19:44 / 15-02-2026
Su anbarının buzundan huşsuz vəziyyətdə olan kişi xilas edilib
19:31 / 15-02-2026
Dmitriyev: "Zelenskidən Münhendə yaxın çevrəsindəki korrupsiya ilə bağlı soruşulmayıb"
19:28 / 15-02-2026
Rubio: "ABŞ Avropanın onun vassalı olmasını istəmir"
19:25 / 15-02-2026
Kallas Ukraynanın Avropa Birliyinə daxil olması üçün konkret tarix deməkdən imtina etdi
19:19 / 15-02-2026
Bir kişinin trolleybusda gediş haqqını ödəməyən şəxsə hücum etməsindən sonra cinayət işi açılıb
19:16 / 15-02-2026
Rubio Suriya danışıqları səbəbindən Münhendə Ukrayna görüşünü buraxdı
19:14 / 15-02-2026
Odessa sakini hərbi xidmətə çağırılmamaq üçün əlini üyüdücü ilə kəsib.
16:44 / 15-02-2026
Stansiyada dizel lokomotivi yanıb
16:32 / 15-02-2026
Uşaqlara işgəncə verdiyinə görə məhkəmə qarşısına çıxacaq
16:30 / 15-02-2026
Neft quyusunda baş verən yanğın nəticəsində dörd nəfər xəsarət alıb
16:22 / 15-02-2026
İki yeniyetmənin bir qıza hücumda iştirak etdiyi müəyyən edilib
12:43 / 15-02-2026
Maral öldürən brakonyer həbs edilib
12:35 / 15-02-2026
Kərpicdən tikilmiş evdə baş verən yanğında iki nəfər ölüb
12:31 / 15-02-2026
Yanğın yerində üç nəfərin cəsədi tapılıb
12:27 / 15-02-2026
2200 kvadratmetrlik yanğın söndürülür
12:25 / 15-02-2026
Obama Trampın irqçi meymun videosuna şərh verib
12:05 / 15-02-2026
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
21:11 / 14-02-2026
Zelenski "Flamingo" raket istehsal xəttinin məhv edilməsini etiraf etdi
21:06 / 14-02-2026
Terrorizmə açıq şəkildə haqq qazandırdığına görə cinayət işi açılıb
21:04 / 14-02-2026
"Tanrı Kuzya" rəsmlərini uşaq rəsmləri adlandırdı
21:00 / 14-02-2026
Navalnının qurbağa zəhəri ilə zəhərləndiyi iddiasını saxtakarlıq adlandırıb
20:53 / 14-02-2026
Qar əriyib və iki uşaq dağıntılar altından çıxarılıb
20:50 / 14-02-2026
Zaxarova NATO-nun baş katibi Ruttenin "cəhənnəm təbliğatı"nın qurbanlarına təəssüfləndiyini bildirdi
20:46 / 14-02-2026
Putin: "Rusiya İranın suverenliyini qorumaq səylərini dəstəkləyir"
20:33 / 14-02-2026
Zelenski: "ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edir"
20:25 / 14-02-2026
Yeniyetmələr hərəkətdə olan qatarın qarşısına təkər yığıblar; iş açılıb
20:22 / 14-02-2026
Finlandiya Olimpiya Oyunlarında xizək mumu ilə bağlı Norveç və ABŞ-a qarşı etiraz ərizəsi təqdim edib
20:19 / 14-02-2026
Cənubi Amerikalı idmançı ilk Qış Olimpiya medalını qazandı
20:13 / 14-02-2026
Sandu Rusiyaya kömək etdiklərinə görə MDB ölkələrinə qarşı sanksiyalar tətbiq etməyə çağırdı
20:08 / 14-02-2026
Ermənistanda Katolikos II Qareginə qarşı cinayət işi açılıb
20:00 / 14-02-2026
Starmer fon der Leyen ilə görüşdə Aİ ilə daha geniş inteqrasiya arzuladığını bildirib
19:47 / 14-02-2026
Miqrantlar üçün saxta nikahlar təşkil edənlər məhkum ediliblər
19:37 / 14-02-2026
Prokurorluq liftin çökməsini araşdırır
19:32 / 14-02-2026
Yeniyetmələr sinif yoldaşını hava tapançası ilə vurublar
19:19 / 14-02-2026
Nyu-York şəhəri Anti-Dron Tutma Sistemini yerləşdirməyi planlaşdırır
19:16 / 14-02-2026
Xarici işlər naziri Cayşankar: "Hindistan ABŞ ilə ticarət müqaviləsindən sonra muxtariyyətini itirməyib"
19:11 / 14-02-2026
Əliyev: "Ermənistan konstitusiyasında dəyişiklik edildikdən sonra Bakı Yerevanla sülh müqaviləsi imzalamağa hazırdır"
İntihardan xilas edilən qız: “Ölümə gedən hər kəs son anda əlində sehrli çubuqla gələn birini gözləyir”
Tarix: 08-12-2017 16:44 | Bölmə: Müsahibə
Həmişə intihara cəhd göstərən, ölümdən dönən şəxsin düşəncələri insanlara maraqlı olub. Ancaq çox vaxt ya onlar danışmayıb, ya da bir çox səbəblərdən kimsə onları danışdırmağa cəhd etməyib. "Report" intihara cəhd göstərən gənc qızla müsahibəni təqdim edir.
- Necə oldu ki, intihar etmək qərarına gəldiniz?
- Bu, qəfildən verdiyim qərar deyildi. Son ildə belə bir qərara gəlmişdim və getdikcə bu hisslər məndə güclənməyə başlamışdı. Elə bir an gəldi əlacsız vəziyyətə düşdüm, sanki yapışmağa saman çöpü də qalmamışdı və üzləşdiyim vəziyyət düşüncələrimi reallaşdırmağa təkan verdi. Yəni bu addımı atmağıma səbəb ümidsizlik, acizlik, köməksizlik, aldığım zərbələr idi. Uzun müddət idi beynimdə canıma qəsd etməklə bağlı fikirlər dolaşırdı, intihar etməyi düşünürdüm. Son vaxtlar beynimdəki mənfiliklər müsbətlərə üstün gəlirdi. Çünki uğur qazana, istədiklərimə nail ola bilmirdim. Mən istəkləri yüksək insanam və nail olmaq istədiklərim alınmayanda...
- Deyirsiniz ki, carəsiz vəziyyətə düşmüşdünüz. Belə durumda olan insan üçün intihar nədir?
- Bu addımı atmamışdan əvvəlki düşüncəmlə yanaşsaq, intihar mənim üçün hər şey - rahatlıq, dinclik tapmaq, ən əsası isə xilas olmaq idi. İndi isə belə düşünmürəm, çünki intihar çıxış yolu deyilmiş. Həyatda həmişə bir çıxış yolu olur, sadəcə, onu görməyə çalışmaq lazımdır.
- Sizcə, özünəqəsdi psixoloji problem saymaq olarmı?
- Xeyr, elə deməzdim. Mən əsəbi və həssas adamam, amma qapalı, aciz deyiləm. Həmin vaxt psixoloji durumum çox qəribə idi, düşdüyüm vəziyyət içimi yandırırdı, özümü belə görmək istəmirdim, bəlkə bu səbəbdən intiharı, özümü dənizə atmağı seçmişdim. Mən həyatda özümü başqa cür görmək istəyirdim, amma başqa yerdəydim, sanki çuxura düşmüşdüm, nə mən ordan çıxmağa yol tapa bilirdim, nə də kimsə mənə əl uzadırdı.
- Bəs intihar etmək qərarına necə gəldiniz?
- Bir gün əvvəl, gecədən artıq qərarımı vermişdim… Səhər açılan kimi evdən çıxdım, bir qurtum su da içmədim. Dağüstü parka getdim, 8 saat orada oturdum. Üstümdə olan 1 manat 50 qəpiyə su və sevdiyim pirojnanı aldım. Həmin 8 saat ərzində dayanmadan ağlayırdım, artıq fikirlərim qarışmışdı, çünki anam ürək xəstəliyindən əziyyət çəkir, düşünürdüm ki, evdə qoyub getdiyim məktubumu tapıbsa, bəlkə də artıq ürəyi partlayıb, dünyasını dəyişib. Məktubda özümü öldürməyimin səbəbini yazmışdım. Evdən çıxandan sonra xalam qızına yazmışdım ki “Anamdan muğayət olun”…
- İntiharı seçən şəxs həqiqətən ölmək istəyirmi?
- Məncə əksər hallarda hə. Məsələn mən ölməyi çox istəyirdim. Geri qayıtmaq istəmirdim. Amma əminəm ki, intihar etmək istəyən hər kəs son anda əlində sehrli çubuq ilə gələn birini gözləyir, mütləq gözləyir. Gəlsin və hər şeyi həll etsin, əlini uzatsın, desin ki, bu nədi ki, bundan ötrü özünü öldürürsən!?...
- Sehrli çubuqlu qəhrəmanı son ana kimi gözlədiniz, yoxsa vaz keçmişdiniz?
- Bəli, əlbəttə, gözlədim... Mənə kömək əli uzadan olmadı deyə bu yola əl atdım. Çoxu üçün adi bir şey az qala mənim ölüm səbəbim olacaqdı. Son ana qədər problemimi həll etməyə, bunun öhdəsindən gəlməyə çalışdım, çox çabaladım. Amma tək idim. Mən səmimiyyətdən uzaq cəmiyyətin nümayəndəsiyəm, burda övladlar dərdini valideynə, qardaşa, xalaya, əmiyə rahat deyə bilmirlər. Desən də anlamaq üçün qulaq asmayacaqlar, səndə səhv tapmaq üçün, səni günahkar çıxartmaq, qınamaq üçün bəlkə dinlədilər, amma heç bunu da sona kimi etmədən içlərindəki qaralıqla üzərinə gələcəklər.
…Həm pulu sevirəm, həm də nifrət edirəm ona... İntihar səbəbim o idi... O bir misal var e “Bir gün itim olsa mütləq onun adını “Pul” qoyacam”... Bunu edəcəm bir gün (gülür)...
- İntihar fikirindən necə xilas olmaq olar?
- Bunu ilk hiss elədiyin vaxtdan ondan xilas olmağa çalışmaq lazımdır. Bu fikirlər səndə yaranıbsa, onları özündən uzaqlaşdırmalısan, əgər beynində kök saldısa, o bir gün mütləq reallığa çevriləcək. Bir işlə bacarmayan kimi ilk ağlına o hisslər gələcək. Əgər insanın fikrində intihar olursa bütün yollar ora aparır...
Hətta elə olur pislik etmək istəyirsən, deyirsən onsuzda öləcəm. Bu günahı da çəkərəm, bununla nə artıb-azalacaq ki?!
- İntihar vasitəsi kimi niyə özünüzü dənizə atmağı seçmişdiniz?
- İntihar vasitələri, həyatıma son qoyan zaman hansı halda daha az əziyyət çəkəcəyimi çox götür-qoy etmişdim. Əvvəl damarlarımı kəsmək haqda düşündüm, sonra özümüm incidəcəyini fikirləşdim, birdən ölməzdim, həm də o izlər həmişə qalacaqdı qollarımda, mənə əzab verəcəkdi. Çox fikirləşdim ki, özümü asım... Amma ailəmə ikiqat zərbə vuracaqdım, onların gözlərinin qarşısında o tablonu təsəvvürümə belə gətirə bilmirəm...
Hündürlükdən özümü boşluğa buraxmaq və dənizə atmaq... Ən çox bu variantların üzərində dayanmışdım. Mən hündürlüyü sevirəm, zövq alıram ondan, ölüm üçün onu seçmək istəmədim.
Sonda dənizi seçdim, amma onu da araşdırdım, məncə iki dəqiqəlik əziyyətə dözə bilərdim...
- Özünü dənizə atmaq üçün qərar verdiyiniz anda, beyninizdən son olaraq nə keçdi?
- “Hər şey bitdi, bu da son”- deyə fikirləşdim. Heç doyunca ağlaya da bilmədim. Elə bir boşluqda idim ki, ruhum bədənimdən çıxmışdı. Həmin an bir saniyədə insanın bütün cismi bu addıma hazır olur və arxaya dönə bilmirsən, ancaq irəli getməlisən. Çünki geriyə yol olmadığını düşünürsən...
Özümü dənizə atanda arxamdakı şəxs dərhal özünü mənim arxamca atdı deyə, heç bir dəqiqə suda qala bilmədim. Tez çıxartdılar, amma özümü atdığım yer dərin yer idi, biraz geciksələr xilas üçün, boğulardım yəqin ki...
- Xilas oldunuz... Özünüzə gələndə nə fikirləşirdiniz?
- Özümdə deyildim, ruhsuz vəziyyətdəydim. Ayılanda beynimdə “yenə eyni problemlər, mənim mübarizələrim və uğursuzluq. Axı niyə xilas etdilər ki məni”- cümlələri təkrarlanırdı. Hələ etdiyim hərəkətə görə də hesab verməli idim. Mənə nə qədər gözlər zillənəcəkdi, hamısı da eyni anlamda. Niyə?... Amma bəxdim gətirdi ki, intiharımı çox az adam bildi, ailəm və bir neçə nəfər, bəlkə də, tez toparlanmağıma ən çox bu yardım etdi.
- Sizcə düz addım atmışdınız?
- Hələ özümə bəraət qazandıra bilmirəm. Bəlkə də birazdan da tapmayacam... Bəlkə də bir ildən sonra bu barədə yenidən danışsam, tamam fərqli fikirlər söyləyərəm. Bilmirəm, hər şey ola bilər. Həyatımın gedişatından asılıdır bütün bunlar...
- Müvafiq qurumlar itihara cəhd etməyinizdən xəbər tutmuşdularmı? Sənlə maraqlanan oldumu?
- Xeyr. Məni ailəmə təhvil verdilər, vəssalam. Heç istəmərəm də maraqlansınlar.
- İndiki həyatınızla intihara cəhddən əvvəlki yaşayışınız arasındakı fərq böyükdür?
- Əvvəl həm maddi, həm də mənəvi yük daşıyırdım. Hazırda bu yükləri nə qədər çətin olsa da ailəmlə bölüşmüşəm. Dərdimi anlatsam məni anlayacaq ailə üzvlərimin olmamasına çox təəssüf edirəm. Kaş əvvəldən belə bir vəziyyətə düşdüyümü deyə bilərdim, onlar da məni qınamadan, önyarğılı olmadan anlayardılar. Qınaq, qorxusu məni o vəziyyətə saldı, məni başa düşməyəcəkdilər...
Amma mən yaxşı ana olacam, övladımı həmişə dinləyəcəm, onda səhv tapmaq üçün yox, səhv addımlarını mənimlə bölüşməyinə şərait yaradacam. Axı övladı valideynindən çox heç kim istəyə, qoruya bilməz...
- İntihardan sonra…?
- Səssiz depressiya yaşadım... Vəziyyətimi bilən adamlar heç nəyi üzümə vurmadı, heç mənə sual verən olmadı, hiss etdirmədilər ki, belə bir şey olub. Amma ailəm mənə qarşı çox inamsız olub. Bir yana çıxanda çox zəng edirlər, aqressivləşirlər, bu da məni narahat edirlər.
- Gələcəyin haqda nə fikirləşirsiniz?
- Gözləntilərim böyükdür gələcəkdən, Allah mənim sağ qalmağımı istədi, deməli yaxşı nələrsə mütləq olacaq.
- Allaha inanırsınız?
- Səmimi deyim ki, həmişə Allaha inamım zəif olub, Yaradanın varlığına inanmışam, amma onun mənə həmişə haqsızlıq etdiyini düşünürdüm. Ona görə də çox az şükür edirdim. Amma indi düşüncələrim dəyişib, məncə mən Allahdan az istəmişəm, az şükür etmişəm, Allahın əksinə getmişəm, ya da elə istəmişəm ki, onun xoşuna gəlməyib... Bundan sonra daha çox şükür edəcəm və daha çox istəyəcəm Allahdan.
- Bir də cəhd edə bilərsiniz intihara?
- Xeyr, etmərəm!
- İntihara cəhd edən adama olan münasibət necə olmalıdır ki, onun yaraları tez sağalsın?
- Həmin insanın özünü cəmiyyətə yararlı şəxs kimi hiss etməsinə şərait yaradılmalıdır. Amma mənim ailəmdə yalnız bir düşüncə var ki, mən ərə gedim, onlar qız övladına ancaq o gözlə baxırlar... Amma mən yenə də ərə getmək düşüncəsilə yaşamıram, o qismətdir, onun üçün yaşamırlar, olacaqsa olacaq. Mən arzularıma çatacam, mütləq çatacam və istədiyim həyatı yaşayacam...
Özümü hamının dəyər, qiymət verdiyi, seçilən bir adam kimi görmək istəyirəm, xeyriyyəçiliyi sevirəm, bir gün o arzuma da çatacağıma inanıram.
- İntihar etmək istəyən insanlara nə demək istəyərdiniz?
- Mənəvi, vicdan əzabı çəkirlərsə özləri bilərlər, amma dünya nemətlərinə görə dəyməz. İstənilən halda yıxılanı hamı baltalayır, haqlı və haqsız olmağın fərq etmir...
P.S. Müsahibim 2 universitetdə ali təhsil alıb, hazırda da dövlət qurumlarının birində işləyir. Bir sənədə qol çəkib və günahsız olduğu halda məhkəməyə düşüb, uduzub və bunun nəticəsində borca düşüb. Ailə üzvlərinə deməkdən qorxub, düşdüyü problemlemi onlardan gizlədib tək həll etməyə çalışsa da, çabaladıqca daha da məsələ çətinləşib.
Baxış sayı: 1 286
Bölməyə aid digər xəbərlər
Tarix: 08-12-2017 16:44 | Bölmə: Müsahibə
Həmişə intihara cəhd göstərən, ölümdən dönən şəxsin düşəncələri insanlara maraqlı olub. Ancaq çox vaxt ya onlar danışmayıb, ya da bir çox səbəblərdən kimsə onları danışdırmağa cəhd etməyib. "Report" intihara cəhd göstərən gənc qızla müsahibəni təqdim edir.- Necə oldu ki, intihar etmək qərarına gəldiniz?

13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video