00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
“Həm Ukrayna, həm də Azərbaycan uğrunda ölməyə hazıram” - Oleq Krapivin
Tarix: 19-03-2022 16:15 | Bölmə: Müsahibə
Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radası İdarə Heyətinin üzvü Oleq Krapivin "Korrespondent.az" saytına müsahibə verib.
Saytın xüsusi müxbiri Yarina Lazko onunla Ukrayna Azərbaycanlıları Radasının ofisində görüşüb. Burada azərbaycanlıların Ukraynadan təxliyəsi və ehtiyacı olanlara humanitar yardım göstərilməsi məqsədilə 24 saat fəaliyyət göstərən operativ qərargah yaradılıb.
"Qafqazinfo" həmin müsahibəni təqdim edir:
- Oleq Andreyeviç, müharibə sizi harada və necə yaxaladı?
- Mən Kiyev yaxınlığında kiçik şəhər olan İrpenə yaxın yaşayıram. Bura müharibə başlayan gün – 24 fevral səhəri bombalanmağa başladı. Partlayış səsinə yuxudan oyandım və sona qədər anlaya bilmədim ki, müharibə başlayıb. Əsl müharibə! Əlbəttə, bir çox xarici kəşfiyyat orqanları bir neçə ay əvvəldən xəbərdarlıq edirdilər ki, Rusiya Ukraynaya hücum hazırlayır. Ancaq mən inanırdım ki, siyasi-diplomatik yolla anlaşmaq mümkün olacaq.
Biz XXI əsrdə yaşayırıq və beynimiz qəbul etmirdi ki, Putin dinc insanları öldürməyə, gözəl Ukrayna şəhərlərini bombalamağa başlayacaq. Bu gün Mariupol 90% dağıdılıb, qədim Çerniqov, sənaye şəhəri Xarkov hər gün bombalanır və yer üzündən silinir, Xerson hazırda blokadadır və humanitar fəlakət yaşayır.
Putin Ukraynanın denasifikasiyası məqsədilə hansısa xüsusi əməliyyatdan danışır. Amma mən uzun illərdir Ukraynada yaşayan biri kimi insanları milli, dini və dil əlamətlərinə görə fərqləndirən millətçilərə rast gəlməmişəm. Ukrayna multikultural bir ölkədir, burada müxtəlif millətlərin nümayəndələri həmişə sülh və anlaşma şəraitində yaşayıblar.
Biz azərbaycanlılar burada özümüzü hər zaman evimizdəki kimi hiss etmişik. Lakin müharibənin başladığı üç həftə ərzində Rusiya burada hamını, hətta azərbaycanlıları da millətçiyə çevirib. Çünki biz Ukraynanı sevirik və onu sonadək müdafiə edəcəyik.
- Azərbaycan diasporunun rəhbəri kimi xaos şəraitində həmvətənlərinizin xilası üçün lazımi addımlar atmaq, yəqin ki, asan olmadı. Bu baxımdan müharibənin ilk günləri necə keçdi?
- Haqlısınız, ilk vaxtlar vəziyyət çox ağır idi. Çünki burada çoxlu sayda azərbaycanlılar yaşayırdı və onların əksəriyyətinin yardıma ehtiyacı vardı. Həmin günlər mənim telefonum susmurdu, gün ərzində həmvətənlərimdən 600-700 zəng gəlirdi. Xüsusən qadın və uşaqları təcili şəkildə təxliyə etmək lazım idi. Martın 3-də ilk xüsusi qatar təşkil olundu və 1100 azərbaycanlı əvvəlcə Moldovaya, oradan isə Azərbaycana təxliyə edildi.
Onların Moldovadan Azərbaycana operativ şəkildə təxliyəsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova dərin təşəkkürümü bildirirəm. Martın 7-də isə Kiyev-İstanbul avtobus reysi ilə qalan soydaşlarımızı təxliyə etdik. Bu reysləri mən özüm maliyyələşdirdim, çünki anlayırdım ki, burada qalmaq nə qədər təhlükəlidir. Bu, heç kimə - nə uşaqlara, nə qadınlara, nə xəstələrə, nə də qocalara rəhm etməyən amansız müharibədir.
Həmin günlərdə lazımi diqqət göstərə bilmədiyim hər kəsdən üzr istəyirəm. Ancaq əmin edirəm ki, nə azərbaycanlıları, nə də ukraynalıları burada köməksiz qoymayacağıq. Hazırda bizim qaynar xəttimiz 24 saat fəaliyyət göstərir və biz hər bir müraciətə cavab veririk. Qapılarımız gün ərzində açıqdır və nəyimiz varsa, insanlarla paylaşırıq. Azərbaycana getmək istəyən qruplar formalaşan kimi təxliyə prosesini davam etdirəcəyik.
Mən Ukrayna Azərbaycanlıları Radasının bütün regional şöbələrinə inanılmaz fədakarlıqlarına görə təşəkkür edirəm. Biz hətta müharibə gedən bölgələrdə belə öz fəaliyyətimizi effektiv şəkildə koordinasiya edirik. Amma qeyd etməliyəm ki, soydaşlarımızın əksəriyyəti Ukraynanı tərk etmək istəmirdi. Yaşı imkan verən kişilər hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşürlər. Böyük çoxluq isə ərazi özünümüdafiə qüvvələrinin sıralarına yazılıb.
Fevralın 26-da Xerson şəhərinə endirilən aviazərbə nəticəsində Azərbaycanın Cəbrayıl rayonunun Balyand kənd sakini Qoşqar Fərzəliyevin xanımı və iki övladı həlak oldu. Fevralın 27-də azərbaycanlıların 8 avtomobildən ibarət maşın karvanı Odessa vilayətindən Moldovaya gedərkən tanınmamış “Dnestryanı Respublika” yaxınlığında odlu silahdan atəşə tutuldu.
Nəticədə üç Azərbaycan vətəndaşı həlak oldu, daha dörd azərbaycanlı yaralandı. Elə həmin gün küçəyə su almağa çıxan Azərbaycan vətəndaşı Xarkovun mərkəzində güllədən öldü. Təəssüf ki, Ukrayna Silahlı Qvvvələri sıralarında döyüşən soydaşlarımız arasında da bu lənətə gəlmiş müharibədə ölənlər var.
- Aydındır ki, Ermənistan-Azərbaycan və Rusiya-Ukrayna müharibələrinin xarakteri bir-birindən kəskin fərqlənir. Amma yenə də iki müharibə arasında analoq apara bilərsinizmi?
- Bəli. Birinci Qarabağ müharibəsində Azərbaycan xalqı Ukrayna xalqı kimi qəfildən yaxalandı. İnsanlar sakit şəkildə yatmışdılar və müharibənin başlayacağını gözləmirdilər. O zaman da dinc əhaliyə, xəstəxanalara və uşaq bağçalarına atəş açılırdı. Mən öz gözlərimlə görmüşəm ki, tanklar insanların, təcili yardım maşınlarının üstündən necə keçirdilər. Həmin gün dostumun qardaşı həlak oldu. Biz onu Bakının morqlarında axtardıq və nə baş verdiyini onda anladıq.
Biz heç vaxt 20 Yanvar və Xocalı faciələrini unutmayacağıq. İkinci Qarabağ müharibəsini isə Azərbaycan dişinə qədər hazırlıqlı və silahlanmış şəkildə qarşıladı. O zaman da Ermənistan ağır artilleriyadan istifadə edərək, dinc sakinləri qətlə yetirdi – necə ki, indi Ukraynada bunu görürük. Biz Qarabağ müharibəsində qalib gəlib ədaləti bərpa edə və torpaqlarımızı qaytara bildik. Mən bir dəqiqə belə şübhə etmirəm ki, tezliklə Ukraynanın da Qələbə gününü qeyd edəcəyik.
- Son bir həftədə Rusiya ordusu öz taktikasını dəyişərək, hərbi obyektlər əvəzinə dinc sakinləri atəşə tutmağa başlayıb. Müharibənin başladığı üç həftə ərzində ölən uşaqların sayı yüzü keçib, çoxlu sayda yaralı var. Bu amansızlığın səbəbi nədir?
- Normal insan nöqteyi-nəzərindən bunun heç bir izahı yoxdur. Biz sivil cəmiyyətdə yaşayırıq, indi XXI əsrdir və bütün problemləri insanların həyatına son qoymamaqla həll etmək mümkündür. Ukrayna xalqı hər zaman tolerant, xeyirxah və sülhsevər olub. Putin isə onlara nifrət etməyi öyrətdi. Belə bir şəraitdə mən deməyə söz tapmıram.
- Hazırda heç kim proqnoz verə bilmir ki, bu qanlı müharibə nə qədər davam edəcək. Ancaq istənilən müharibə gec və ya tez qurtarır. Necə hesab edirsiniz, ukraynalıların bir xalq olaraq məhv olunmasının qarşısını siyasi-diplomatik yolla almaq mümkün olacaqmı?
- Mən ukraynalıların hansı əhval-ruhiyyədə olduğunu görürəm. Onlar öz torpaqları uğrunda canavar kimi vuruşurlar və son damla qanlarına kimi döyüşüb, onu heç vaxt düşmənə verməyəcəklər. Bütün dünya Ukrayna xalqının dəyanəti və cəsarəti qarşısında heyran qalıb. Əlbəttə, bu müharibəni diplomatik yolla bitirmək arzuolunandır. İstənilən normal insan müharibə istəmir. Ancaq təəssüf ki, hazırda bunu etmək hələlik mümkün olmur.
Ona da əminəm ki, bu gün rusların ukraynalılara qarşı törətdiyi vəhşiliklər bir neçə nəslin yaddaşından silinməyəcək. Onlar bunu tezliklə bağışlamayacaqlar. Əfqanıstan müharibəsinin təcrübəsi göstərdi ki, torpağı işğal etmək olar, amma xalqa qalib gəlmək olmaz. Eyni şeyi bu gün ukraynalılar haqqında da demək olar. Bu gün onlar güc və iradənin simvollarıdır, onlara qalib gəlmək praktiki olaraq mümkün deyil.
- Sizcə, Putini danışıqlar dayandırmasa, nə dayandıracaq: hərbi üstünlük, yoxsa rusiyalıların artıq nəticələrini hiss etdiyi sanksiyalar?
- Bütün dünyanın Ukraynada baş verənləri soyuqqanlılıqla izləməsinə təəccüb edirəm. Bu gün hər bir ukraynalı Ukrayna səmasının bağlanmasının vacibliyini az qala qışqıraraq bəyan edir. Çünki insanların əksəriyyəti məhz aviazərbələr nəticəsində həlak olur. Ancaq Avropa, NATO susur. Onlar başa düşmürlər ki, bu gün Ukrayna bütün Avropanı qoruyur və növbəti hədəf onlardır. Bizi alovun içinə atıblar. Humanitar yardım, silahlandırma – bunlar yaxşıdır, amma məsələnin həlli deyil. Bütün xalq Ukrayna səmasının bağlanmasını tələb edir, onlar isə susur.
- Siz və ailəniz dünyanın istənilən yerinə getmək imkanında olsanız da, Kiyevi və Ukraynanı tərk etməmisiniz. Halbuki burada qalmaq real təhlükədir. Niyə getmədiniz?
- Əlbəttə, mən müharibənin ilk saatlarında gedə bilərdim. Amma o zaman mən hansı haqla öz soydaşlarıma nümunə olacaqdım? Mən uzun illər ərzində doğmama çevrilən və çox şey borclu olduğum Ukrayna xalqının yanında olmalıyam. Mən ukraynalılara arxa çevirə, onları ata bilmərəm.
- Siz Ukrayna uğrunda ölməyə hazırsınızmı?
- Elə onun üçün burada qalmışam. Çox aydın başa düşürük ki, bizi burada nə gözləyə bilər. Ancaq başqa yollar axtarmaq fikrində deyilik. Mən həm Ukrayna, həm də Azərbaycan uğrunda ölməyə hazıram.
Baxış sayı: 1 162
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə