14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Lavrov Qarabağla bağlı danışıqların pozulduğunu təsdiqlədi
Tarix: 02-10-2019 20:56 | Bölmə: Siyasət

                     Lavrov Qarabağla bağlı danışıqların pozulduğunu təsdiqlədi


Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı danışıqların pozulduğunu təsdiqləyib.
“Qafqazinfo”nun məlumatına görə, o, “Valday” Beynəlxalq Müzakirə Klubunun Soçidə keçirilən XVI illik toplantısında çıxış edərkən Dağlıq Qarabağ ətrafında vəziyyətin nizama salınması üzrə siyasi prosesin tormozlandığını, bu istiqamətdə irəliləyişə nail olmağın hələlik mümkün olmadığını bildirib.
“Son vaxtlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır, baş verənlər elə də böyük deyil. Həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib. Tutulan şəxslərin mübadiləsi hazırlanır - çox az, kiçik miqdarda, amma buna baxmayaraq, hansısa proseslər gedir. ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dost münasibətində işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprelində mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Dağlıq Qarabağdakı vəziyyətə gəlincə, deyərdim ki, bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Amma siyasi proses tormozlanıb və hələlik bu tormozlanmadan çıxmaq mümkün olmur", - deyə S.Lavrov qeyd edib.
XİN rəsmisi Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmədiyini bildirib.  
“Biz əlimizdən gələni edəcəyik ki, bu baş verməsin”, - deyə S. Lavrov fikrini yekunlaşdırıb.



Baxış sayı: 542


Bölməyə aid digər xəbərlər