21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
90-cı illərdə nəşr olunmuş bəzi zərərli dini ədəbiyyatların fərdi evlərdə qalma ehtimalı var (MÜSAHİBƏ)
Tarix: 05-09-2019 23:35 | Bölmə: Müsahibə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun Trend-ə müsahibəsi:
- Son illərdə ölkədə dini ədəbiyyatla bağlı kifayət qədər ciddi nəzarətin həyata keçirildiyi müşahidə olunur. Vaxtaşırı olaraq dövrü mətbuatda müxtəlif statistikalar səslənir, yaxud hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat- axtarış tədbirləri zamanı qadağan olunmuş ədəbiyyatın aşkarlandığı barədə məlumatlar yayılır. Bu məlumatlar deməyə əsas verirmi ki, radikal ekstremist qüvvələr zərərli dini ədəbiyyatın yayılmasına hələ də ciddi səy göstərirlər?
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən biri dini ədəbiyyatların idxalına, ixracına, nəşrinə və yayılmasına nəzarət etməkdir. Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci və 29-cu maddələrini rəhbər tutaraq dini ədəbiyyat sahəsinin tənzimlənməsinə xüsusi əhəmiyyət verir. Belə ki, komitə radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini təriqətlərin təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə öz səlahiyyətləri çərçivəsində, eləcə də aidiyyəti qurumlarla birlikdə təxirəsalınmaz tədbirlər görür. Bu tədbirlər nəticəsində il boyu zərərli dini ədəbiyyatın qarşısının alınmasına çalışırıq.
Son illərdə dünyada baş verən proseslər bu istiqamətdə bizim həssaslığımızı daha da artırıb. Artıq ölkədə fəaliyyət göstərən bütün mətbəələr qanunvericiliyin tələbinə uyğun, Dövlət Komitəsinin razılığı olmayan hansısa dini ədəbiyyatı nəşr etmir. Amma buna baxmayaraq, dini ekstremistlər qaçaq yollarla ölkəyə zərərli dini ədəbiyyat gətirməyə çalışırlar. Həm də bu illər ərzində zərərli dini ədəbiyyatın toplanması istiqamətində aparılan işlərə baxmayaraq, 90-cı illərdə, eləcə də 2000-ci illərin əvvəllərində nəşr olunmuş bəzi zərərli dini ədəbiyyatların fərdi evlərdə qalma ehtimalı var.

Sualınıza gəlincə, mən deməzdim ki, radikallar öz düşüncələrini ədəbiyyatlar vasitəsilə sərbəst yaya bilirlər. 90-cı illərlə müqayisədə indi bu, o qədər də asan deyil. Bizi narahat edən məqam ölkədə dini durumu qarışdırmaq marağında olan şəxslərin yazılı məlumat materiallarından daha çox elektron resurslara önəm vermələridir.
- Bəs, internet resursları üzərindən, xüsusən sosial şəbəkələrdə yayılan zərərli materiallara qarşı hansı tədbirlər görülür?
- Radikallar yanlış olaraq düşünürlər ki, onların internet üzərindən yaydıqları zərərli materiallara nəzarət mexanizmi yoxdur. Dövlət Komitəsində internet resursların, xüsusən sosial şəbəkələrin gündəlik monitorinqi aparılır. Zərərli dini düşüncəni yaymağa çalışanlar müəyyənləşdirilir. Əksər hallarda saxta hesablardan yayılan məlumatların qaynaqlarını da müəyyənləşdirmək çətin olmur. Ölkəmizə qarşı birbaşa təhdid xarakterli hansısa çağırış, dini nifrət və düşmənçiliyin salınmasına xidmət edən hər hansı bir məlumatın yayılması müəyyənləşdirildiyi zaman faktlar toplanaraq analiz edilir. Məsələ ilə bağlı lazımı qurumlar operativ məlumatlandırılır. Bu məlumatları yayanların kimliyi araşdırılır. Yəni qanunvericiliyi kobudcasına pozmaq təşəbbüsü vaxtında aşkar edilir və zərərsizləşdirilməsi istiqamətində iş aparılır.
- Bəzən belə bir iddia irəli sürülür ki, XXI əsrdə hansısa formada kitabların qadağan edilməsi doğru deyil. Siz necə düşünürsünüz?
- Bu iddianı irəli sürənlərə xarici ölkələrin təcrübəsini öyrənməyi tövsiyə edərdim. Ədəbiyyatlara bu və ya digər formada məhdudiyyətin olması istənilən ölkənin təcrübəsində var. Hətta bu ədəbiyyatları birbaşa həmin ölkələrin məhkəmələri qadağan edir. Məsələn, Levis Karrolun “Alisa nağıllar diyarında” kitabını bilməyən yoxdur. Uşaqlıqda hər birimiz onun nağılına baxmışıq. Təsəvvür edin ki, bu kitab Çində qadağandır. Hətta Amerika kitabxanalarından yığışdırılıb. Məşhur “Min bir gecə nağılları” İraqda, İranda, Əfqanıstanda, Özbəkistanda və eləcə də Amerikada qadağandır. Axı, nağıl mahiyyətində olan kitabların qadağan olunması üçün tutarlı əsaslar lazımdır. Bu əsasları isə həmin kitabların qadağan olunduğu cəmiyyətdəki mühitlə əlaqələndirmək olar. Məsələn, Dostoyevskinin “Cinayət və Cəza"sı bir zamanlar Rusiya və Polşada qadağan olunub. Adolf Hitlerin “Mənim mübarizəm” əsəri 2016-cı ilə qədər əksər ölkədə qadağan olunmuş əsər hesab edilirdi və bu gün də həmin qadağa bəzi ölkələrdə qalmaqdadır. 2000-ci illərdən sonra Yakob Appelin, Alayn Denealtun, Cozep Leyvild və onlarla digər yazarların əsərləri müxtəlif ölkələrdə qadağan olunub. Den Braunun “Da Vinçi şifrəsi” kitabı xristianlığı təhqir etməsi adı ilə Livanda qadağan edilib. Məşhur fransız yazarı Roje Qarodininin holokostu inkar edən kitabı Fransada qadağan olunub və Avropa İnsan Haqları Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Mən dini ədəbiyyatların adlarını sadalamıram. Çünki bütün ölkələrdə daxili ideoloji mühitə uyğun olmayan dini ədəbiyyatların qadağan olunması fakt kimi qalır. Hətta, Bibliyanın qadağan olunduğu ölkələr də var. İnternet üzərindən axtarış versəniz, onlarla belə siyahılara rast gələ bilərsiniz.
- Dini ədəbiyyatların nəşrinə, idxalına və ya yayılmasına sərt nəzarət nədən qaynaqlanır? Azərbaycanda nə qədər dini kitab qadağan edilib?
- Ümumiyyətlə, Dövlət Komitəsi kitab nəşrini qadağan etmir. Sadəcə, məqsədəuyğun olub-olmaması barədə rəy verir. Kitabı qadağan etmək məhkəmələrin səlahiyyətindədir. Əgər kimsə bizim rəyimizdən narazıdırsa, məhkəməyə müraciət edir. Eyni zamanda, hansısa kitabın çapının və ölkəyə idxalının məqsədəuyğun saymamaq həmin kitablardakı informasiyanı cəmiyyətdən gizlətmək məqsədini güdmür. Maraqlananlar internet əsrində yaşadığımızdan bu məlumatı əldə edə bilirlər. Sadəcə, bizim hansısa kitaba razılıq verib-verməməyimiz həm də cəmiyyətə həmin kitabdakı dini düşüncənin doğru və ya yanlış olması mesajını vermək məqsədini daşıyır. Dövlət öz milli təhlükəsizliyinə, qida təhlükəsizliyinə və s. cavabdeh olduğu kimi, cəmiyyətin mənəvi və ideoloji təhlükəsizliyinə də cavabdehdir.
Azərbaycanda bu günə qədər məhkəmə müstəvisində hər hansı bir dini ədəbiyyatın qadağan olunması ilə bağlı qərar olmayıb. Doğrudur, bir çox ədəbiyyatın məzmununda dini nifrət və düşmənçiliyi təbliğ edən fikirlərin olduğuna görə Dövlət Komitəsi onların ölkədə yayılmasını məqsədəuyğun hesab etməyib. Məhkəmə müstəvisində mübahisələndirilən zaman Dövlət Komitəsinin qərarı haqlı hesab edilib. Amma bu o demək deyil ki, Azərbaycanda hansısa dini ədəbiyyat qadağan edilib. Sadəcə, indiki dini durum üçün bu məhdudiyyətin tətbiq olunması labüddür.
- Dini ədəbiyyata mənfi rəy verməyin əsasında hansı meyarlar dayanır?
- Bizim hədəfimiz kitab qadağan etmək deyil. Əksinə, kitab nəşri və satışı ilə məşğul olanlar vasitəsilə hər kəsin inancına hörmətlə yanaşmağı təbliğ etməkdir. Mənə elə gəlir ki, biz bu istiqamətdə böyük uğur əldə etmişik. Məsələn, əvvəlki illərdə nəşrinə razılıq verilməsi üçün Dövlət Komitəsinə göndərilən ədəbiyyatlarda problemli məqamlar, qarşılıqlı ittihamlar çox olurdu. İndi isə bu, nadir hallarda baş verir. Biz vətəndaşlarımıza sağlam, xurafatdan, mövhumatdan və bölücülükdən uzaq olan dini ədəbiyyatların əlçatanlığını təmin etməyə çalışırıq.
Azərbaycan tolerantlığı və multikulturalizmi dünyaya örnək göstərilir. Amma bəziləri bilərəkdən bu mühitə zərər vurmağa çalışır. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşlara təkbaşına və başqaları ilə birlikdə istənilən dinə etiqad etmək və ya etməmək azadlığı verilir. Lakin təəssüf olsun ki, bəzən müəyyən maraqlara xidmət edənlər bu hüquqdan sui-istifadə etməyə çalışır. Öz hüququnu hər yerdə yüksək tonla səsləndirməyə çalışanlar, nədənsə başqalarının haqq və hüququnu görməməzlikdən gəlirlər. Halbuki, Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsində açıq şəkildə bildirilir ki, öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Bu müddəa Azərbaycan qanunvericiliyində də öz əksini tapıb.
Bu o deməkdir ki, Konvensiya başqalarının hüquqlarına qəsd edildiyi zaman məhdudiyyət tətbiq olunmasını labüd hesab edir. Terrora, insanpərvərlik əleyhinə çağırışlarla dolu olan, yalnız özünü haqlı bilib başqalarını batil hesab edən bir dini düşüncə nə dərəcədə bir cəmiyyət üçün faydalı ola bilər? Necə ola bilər ki, kimsə başqasının hüququnu, onun inancını açıq şəkildə təhqir etsin, kimlərisə təhdid hədəfinə çevirsin, səlahiyyətli qurumlar da kənardan müşahidə aparsın?! O zaman dövlətin ixtisaslaşmış strukturları nə üçündür? Əslində, bunu hamı yaxşı anlayır, lakin maraqlar müxtəlif olduğu üçün demaqogiyaya əl atırlar.
- 2019-cu il üçün dini ədəbiyyatların ekspertizası zamanı hansı nəticələr əldə olunub?
- Hər il olduğu kimi 2019-cu ilin başlanğıcından bu günə qədər müxtəlif istiqamətlərdə dini ədəbiyyatın ekspertizası davam etdirilib. 2019-cu ilin yanvar-iyun ayları ərzində idxal üçün Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1452 adda dini məzmunlu ədəbiyyata baxılıb. Onlardan dini dözümsüzlüyü, ayrıseçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır.
İl ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilmiş, onlardan 6-nın çapı məqsədəuyğun sayılmamışdır.
Bununla yanaşı, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması üçün 302 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilmişdir.
Qeyd etdiyimiz kimi, dini ədəbiyyatlara nəzarətin bir istiqaməti də hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilir. Belə ki, bu il ərzində hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 348 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 62-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilmişdir.
Baxış sayı: 920
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə