11:53 / 08-06-2025
Sumqayıt şəhərində şəhid Səmid Əliyevin mövludu keçirilib-VİDEO+FOTOLAR
11:08 / 08-06-2025
"Hegseth": Dəniz piyadaları etirazları yatırmaq üçün Los-Ancelesə göndərilə bilər
11:04 / 08-06-2025
Dolu ilə müşayiət olunan tufanla bağlı xəbərdarlıq ediblər
10:56 / 08-06-2025
Orenburq "Ermitaj"ını 50.000-dən çox insan ziyarət edib
10:49 / 08-06-2025
Misirli deputat Zelenskinin ölülərin cəsədlərini toplamaqdan imtina etməsini tənqid edib
10:27 / 08-06-2025
Dvalişvili UFC 316-da ağır çəki dərəcəsində UFC çempionluğunu müdafiə edib
10:23 / 08-06-2025
Jurnalistlərə hücumla bağlı işi nəzarətə götürüb
10:19 / 08-06-2025
Putin tərəfindən mükafatlandırılan “Alyoşa” tankının ekipajı “Mirotvorets” saytının məlumat bazasına daxil edilib
20:00 / 07-06-2025
Vens Tramp və Mask arasında münasibətlərin bərpa olunacağına ümid edir
19:56 / 07-06-2025
Keçmiş prezident Atambayev deyir ki, o, Haaqada mühakimə olunmağa hazırdır
19:53 / 07-06-2025
Mikroavtobus xəndəyə aşıb, iki nəfər ölüb
19:50 / 07-06-2025
Daxili İşlər Nazirliyi: PUA-nın aerodromlara hücumunda iştirak etdiyi iddia edilən şəxsin həyat yoldaşı axtarışa verilib
19:46 / 07-06-2025
Kansler Merz Donald Trampla görüşdən sonra reytinqini artırıb
19:39 / 07-06-2025
Kanadanın Müdafiə Nazirliyi Kiyevə 25 milyon dollardan çox hərbi yardım göndərəcəyini bildirib
19:32 / 07-06-2025
Uşaq düşərgəsi yanğın təhlükəsizliyinin pozulması səbəbindən bağlanıb
18:13 / 07-06-2025
Medinski: "Kiyev öz əsgərlərinin cəsədlərini valideyn şənbə günü qəbul edə bilərdi"
18:06 / 07-06-2025
REN TV jurnalistlərinə hücumla bağlı iş açılıb
18:03 / 07-06-2025
Məktəbli terror aktı ilə bağlı həbs edilib
17:58 / 07-06-2025
İsrailli "Dinamo"nun futbolçusu Rusiya ilə bağlı söylədiyi fikirlərə görə Estoniyada dindirilib
17:54 / 07-06-2025
Zaxarova: "Kiyevin diri və ya ölü öz vətəndaşlarına ehtiyacı yoxdur"
14:19 / 07-06-2025
Polimer məhsulları olan anbar yanıb
14:17 / 07-06-2025
Senator Novikov: "Biz ailə idmanını inkişaf etdirməyə çalışacağıq"
14:13 / 07-06-2025
Putin uşaqlara enerji içkilərinin satışına görə 500 min rubla qədər cərimələr haqqında qanun imzalayıb
14:10 / 07-06-2025
Putin Tailandla cinayətkarların ekstradisiyası haqqında müqaviləni ratifikasiya edib
14:07 / 07-06-2025
"Baza": Bir yeniyetmə dəmiryolunda təxribat etməyə cəhd edib
12:47 / 07-06-2025
İtaliyanın DÇ-2026-nın seçmə mərhələsi məğlubiyyətlə başlayır
12:43 / 07-06-2025
Göl sahilində yeni doğulmuş qızın meyiti tapılıb
12:38 / 07-06-2025
Mironov Merzə Reyxstaqın divarlarında yazılanları xatırlamağı tövsiyə etdi
12:35 / 07-06-2025
Yeniyetmə avtomobili yandırdığına görə terror aktında ittiham olunur
23:30 / 06-06-2025
Rusiya millisi Nigeriya ilə heç-heçə edərək səkkiz oyunluq qələbə seriyasına son qoyub
19:48 / 06-06-2025
Məhkəmə URA.ru saytının redaktoru Əllayarovu rüşvət işi üzrə həbs edib
19:43 / 06-06-2025
Xaskinin dişlədiyi uşaq ekspanderlə əməliyyata hazırlanır
19:38 / 06-06-2025
Ali Müfti Tacuddin ailəni bütün ölkələrin və xalqların təməli adlandırıb
19:32 / 06-06-2025
NC: "HKU5-CoV-2" virusu insanlara yoluxmaqdan bir mutasiya uzaqdadır
19:25 / 06-06-2025
"Axios": Mask və Trampın münaqişəsi qızğın mübahisədən sonra sona çatıb
19:17 / 06-06-2025
Evin pəncərələrinin altında tapılan körpə reanimasiyadan köçürülüb
19:10 / 06-06-2025
Hindistanlı astroloq Rusiyanı gələcək dünya lideri adlandırır
Mənim qarşımda o qədər çəpərlər çəkilib -MÜSAHİBƏ
Tarix: 14-11-2017 02:27 | Bölmə: Müsahibə

Əməkdar artist, Prezident mükafatçısı, sadə, səmimi, pozitiv insan Nahidə Orucova uzun illərdir ki, Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. O, “İtkin ər”də İzabella, “Volqalı canan”da Şəlalə xanım, “Bankir adaxlı”da Səmayə xanım, “Bir saatlıq xəlifəlik”də Səkinə xanım, “Əlin cibində olsun”da Gülşad xanım, “Məsmə xala dayımdır”da katibə, "Hələlik”də Lalə, “Nəğməli Könül”də Qəmər xanım, “Subaylarınızdan görəsiniz”də Çiçək ,”Aldın payını, çağır dayını”da Nazlı Qəmzəli, "Qısqnc ürəklər”də Natella, "Mən dəyərəm min cavana”da Sevda kimi obrazları yaradaraq özünü tamaşaçılara sevdirə bilib.
Bu günlərdə teatrda olub onun ömür səhifələrini bir daha varaqladıq.
-Nahidə xanım, bu sənətə gəlməyiniz necə oldu?
-Bu sənəti sevib gəlmişəm. İlk əvvəl mən diktor olmaq istəyirdim. Çünki mən dövlət kanalımızda diktorlarımızı görəndə onlara valeh idim. Mən onların həm özlərinə davranışlarına, danışıqlarına vurulmuşdum. Onlar həm Azərbaycan, həm rus dilində danışırdılar. Savadlı idilər, mütaliələri, intellektləri çox yüksək idi. Məndə həmişə uşaqlıqdan mütaliə ilə məşğul olmuşam, çalışmışam ki, intellektim o səviyyədə olsun. Çoxlu kitablar oxuyurdum. Nəinki məktəb dərslikləri, rus ədəbiyyatından, xarici ədəbiyyatdan xəbərim var idi. Çoxu deyirdi ki, Dostoyevskinin dili çətindir. Ancaq mən onun əsərlərini sevirdim. “Cinayət və cəza”nı oxumuşam. Bulqakovu çox sevmişəm. Uşaqlıqdan çalışmışam ki, ədəbiyyatlar oxuyum.Ona görə diktor olmaq istəyirdim. Təsadüfən instituta hazırlaşarkən mənə teatra da getməyi təklif etdilər. Mən “Dəli yığıncağı”na getdim. Orda Əliağa Ağayev, Səməndər Rzayev, Hamlet Xanızadə var idi. Onlarla bərabər Şəfiqə xanım Pırpız Sonanı oynayırdı. Mən gördüm ki, o səhnə üzərində necə qaçırdı. Səhnədə gedə-gedə monoloqunu deyirdi,mənə elə gəlirdi ki, o sanki uçurdu. Mən onun bu obrazına, valeh oldum, vuruldum. Və onda qərara gəldim ki, səhnədə olacağam, aktrisa olacağam. Özümü ona oxşadırdım həmişə. Onun boyunda idim, Saçım da onun kimi uzun idi.
-Bəs valideynləriniz aktrisa olmağımnıza etiraz etmədilər ki?
-Yox razı olmadılar. Atam həmişə deyirdi ki, bizim ailədə mütrif olmaÇünki atam, anam mühəndis idi. Böyük bacım İslam Rzayevin ansamblında kamança çalan idi. Mən onunla konsertlərə, Saraya gedirdim. Orda çıxış eləyənlərin arasında Elçin Həmidovla, Telman Adıgözəlov var idi. Onlar gözəl parodiyalar edirdi. Onların çıxışlarına vuruldum, ordaca onlarla dostlaşdım. O illərdən son günlərinə qədər biz dost olmuşuq.
-İnstitutda hansı sənətkarlardan dərs aldınız?
-Bizim kursa Mehdi Məmmədov, Tofiq İsmayılov, Nəsir Sadıqzadə, Mikayıl Mirzə, Fuad Hacıyev və Zəminə xanım dərs deyibdir.
Biz o cür sənətkarlardan bəhrələnmişik.Təməlimiz onlarla qoyulub. Bu mənim həyatımda bəlkədə bir dönüş, bir xoşbəxtlik idi. Xoşbəxt insanam ki, o cür insanlarla ünsiyyətdə olmuşam, onlardan dərs almışam.
Pis oynadı, rolu açıqlamadı, bu gün o sözü heç kim deyə bilməz. Bir növ mən öz müəllimlərimə ləkə gətirmiş olaram. Mən onu istəmirəm.Onlardan bəhərləndiyimi, onlardan öyrəndiyimi mən bugünkü gündə saxlayıram. Məhz aktyorluq sənətində. Mən təmiz aktyorluq sənətinin məktəbini keçmişəm.
-Diplom işiniz nə idi, tələbəlik illərini yəqin unutmamısınız?
-Diplom işim Qoqolun “Müfəttiş” tamaşası idi. Mən orda Anna Andreyevnanı oynayırdım. Naibə xanım Mariya Antonovnanı, Füzuli Xlestakovu oynayırdı. Çox gözəl tamaşa idi. Gözəl alqışlandı. Mənim İnstitut illərim heç vaxt yaddan çıxmır. O illər mənim üçün əziz idi. Baxmayaraq ki, mən ilk qədəmlərimi Sumqayıt Dram Teatrında atmışam. Sizinlə o gün “Ocaq” tamaşasının primeriyasında idik. Siz gördünüz ki, mənim gözümdə nə qədər işıq, qığılcım var idi. Çünki o teatr mənə doğma teatr idi. O dövrdə İnstitutda çox saflıq, təmizlik var idi. İki qrupdan ibarət 30 nəfər idik. Böyükağa müəllimin və Fuad müəllimin kursu. Biz çox mehriban idik. Biz bir-birimizi çox istəyirdik. Mərd-mərdanə bir-birimizin arxasında dururduq.
-Musiqili Teatrda nə vaxtdan çalışırsınız?
-Sumqayıt Dram Teatrından ayrılandan sonra 1993-1994-ci illərdə bura gəldim. O vaxtı Qəzənfər Topçiyev direktor Səyavuş Aslan bədii rəhbər idi. “Qızıl gül”, “Qızıl toy”, “Əlli yaşında cavan”, Milyonçunun dilənçi oğlu”,“Subaylarınızdan görəsiniz” və bir çox tamaşalarda baş rollarda oynamışam.
Hazırda “Molla Nəsrəddinin beş arvadı”nı təhvil verdik. Tamaşada onun arvadlarından birini oynayıram. Xoşbəxt adamam. Hər aktrisanın repertuarında klassika olmalıdır. Üzeyir Hacıbəylinin üç əsəri qoyulubsa, üçün də də baş rolda oynamışam. “Ər-arvad” tamaşasında Minnət xanımı, “Arşın mal alanda” Cahan xalanı, O olmasın, bu olsun”da Sənəmi oynamışam.
-Hansı arzularla yaşayırsınız?
-Mən dram- kino aktyorluğu fakültəsini bitirmişəm.Kinoya sərasər dəvətlər alıram. Ancaq dramatizm mənim içimdə, ürəyimdə qalıb. İstərdim ki, dramatik obrazlar yaradım, faciəvi rollar oynayım. “Hamlet”də Gertrudanı oynamaq istərdim. O obrazı çox sevirəm, ona görə ki, mənə yaxındır.
-Bəs səhnədə oxumaq necə çətin deyil ki?
-Mən çətinlik çəkmirəm, səsim var. Mən həmişə oxumağa meyl göstərmişəm. Məndə vokal səsi yoxdur. Mən çalışıram obrazla oxuyum. Mən oxumaq tərzimi obrazla insanlara çatdırmaq istəyirəm. Gülüb, danışmaq, oynamq. Mən pozitiv insanam. İnsanlara sevinc bəxş etməyi sevirəm. Bu günkü gündə insanlar bir-birinə qarşı qəzəblidirlər. Xarici ölkələrdə insanlar bir-birini tanımır, amma yol keşəndə bir-biri ilə salamlaşır, bir-birinin üzünə baxıb gülüb keçirlər. İstərdim ki, bizim ölkədə də bir-biri ilə gülüb salamlaşsınlar. Dedi-qodular, qeybət uzaq olsun.
Mənim qarşımda o qədər çəpərlər çəkilib. O qədər maneçilik törədən olub. Ancaq mən qadın kimi möhkəməm. Hələki özümü cavan hiss edirəm.
-Plastik əməliyyat elətdirmisiniz?
-Plastik əməliyyat yox, mədə üzərində cərrahiyyə əməliyyatı keçirmişəm. Hormanal kökəlmə var idi. Bu səhnədə mənə çox ağırlıq verirdi. Mən oxuya-oxuya, rəqs eliyə-eliyə görürdüm ki, təngənəfəslik var. Şəkərim, qan təzyiqim qalxırdı. Ağırlıqdan ayağımdakı damarlar çox pis vəziyyətdə idi. Mən məcbur oldum o əməliyyatı edim. Mədə ağrısı mənə çox əziyyət verirdi.
İndi qanad axtarıram uçmağa. Məndən şəkər getdi. 106 kilo idim, indi 80 kiloyam. Mənim boyumda var, sümüklərim iridir. Mən vaxtilə idmançı-həndbol üzrə komandanın kapitanı olmuşam.
Qızımın 27 yaşı var. Dillər Universitetini bitirib. Qızım gəlib mənim hər primeriyama baxır, məsləhətlərini verir. İndiki uşaqlar bir çox neqativləri tez görürlər, nəinki biz.
-Ailə həyatınız uğursuz oldu?
-Çoxdan ayrılmışıq. Qızım onda üçaylıq idi. O da aktyor olub. Onunla Sumqayıt Dram Teatrında tanış olmuşuq. Həddindən artıq qısqanc idi. Səhnə dostlarım, həmkarlarım mənimlə salamlaşmağa qorxurdular ki, o başqa cür qəbul edər.Halbuki özü də aktyor idi. Sonralar o sənətini dəyişdi. Özünə biznes yaratdı, teatrdan getdi. Mən heçdə peşiman deyiləm...O çox gizli insandı. Onun hisslərini axıra qədər bilmək olmadı. Nə sevgisini, nə məhəbbətini, nə nifrətini.
-Bu ayrılıq sizə necə təsir etdi?
-Çox pis təsir elədi. Mən həmişə tək olmuşam. Baxmayaraq biz ayrılmışdıq. O dost kimi əlaqə saxlayırdı. Mən valideynlərimi erkən itirmişəm. Çətin olanda ilk növbədə ona müraciət edirdim. Uşağın 12 yaşı olanda ona baxmaq lazım idi, müəllimə tutmaq lazım idi. Danışdıq ki, qız atasının yanında qalsın, atası ona kömək eləsin. Özü dedi ver uşağa baxım. İndi qız atasının yanındadır. İndi o atasına baxır. Atası onda ailə qurmuşdu. İndi yenə təkdir. Mən həmişə ona demişəm ki, sənə o bu yox, öz uşağın qalacaq.
-Sizi yaman əsəbləşdiriblər deyəsən, sizi heç belə görməmişdim?
-Çəkiliş üçün lazım olduğu üçün idman zalında məşğul idim. Mən məşq eliyən zaman jurnalist müsahibə alırdı. Dedi ki, siz əməliyyat keçirmisiniz, cavanlaşmısınız, gözəlləşmisiniz. Özünüzə baxırsınız, baxımlı qadın olmusunuz.Nədəndi bu, bəlkə torbada pişik var? Dedim ki, niyədə olmasın. Qadına elçi gələndə torbada pişik olur. Allahn İlhamə xanıma rəhmət eləsin. O çox gözəl oxuyub:Yaşın nə fərqi var. Nə zaman elçi gəlir, çox xoş haldır ki, o qadını istəyən var. Mən də aktrisayam mənə hər zaman elçi gələ bilər, məni istəyə bilərlər. Qayıtdılar ki, kimdi o adam, azərbaycanlıdır? Çox dərinə getməmək üçün “xarici ölkədəndir” dedim ki, əl çəksin. Bunu əlində bayraq ediblər. Bir dənə sözlə bizim həyatımızı puç edirlər. Axı nəyə lazımdır. Mənim yekə qızım var. Qızım evdə otura-otura mən necə ər barədə fikirləşə bilərəm. Hər hansı özünə hörmət edən qadın o sözü dilinə almaz. Sən mənim reputasiyamı pozursan, nüfuzuma xələl gətirirsən. Belə olmaz. İki-üç gün özümə gələ bilmədim. Uşağıma görə fikir elədim. Sabah atası deyəcək ki, ananı görürsən başqa işlə məşğul olur. Mən səhnəyə çıxıramsa, bu cür rollar oynayıramsa, necə ağlımı itirə bilərəm?
İstəyirəm ki, qızım sağ-salamat olsun, ailə qursun. Nənə olum, nəvə görüm, nəvə tərbiyə edim.
-Dolanışığınız necədir?
-Bilirsiniz ki, bizim maaşımız çox azdır. Allah ulu öndərə rəhmət eləsin aktyorlar üçün mükafat təsis etdi, indiki Prezidentimiz İlham Əliyevə can sağlığı versin. O, aktyorlara kömək məqsədilə prezident mükafat verir. Nə xoş ki, mən o mükafata düşürəm. Mən dörd ildir ki, o mükafatı alıram. Bu aktyora yaxşı köməkdir, təkandır. Bizim kənardan gəlirimiz yoxdur. Biz ancaq maaşa baxan adamıq.Seriallarda indi elə bir qonorar vermirlər, elə bir məvacib yoxdur. Deyəm ki, mən bununla dolanıram. Mən indi bir çox seriallardan imtina eləmişəm. Heç bir seriallarda indi mən yoxam. Ancaq maddiyyata görə. Mən o xırda pulla öz nüfuzumu itirə, batıra bilmərəm. Verirlər, normal pul versinlər.
-Bu sənətə gəldiyinizə görə peşiman deyilsiniz ki?
-Yox. Məni bugünkü gündə bu sənətim yaşadır. Mənim sənətim, teatr, məşqlərim, tamaşalarım olmasaydı bəlkədə yaşamazdım. Xoşbəxtəm ki, mən teatrı, övladımı sevirəm. Mənim sevgim övladıma, birdə sənətimədir.
Rejissorlardan xahiş edirəm ki, məni komedik filmlərə yox, dramatik seriallara çağırsınlar.
-Fəxri ad almaq barədə heç düşünürsünüzmü?
-Xalq artisti versələr niyə almıram.Bu aktyora stimuldur. Əməkdar addan sonra çalışmışam ki, daha çox işləyim, obrazlar yaradım. İşləmək istəyirəm. Bayaq rejissorumuz Əsgər bəyə deyirəm ki, yeni tamaşa götür, oynayım. Mən pas atmayım. Mən çalışıram bu adı özüm öz yolumla, öz istedadımla alım. Həmişə çalışmışam ki, mən o adı almayım, mənim özümə versinlər.
Namiq MƏMMƏDLİ
Baxış sayı: 2 358
Bölməyə aid digər xəbərlər
Tarix: 14-11-2017 02:27 | Bölmə: Müsahibə
Nahidə Orucova:“ Qadın kimi möhkəməm”

28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil