratdığı məlumat dalğasında nəyin doğru,nəyin əyri olduğunu ilk baxışdan müəyyənləşdirmək adi insanlar üçün çətin olur.
Bu günlərdə Bakı slavyan universitetində Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilən tədbirdə, guya ki, MM-in üzvləri Səməd Seyidov,Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak etmişlər. Tədbirin keçirilməsi,məqsədləri və yaxud təşəbbüskarının kim olması ilə əlaqədar, hər hansı məlumatım olmadığı üçün konkret fikir söyləmək mənim üçün çətindir.
Amma fakt ondan ibarətdir ki, həmin tədbir ictimaiyyət arasında müəyyən rezonans yaratdı və həmkarlarımızdan heç biri orada iştirak etməmişdir. Düşünürəm ki, insanların səmimi hissləri ilə oynayaraq, uzun illər sədaqətlə Azərbaycan dövlətçiliyinə xidmət edən, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ziyalı insanları kütləvi tənqid atəşinə tutmaq və bəzi hallarda təhqir etmək yol verilməzdir.
Mən onları deputat seçilmməmişdən çox əvvəldən tanımışam və hər birinin süni vətənpərvərlikdən uzaq, yüksək əxlaqi, mədəni keyfiyyətlərin daşıyıcısı olduqlarını deyə bilərəm.
Cənablar, yaddan çıxartmaq lazım deyil ki, həyatda nə edirsənsə, bumeranq effekti verir.Gəlin cılız hisslərdən uzaq, ədalətli olaq.



Baxış sayı: 574


Bölməyə aid digər xəbərlər