14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Türk iş adamından təkilf: “Türkiyə məktəblərində Azərbaycan, Avropada Qarabağ...”
Tarix: 22-10-2019 10:58 | Bölmə: Siyasət
             

Türkiyəli iş adamı Kamal Dəyirmançı Azərbaycanla bağlı maraqlı təklif irəli sürüb.
O, Qlobal Jurnalistlər Birliyinin Azərbaycan səfəri zamanı Qarabağın Azərbaycanlı İcmasının xarici jurnalistlərlə görüşündə iştirak edib.
Görüş zamanı Kamal Dəyirmançı bildirib ki, hazırda Türkiyə məktəblərində, xüsusilə 1-ci siniflərdə Azərbaycan, Qarabağla bağlı  bilgilərin verilməsinə xüsusi ehtiyac var.
İş adamı Modern.az-a açqılamasında qeyd edib ki, Türkiyə məktəblərində Azərbaycanın tarixi, gerçəklikləri ilə bağlı  heç bir əyani vəsait yoxdur.
O, Türkiyə və Azərbaycan Təhsil nazirliklərinə müraciət edərək bildirib ki, bu məsələnin həlli üçün hər iki qurum arasında əməkdaşlıq olmalıdır:
 “Türkiyənin orta məktəblərində Azərbaycan gerçəkliyini, hər iki ölkənin qardaşlıq münasibətini əks etdirən, sinifdənxaric oxu üçün dərsliyin olması vacibdir. Bu məsələ barədə mütləq danışıqlar aparılmalı, problem öz həllini tapmalıdır. Azərbaycanda demək olar ki, kiçikdən böyüyədək əksəriyyətin Türkiyə barədə dərin bilgilərə malik olduğuna şahidlik etmişəm. Lakin təəssüf ki, Türkiyədə bu məsələ tamamilə fərqlidir. Hesab edirəm ki, Türkiyədəki məktəblərdə Azərbaycanla bağlı dərsliyin tədrisi çox zəruridir”.
Kamal Dəyirmançı Qarabağ məsələsinə də toxunub:
“Mən Avstriya vətəndaşıyam. Çox yaxın zamanlarda Dağlıq Qarabağla bağlı Avropa ölkələrində türkiyəli iş adamları ilə birlikdə böyük bir təşkilat yaradacağıq. Bu məsələ ilə bağlı bəzi yoldaşlarımla da söhbətlər aparılıb. Təşkilatın yaxın zamanlarda Avropanın mərkəz ölkələrindən birində yaradılmasını nəzərdə tutmuşuq, qurum işlək bir mexanizmə sahib olacaq”.



Baxış sayı: 725


Bölməyə aid digər xəbərlər