20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
“Şuşa ili” bu unikal mədəniyyət mərkəzinin Azərbaycana məxsus olmasını bir daha dünyaya çatdırır”
Tarix: 05-01-2022 16:46 | Bölmə: Müsahibə
“2022-ci ilin ilk günlərini yaşayırıq. Yeni il hər zaman yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsi kimi xarakterizə olunduğundan ötən ilə baxış bir zərurət kimi qarşıda dayanır. Dövlət başçısı İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2021-ci ilin uğurları fonunda cari ildə görüləcək işlərin, hədəflərin aydın mənzərəsini təqdim edir. “Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, diplomatik uğurlarını əsaslı şəkildə, statistik rəqəmlərlə açıqladı. 2021-ci ili Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların təsdiqi və qəbulu ili kimi qeyd etməyə mühüm əsaslar var. Atdığı hər addımında ədaləti və beynəlxalq hüququ əsas prinsip kimi öndə saxlayan Azərbaycan 44 gündə 30 ilin işğalına, ədalətsizliyinə, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlara əsaslanan yanaşmaya son qoymaqla hansı gücə, imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdi. Heç şübhəsiz ki, beynəlxalq hüquqa, ədalətə əsaslanan mövqeyimiz döyüş meydanında üstünlüyümüzə geniş imkanlar açdı. Azərbaycan ötən il istər işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, istərsə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası istiqamətində göstərdiyi səyləri və əldə etdiyi uğurları ilə diqqətdə oldu. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Müharibədən sonra cərəyan edən proseslər haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Vətən müharibəsi dövründə ölkəmizə qarşı səsləndirilən ittihamların əsassızlığı təsdiqləndi. Həmin reallıqların dünyada qəbul olunması Azərbaycanın diplomatik uğurlarının miqyasını daha da genişləndirdi”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, bəzi güclərin işğal, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə dəstəyi Ermənistana nə verdi? Təbii ki, heç nə. Azərbaycanın gücü, iradəsi qarşısında bu dəstəyin təsiri sıfıra bərabər oldu: “Dünya gördü ki, Azərbaycanı heç kim yolundan, mövqeyindən döndərə bilməz. Tarixi Zəfəri ilə ədalətin, beynəlxalq hüququn mövcudluğunu bir daha dünyaya bəyan edən Azrbaycan postmünaqişə dövründə Moskva, Soçi və Brüssel görüşləri ilə diktə edən tərəf olduğunu, istər Ermənistanın, istəsə də dünya güclərinin reallıqlarla barışmaq məcburiyyətini sübut etdi. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritet məsələ kimi qarşıda dayanır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ Vətən müharibəsinin gedişində qarşı tərəfə sülh təklifini etmişdi. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifini gözləyən Ermənistan da düşdüyü çətin vəziyyətdən xəbərdardır. Ermənistan baş nazirinin Soçi və Brüssel görüşlərində irəli sürülən təkliflərə razılığı artıq çıxış yolunun olmadığını ortaya qoydu. Azərbaycan dövləti sülh təklifinin uzun müddət masa üzərində qalmasının mümkünsüzlüyünü bəyan etməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi düşünməyə çağırış etdi. Son görüşlərə diqqət yetirsək müzakirələrdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsinə toxunulmur, artıq yeni siyasi vəziyyət formalaşdığı özünü qabarıq şəkildə göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinin göstəriciləridir”.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır: “Bunun üçün son bir ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Təkcə bir faktı qeyd edək ki, 2021-ci ildə ölkə Prezidentinin regionlara 47 səfəri olub ki, onların 32-si işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər özlüyündə Böyük Qayıdışa doğru bir addımdır. Yeni sosial obyektlərin təməlinin qoyulması, qısa müddət ərzində bir çoxunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı prioritetləri açıqlayarkən bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatın uğurla inkişaf etdirilməsini qarşıya əsas vəzifə kimi qoydu: “Ölkəmiz bərpa və quruculuq işlərini təkbaşına, heç kimdən yardım almadan həyata keçirir. 2022-ci ilin dövlət büdcəsində də bu işlərə kifayət qədər maliyyə vəsaiti ayrılıb. 2021-ci ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat 5,3 faiz, qeyri-neft iqtisadiyyatı 6,4 faiz, sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir. Bu uğurlar ölkəmiz üçün təbiidir. Bu baxımdan ki, iqtisadiyyatın inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın dayanıqlı inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurla icra edilməsi nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində iqtisadi tərəqqiyə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev bununla ölkəmizin bütün çətinlikləri uğurla aradan qaldıraraq davamlı inkişafını təmin etməsinə şərait yaratdı. Enerji sektorundan asılılıq artıq minimuma endirilib. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün təsdiqlənən Milli Prioritetlər də gələcək inkişfın yol xəritəsidir”.
“2022-ci ilin ilk sosial paketi təqdim edildi” söyləyən Vüqar Rəhimzadə bildirib ki, yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıb.
YAP Xətai rayon təşkilatının sədri 2022-ci ilin “Şuşa ili” elan edilməsindən də böyük qürur hissi ilə bəhs edib: “Dövlət başçısının bir ildə işğaldan azad edilmiş ərazilərə 32 səfərinin 7-si Şuşaya olub. Bu artıq Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızın hər birimiz üçün önəmini açıqlayır. Şuşa bir ildə biri-birindən əhəmiyyətli hadisələrə, tarixi günlərə şahidlik etdi. Ən əsası “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Şuşanın Cıdır düzündən səslənən Azərbaycan muğamı bütün dünyaya səs saldı. Möhtərəm Prezidentimiz ad günündə Şuşaya səfəri zamanı “Şuşa hər birimizi özünə çəkir” söyləyərək Cıdır düzündən bu mesajı da ünvanladı ki, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək. Dövlət başçısının bu il Şuşa şəhərinin 270 illiyini nəzərə alaraq və mədəniyyət paytaxtımızın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları daha da qürurlandırdı. “Şuşa İli” bir daha təsdiqləyir ki, 28 il əsarətdə olsa da heç zaman sınmayan, milli kimliyimizi, qürurumuzu qoruyan Şuşamızda əbədi olacağıq. Dünya bir daha bu unikal mədəniyyət paytaxtının Azərbaycana məxsus olmasının şahidinə çevrilir”.
Baxış sayı: 840
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə