18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
18:52 / 04-10-2026
Mendel: "NATO ideyası Ukraynada ölüb"
18:49 / 04-10-2026
Merz Ukrayna üçün 1 milyard avroluq hərbi yardım paketi elan etdi
18:47 / 04-10-2026
Qara dəniz üzərində "Tu-154" faciəsi: Ukrayna 25 ildir günahını etiraf etmir
18:42 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını ağac oyma bıçaqları ilə öldürüb
18:35 / 04-10-2026
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
18:32 / 04-10-2026
Tramp girovlarla iş üzrə xüsusi elçi vəzifəsinə Con Koulun namizədliyini irəli sürüb
“BMT rəsmisi ilə görüşdən sonra yoldakı qadın mənə 1 manat uzatdı” - Video
Tarix: 06-07-2021 14:49 | Bölmə: Müsahibə
Bizi onun həyat dolu, enerjili olması cəlb eləmişdi. Xoş aurasının, iradəsinin çoxlarına nümunə ola biləcəyini nəzərə alıb qəhrəmanımızla görüşmək qərarına gəldik. Söhbət maraqlı və uğurlu həyat hekayəsi ilə seçilən gənc yazıçı Cəmilə Məmmədlidən gedir.
O, öz əzmi, iradəsi sayəsində qarşısında duran bütün maneələri aşıb, Göyçayın kəndindəki qapalı mühitdən qaynar meqapolisə - Bakıya köçərək öz karyerasını qurub. İki ildən artıqdır ki, “Əsa” teatrında aktrisa kimi fəaliyyət göstərir. Təkbaşına bir neçə dil öyrənən Cəmilə Məmmədli, həm də dünya ədəbiyyatından tərcümələr edir. Artıq birinci kitabı – “Qonşu evin işıqları” işıq üzü görüb.
“Qafqazinfo” Cəmilə Məmmədli ilə müsahibəni təqdim edir:
- Çox insan üçün əlçatmaz olan uğurları qazanmısınız. Buna necə nail olmusunuz, necə mübarizə aparmısınız?
- Uğurlarımın ən böyük səbəbi mənim real dünya haqqında sıfır məlumatımın olması idi. Mən rayon yerində doğulub-böyümüşəm, uşaqlığım Rusiyada keçsə də, özümü dərk etdiyim zamanları kənddə yaşamışam. Məktəbə getməmişəm, evdə təhsil almışam, heç vaxt sinif yoldaşlarım olmayıb. Onlarla ilk tanışlığım “Son zəng”də olub. Mən hesab edirəm ki, məktəbin insana verdiyi ən böyük qabiliyyət sosial bacarıqlardır. Mən bundan həmişə əziyyət çəkmişəm. Bilirsiniz ki, rayon özü qapalıdır, hələ əlilliyiniz varsa, daha da qapalıdır. Mənim isə bütün dünyagörüşüm, real həyat anlayışım kitablardan öyrəndiklərim idi. Kitablarda da o qədər mükəmməl dünyalar var idi ki, heç vaxt düşünməmişdim ki, real dünyaya çıxanda çətinliklərim olacaq. Bu məlumatsızlıq, saflığım məni real həyata daha atılqan olmağa sövq elədi. İnanırdım ki, addım atsam, hər şey yaxşı olacaq. Elə də oldu. Mənə cəsarət verən məlumatsızlığım oldu, mən dünyanın belə olduğunu bilmirdim.
- Bəs teatra necə gedib çıxdınız? Aktrisalığa əvvəldən marağınız var idimi?
- Mən incəsənətə yaxından bağlıyam. Lakin bu bağlılıq başqa sahədə idi. Mən kitab müəllifiyəm, hekayələrim var… Bir gün “Əsa” teatrı ilə bağlı bir elan gördüm. Teatr tamaşa hazırlamışdı və əlilliyi olan və olmayan aktyorlar orada iştirak edirlər. Bu, mənim üçün yenilik idi. Bunu görəndə sevinmişdim və istəmişdim ki, mən orada tamaşaçı kimi iştirak edim. Heç vaxt ağlımdan keçməmişdi ki, teatrda səhnədə çıxış edərəm. Sonra bir dostumun kitabını tərcümə edirdim və o məndən teatrda işləmək istəyib-istəmədiyimi soruşdu. Əlbəttə, mənim üçün teatrda tamaşa izləmək belə böyük uğur idi. Beləliklə, “Əsa” teatrının həm qurucusu və həm də təsisçisi olan Nihad Qulamzadə 23 sentyabrda- ad günümdə mənə yazdı və aktrisa kimi çalışmağımı təklif etdi. O vaxtdan iki ildir ki, teatrda fəaliyyət göstərirəm.
- Rus, ingilis dilini öyrənmisiniz, yapon dilini hazırda öyrənirsiniz. Yapon dilinə marağınız necə yarandı? Bununla bağlı hansısa hədəfləriniz varmı?
- Bir müddət Rusiyada yaşadığıma görə rus dilində müəyyən bazam var idi. İngilis dilini sonradan özüm öyrəndim və hazırda tərcümələr də edirəm. Yapon dilinə maraq isə “Ay savaşçısı” yapon cizgi filminə görə yaranıb. Mən inanmıram ki, 90-cı illərin uşaqlarından kimsə bu filmi izləməsin. Oradan məndə bir Yaponiya heyranlığı meydana gəldi. Bu filmlərlə, əsərlərlə, yapon mədəniyyəti ilə davam elədi. Burada da məlumatsızlığım mənə kömək oldu. Mən o vaxt bilmirdim ki, yapon dili dünyanın öyrənilməsi çətin olan 4 dilindən biridir. Artıq bu günlərdə yapon dili imtahanı verəcəyəm. Gələcək planım Yaponiyada ən azı bir müddət yaşamaq və təhsilimi davam etdirməkdir.
.jpg)
- Heç fikirləşmisinizmi ki, arabada olmasaydınız, indi edə bilmədiyiniz nəyisə edərdiniz? Yoxsa elə insanı inkişafa sövq edən çətinliklərdir?
- Mən əlilliyi olan şəxslər üçün olan kursda bir qızı tanımışdım. O, mənə xəyallarından danışanda deyirdi ki, rəqs edəcək, gözəl paltarlar geyinəcək, konsertə gedəcək. Qəribəsi onda idi ki, mən ondan haradasa 10 yaş kişik olardım, onun dediklərinin hamısını eləmişdim. Mən də əlilliyi olan şəxs idim, mən də arabada idim. Öz təcrübəm, ətrafda gördüklərimdən anlayırdım ki, heç vaxt nəyisə etmək üçün maneə ola bilməz. Ola bilər ki, indi nəsə etmək üçün hazırda ailə vəziyyətiniz uyğun deyil, maddi imkanınız yoxdur və s. Bu, maneə deyil, insana hansısa addım atmağa maneə olan tək şey özüdür. Siz əgər inansanız ki, heç nə bacara bilməzsiniz, əlbəttə, heç nə əldə edə bilməyəcəksiz. Mən heç vaxt düşünməmişəm ki, əlil arabasında olmasaydım, filan şeyi edərdim. Bu, mənim üçün maneə deyil. İnanıram ki, gələcəkdə başqaları üçün də maneə olmayacaq.
- Həm əsərlər yazırsınız, həm tərcümələr edirsiniz, həm də aktrisa kimi fəaliyyət göstərirsiniz. Bunlardan hansını özünüzə yaxın hesab edirsiniz?
- Əgər bunların arasında seçim etməliyəmsə, bu, tərcüməçilikdir. Çünki öz fantaziyalarım əsasında saatlarla yaza bilərəm. Səhnəyə çıxıb verilən obrazı özüməməxsus şəkildə yarada bilərəm. Amma tərcümə etmək tamam fərqlidir. Bu o deməkdir ki, sən özündən 100-200 il əvvəl yaşamış yazarı başa düşürsən, onun hisslərini sənin bildiyin dildə yazırsan. Bu, o qədər maraqlı, insan doyuran bir şeydir ki…Ona görə də ən xoşbəxt olduğum iş tərcümədir.
- Necə əsərləri tərcümə eləməyi sevirsiniz?
- Mən ən çox qısa hekayələri sevirəm, çünki bir az tənbəl insanam, etiraf etməliyəm. Bunu görə istəyirəm ki, nəticəni də tez alım. Nəticəni tez alanda ödənişə də təsir edir, pulu tez verirlər. Ən sevdiyim hekayə isə yenilikçi hekayələrdir. “Avtostopçunun kainat rəhbəri” əsərini özüm tərcümə edirəm. Bu, gələcəkyönümlü, elmi-fantastika janrında əsərdir. Onu tərcümə edəndə o qədər zövq alıram ki... Bu janr Azərbaycanda yazılmayıb. Oradakı bir çox terminləri mən özümdən uydurmalı oluram. Bu, həm əyləncəli, maraqlıdır, həm də özümdən nəsə qata bilirəm.

- Artıq bir kitabınız çap olunub, povest və hekayələriniz var. Ən çox hansı problemlər sizi yazmağa sövq edir, nələri işıqlandırmaq, qabartmaq istəyirsiniz?
- “Qonşu evin işıqları” - bu kitabda olan bir povestin adıdır. Burada sovetdən sonrakı dövrdə atası Rusiyada yaşayan iki gənc qızın dostluq münasibətləri və bir-birinə paxıllığından danışılır. Biri anasının, nənəsinin sərt qaydaları altında yaşayan, o biri isə daha sərbəst imkanlarla böyüyən qızdır. Lakin hər ikisinin bədbəxtliyi ondadır ki, cəmiyyət onları sıxır, gələcəklərinə maneə olur və özlərinə qarşı kompleks yaradır. Mən mümkün qədər çalışıram ki, əsərlərimdə cəmiyyətimizin real problemlərini çatdırım. Mənim kumirim Cəlil Məmmədquluzadədir. Sadə, yalın, reallığı təsvir etməsini həddindən artıq sevirəm. Əsərlərimdə insanların problemlərini real şəkildə verim.
- Cəmiyyətdə sizi sıxan nəsə varmı, nəyin başqa cür olmasını istəyirsiniz?
- Əslində insanı sıxan özüdür. Əgər siz cəmiyyətin fikrini öz həyatınıza təsir edəcək qədər qiymətləndirirsinizsə, demək, günah sizdədir. Mən cəmiyyətin fikrini qiymətəndirə bilərəm, narahat ola bilərəm ki, bu gün BMT Baş katibinin müşaviri ilə həmsöhbət olmuşam, onun əlini sıxmışam. Lakin oradan çıxandan sonra yolda bir xala mənə 1 manat uzadıb. Biri böyük uğurdur, ikincisi isə təhqirdir. Ya müşavirlə əl sıxmağımı özüm üçün qürur qaynağı kimi göstərəcəyəm, ya da həmin xalanın 1 manat uzatmağını ürəyimə salacağam və düşünəcəyəm ki, cəmiyyət məni qəbul eləmir. Mən ən əsası özüm özümü qəbul etməliyəm. Mən onları narahat edirəmsə, bu, onların öz problemidir.
.jpg)
- Bilirik ki, pandemiya şəraitidir, əksər insanların maddi baxımdan sıxıntıları var. Bəs qazancınız sizi təmin edə bilirmi?
- Mən 20 yaşımdan işləyirəm. Hətta ilk maaşımı rayonda ingilis dilindən, Azərbaycan dilində dərs deyərkən qazanmışam. Aylığı 20 manata, həftədə beş gün şagird hazırlaşdırırdım. Amma heç vaxt bir işlə kifayətlənməmişəm. Pandemiya dövründə də qəribə də olsa, iş təklifi alan insanlardan idim. Çünki frilanser kimi təcrübəm var idi və pandemiya dövründə ən çox ehtiyac duyulan da frilans işlər idi. O dərəcədə təklif çox idi ki, bəzən mən işi rədd edirdim. Hazırda özümü təmin edəcək qədər qazancım var.
- Gənclərə motivasiya üçün nə deyə bilərsiniz?
- Mən rayon yerində böyümüşəm, heç vaxt özünü inkişaf kitabı oxumamışdım. Məni hərəkətə gətirən tək şey imkanlarımın olmaması idi. Fiziki məhdudiyyətim var idi, rayonda yaşayırdım, Azərbaycan cəmiyyətində qadın idim. Bu məhdudiyyətlər məni məcbur elədi ki, qabağa gedim. Əgər sizin bu an hansısa çətinliyiniz varsa, demək, çox şanslı vəziyyətdəsiniz, onun öhdəsindən gəlmək üçün fikirləşmək imkanınız var. Bu gün rahatsınızsa, sizin adınıza kədərlənirəm, çünki sizin inkişaf üçün bəhanəniz yoxdur. Əgər çətin vəziyyətdəsinizsə, təbrik edirəm, beş ildən sonra daha yaxşı yerdə olacaqsınız.

Baxış sayı: 895
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə