Bütün xəbərlər
Putin Paşinyanla görüşdən imtina etdi
Tarix: 19-09-2019 13:45 | Bölmə: Siyasət


                     Putin Paşinyanla görüşdən imtina etdi

“Rusiya Prezidenti Vladimir Putin görünür ki, bir neçə saatlıq Ermənistana gələcək. O, Yerevanda qalmayacaq, Avrasiya İttifaqı çərçivəsində görüşlərdə iştirak edib, qayıdacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yerevanda nəşr olunan “168 Jam” qəzeti şəxsi mənbələrinə istinadən məlumat yayıb.
Nərşr yazır ki, Putin hətta, liderlərin şərəfinə verilən şam yeməyində də iştirak etməyəcək.
Qeyd olunur ki, Ermənistan tərəfi ikitərəfli görüş istəsə də, lakin hazırda Rusiya tərəfi Baş Nazir Nikol Paşinyanın bu tələbini rədd edib.


Baxış sayı: 587


Bölməyə aid digər xəbərlər