09:47 / 19-04-2025
Rusiya Daxili İşlər Nazirliyi: Fırıldaqçılar saxta foto çəkilişlər üçün reklamlardan istifadə edərək pul oğurlayırlar
09:42 / 19-04-2025
Tayvan, Tayvan boğazının orta xəttini keçən 13 Çin təyyarəsini aşkar edib
09:37 / 19-04-2025
Pakistan sakini: "Günəş panelləri quraşdırdıqdan sonra onun hesabı 3 dəfə azalıb"
09:33 / 19-04-2025
10-cu mərtəbədən yıxılan tikinti torunun sayəsində sağ qalıb
09:29 / 19-04-2025
Dövlət Departamenti: Avropa başa düşməlidir ki, ABŞ Ukraynada sülh axtarışını dayandıra bilər
09:22 / 19-04-2025
Vəkil Gürol: "Türkiyə fövqəladə vəziyyətdən sonra "Azimut"dan xərclər üçün təzminat tələb edə bilər
09:08 / 19-04-2025
Yeniyetmə qayadan yıxılaraq ölüb
23:31 / 18-04-2025
Naməlum silahlı şəxslər 11 xoruz döyüşçünü güllələyiblər
23:23 / 18-04-2025
Arxiyepiskop Markellin Moldovanı tərk edərək Müqəddəs Atəş üçün Yerusəlimə getməsinə icazə verilməyib
21:06 / 18-04-2025
Belçika Hərbi Dəniz Qüvvələrinin gəmisi Rusiya tədqiqat gəmisini izləyir
20:53 / 18-04-2025
42 yaşlı qadın ikili orqan transplantasiyasından sonra uşaq dünyaya gətirib
20:50 / 18-04-2025
Professor Fenenko hesab edir ki, amerikalılar Ukraynanı silahlandırmaqdan əl çəkməyəcəklər
20:44 / 18-04-2025
İstintaq Komitəsi: Moskvada 100 milyon rubl dəyərində keyfiyyətsiz dərmanlar müsadirə edilib
20:35 / 18-04-2025
Lisey şagirdi müəllimənin əlindən dişləyib, ona tibbi yardım lazım olub
20:32 / 18-04-2025
Narışkin: "Qərb Əfqanıstanda qeyri-sabitliyi qorumağa çalışır"
10:56 / 18-04-2025
Cənubi Qafqazın sabitliyinin təmin olunmasında Azərbaycan-Gürcüstan əlaqələrinin rolu-Səyavuş Qasımov
10:27 / 18-04-2025
Kolumbiyanın şimalında naməlum şəxslər neft boru kəmərini partladıb, sızma meydana gəlib
10:11 / 18-04-2025
Bazarda baş verən yanğında 6 nəfər xəsarət alıb
10:08 / 18-04-2025
Üç öldürülmüş uşağın atası dördüncü uşağa işgəncə verdiyinə görə həbs edilib
10:01 / 18-04-2025
Baş verən yanğında 3 nəfər xəsarət alıb
09:57 / 18-04-2025
Məhkəmə psixiatrın hökmünü ləğv edib
09:50 / 18-04-2025
Yanacaq tankerinin qəzaya uğraması nəticəsində 14 ton yanacaq yerə tökülüb
09:46 / 18-04-2025
Kabulov: "KazanForum çərçivəsində böyük Rusiya-Əfqanıstan biznes forumu keçiriləcək"
09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
09:38 / 18-04-2025
Skynews: "Paris Ukrayna danışıqlar prosesinə qoşulduğunu elan etdi"
00:01 / 18-04-2025
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
23:03 / 17-04-2025
Rusiyanın Kabildəki səfiri Ali Məhkəmənin Talibanla bağlı qərarını mühüm addım adlandırıb
22:38 / 17-04-2025
Uşakov: "Rusiya enerji obyektlərinə zərbələrə moratoriumun qoyulması ilə bağlı vəziyyəti ABŞ-a deyəcək"
22:34 / 17-04-2025
Tramp bu həftə Ukraynada atəşkəslə bağlı Rusiyadan cavab alacağını gözləyir
22:28 / 17-04-2025
Florida Universitetində atışma nəticəsində 5 nəfər ölüb
22:26 / 17-04-2025
Pasxa bayramı üçün Rusiyaya getmək istəyənlərin növbələri yaranıb
22:21 / 17-04-2025
İHA hücumlarının videolarının çəkilişi və yayımlanması qadağan edilib
22:14 / 17-04-2025
Naməlum şəxs ticarət mərkəzində atəşfəşanlıq edib
22:09 / 17-04-2025
Uşaq bağçasında kütləvi bağırsaq infeksiyasından sonra iş açılıb
22:05 / 17-04-2025
Səfir Jirnov Əfqanıstanda terrorizmlə mübarizəni nümunəvi adlandırıb
22:00 / 17-04-2025
Qapalı şəhərin meri həbs edilib
Novruz Savalan: " İntriqa varsa, ciddi iş mümkün deyil..." -MÜSAHİBƏ
Tarix: 29-11-2017 22:40 | Bölmə: Müsahibə
Tanınmış aktyor, gözəl musiqiçi Novruz Savalan Opera Teatrının və “Qorqud” ansamblının solisti, “Savalan” qrupunun rəhbəridir. Daha çox da sufi-dərviş musiqilərinin ifaçısı kimi tanınır. Bununla belə, repertuarında türk, italyan mahnıları da var. Planları, arzuları isə bununla bitmir. Bizim bu səmimi, istedadlı, işini ürəkdən sevən sənətkarla görüşümüzün məqsədi də həm uzunillik fəaliyyətinə bir daha nəzər salmaq, həm də gələcək planları ilə tanışlıq oldu.
- Novruz müəllim, söhbətə bu sənətə gəlişinizdən başlayaq...
- Ordubadda Məmməd Tağı Sidqi adına məktəbi bitirmişəm. O vaxt yeddinci sinifdə oxuyanda 1 May bayramında “Azərbaycan” mahnısını oxumuşam. Sənətə başlanğıc o vaxtdan oldu. Orta məktəbi qurtaranda böyük qardaşım Arif Tibb İnstitutunda komissiya sədri idi. Mənə dedi ki, bir az hazırlaş, bura gir. Amma mən İncəsənt İnstitutunun musiqili komediya və aktyorluq fakültəsinə girdim. Orda o vaxt “Arşın mal alan”da Əsgəri, “O olmasın, bu olsun” da Sərvəri və bir çox rollarda oynadım. İnstitutu qurtarandan sonra qalıb Opera Teatrında işlədim...

- İncəsənət İnstitutunda kimlərdən dərs almısınız?
- Orda vokaldan Ədilə Nəsirovadan dərs aldım. İndi də yaşayır. Çox dəyərli sənətkardı. O, vaxtilə Musiqili Komediya Teatrında ən hörmətli aktrisalardan olub. Lütvəli Abdullayevlə tərəf müqabili olub. Mənim ona münasibətim ana kimi idi. Ədilə xanımın gözəl cəhəti o idi ki, adamı qəlibə salmırdı. Deyirdi, “Norvuz, ürəyin necə hiss edir, get, elə oxu”. Çox dəyərli müəllimə idi.
Aktyor sənətindən Azad Dadaşovdan, səhnə hərəkətindən Hüseynağa müəllimdən dərs almışam. Bizim zamanımızda çox güclü pedaqoqlar var idi. Düzdür, onda həvəs də başqa idi. İndi o həvəs qalmayıb. O vaxtkı talantlı uşaqlar indi yoxdu...

- Opera Teatrına gəlməyiniz necə oldu?
- SSRİ-xalq artisti Lütviyar İmanov köməklik göstərdi. Məkanı cənnət olsun. Operada elə ciddi işlərim olmadı. Mən əvvəl oranın xoruna düzəldim, 6 aydan sonra solist keçməliydim. Yaxın bir adamım rəhmətə getdi, 6-7 ay sənətdən uzaqlaşdım. Mənim səsimin diapazonu elədir ki, hər şey oxuya bilirdim. İnstitutda çox güclü italyan repertuarı oxumuşam. Gülarə Əliyeva deyirdi ki, ayda bir dəfə gəl “Dan ulduzu” ilə dünya xalqlarının mahnılarını hazırlayaq. Rəşid Behbudov ansanblına dəvət edirdi. Çox yaxın adamımı itirdiyim üçün özümə sığışdırmırdım ki, oxuyum...
Amma hazırda Opera Teatrında aktyor, “İrs” ansamblında solist kimi işləyirəm. “İrs”in adını dəyişib, mənə görə “Qorqud” qoyublar. Amma mən özümü “Savalan” qrupunda hiss edirəm. Bu qpup 20 yanvar hadisələrindən sonra yarandı. Ruhumuzun sakitliyi üçün belə bir qrup yarandı. Əslində, ideya İsak Ozanoğlundan gəldi. Qrup əvvəl yarananda beş-on adam var idi. Sonra dağıldı. İsak indi Almaniyada yaşayır. Fəxrəddin, Cavad, Həlimə xanım -3-4 adam yığılırdıq, məşqlər edirdik... Sonra jurnalistlər müsahibə götürdü, televiziyaya çağırdılar... Belə-belə, “Savalan” qrupu oldu. Bu qpup bir neçə dəfə Konyada Mövlana törənlərində çıxış edib. Hollandiyada iki dəfə, Amerikada -Çikaqoda olub. Tək Azərbaycan yox, türk musiqiləri də ifa edirik. Pakistanda dünya musiqi festivalında 80 qrupun içində üçüncü yeri tutub...
Bir neçə ay qabaq “İrs”in özünün gözəl konsertləri oldu Muğam Mərkəzində. İndi bu ansambl “Qorqud” ansamblı adlanır. Qazaxıstana çox gözəl bir səfər oldu. Turan ellərinin çox möhtəşəm tədbiri keçirilirdi. Böyük bir səhnədə 20-30 alaçıq quruldu. Hər birində bir ölkənin bayrağı dalğalandı. Ümumi bir türk dünyası, qədim paltarlarda, oxla, qılıncla...

- Dərviş ruhlu mahnılar oxuyursunuz. Bu ruh hardan yarandı sizdə?
- Hər bir adam kimi, mən də uşaqlıqdan özümü axtarmışam. Həyat nədi, dünya nədi, bura niyə gəldik, gediş nədi, hara gedirik, niyə, bu yaşamdakı məna nədi? Bu yöndə mənəvi yazılara diqqətim daha çox olub. Müstəqillik dövründən sonra qapılar açıldı. Mövlana, Şəms həzrətləri, Yunus İmrə ilə bağlı daha çox ədəbiyyat oxudum. Musiqi həm ruhun, həm də cismin məşqidir. Əslində, rəqsin kökünə getsən, zikrdən gəlir. Uşaqlıqdan sufi musiqisinə qulaq asardım və içim rahat olardı. 20 yanvar olaylarından sonra baxdıq ki, bir az içimiz o tərəfə çəkilir. Bu mövzuya yaxınlaşmağımın səbəbi-əsas ordan oldu.
Əslində, sufizm insandan kənar bir şey deyil. Mənim düşüncəmə görə, sufizm elə İbrahim peyğəmbərdən başlayır, İmam Əlidə möhkəmlənir. Şəriət deyir ki, gündə beş dəfə namazını qıl. Amma sufizmdə elə deyil. Sufizm odur ki, hər an özündə ol, hər an haqla ol. Vicdanın nəzarətində ol. Yunus İmrənin gözəl bir şeiri var:
Şəriət, mərifət yoldur varana,
Həqiqət ondan içəridir.
Məni məndən sorma,
Mən mən deyiləm.
Bir mən vardır
Məndən içəri.
Əsas məqsəd insanın içindəki öz olan o məni axtarmaqdır. İbrahim peyğəmbər deyir ki, Allaha gedən yol çoxdur. Mən səma ilə musiqini seçdim. Mənim düşüncəmə görə, din, əslində, yaşamın sistemidir. Din deyir halal yaşa, könül qırma. Bir könül qırarsansa, elə bil Kəbəni dağıtdın. Sırf insana insanlığını anladan bir sistem verir. Amerkanlar terrorda İslam axtarırlar. İslam gözəllik, dostluq, birlik, sevgi deyir. O cəhətdən müsəlmanam. Yəqin ki, müsəlman olduğumuza görə ibadət də eləməliyik. Amma baxışım daha müasirdir. Quranın özündə deyir ki, iki günü bir olan hümmətim deyil. Yəni, hər gün yenilikdə ol.

- İndi “Savalan” qrupu ilə bağlı hansı planlarınız var?
- Türkiyədə iki-üç konsert söhbəti var. Qismət olsa, biri Nəsimi ilə bağlıdır. O vaxt Vaqif İbrahimoğlu bizi ilk dəfə efirdə görəndə telekanala zəng elədi. Dedi ki, “orda oturanların əllərindən öpürəm”. Sonra “Yuğ”a dəvət etdi. Dedi, teatr, səhnə hamısı sizə qurbandı. Mən Azərbaycanda onun kimi insana dəyər verən başqa sənətçi görmədim...
Orda 3 il işlədik. Vaqif müəllim dedi ki, ssenari yazmış olsam, sizi qəlibə salaram. Dedi, nə konsert, nə də tamaşa, Yunis İmrə məclisi. İçinizə, ruhunuza köklənib söhbət edirsiniz və ilahi musiqilər yaranır...
İnsan təmiz niyyətlə yola çıxanda Allah onu təmiz niyyətli adamlarla görüşdürür. Vaqif müəllimlə “Yuğ” teatrında çox gözəl məşqlər olub. Onunla bağlı gözəl xatirələr var. Biz bütöv repertuarı oxuyurduq. “Yuğ” teatrından sonra daha çox ilahi yöndən göründük. İndi ikihissəli konsert vermək istəyirik, birinci hissə ruhsal, ikinci hissədə hətta italyan repertuarı, bəstəkar, xalq musiqisi...

- Bir vaxtlar toylarda məşhur “Gizir oğlu Mustafa bəy” mahnısını oxuyurdunuz. O mahnı necə yarandı?
- Bizdə “Gizir oğlu Mustafa bəy”i “üç badam-bir qoz” -6-8 ritmində oxuyurlar. Mən baxdım gördüm ki, Gizir oğlu Mustafabəy kimi qosqocaman çinar adamı heç ediblər. Düşündük ki, ona layiq olan sanballı bir “Gizir oğlu Mustafa bəy” yaradaq. İdeya da ordan gəldi. Düşüncəmə görə, elə musiqilər var ki, onlara yanaşanda məsuliyyətli olmaq lazımdır. Burda əsas səs deyil, münasibətdir. Mənim düşüncəmə görə, hər musiqinin öz ssenarisi var, ssenarini düzgün yerdən qura bilirsənsə, düzgün yerdən görə bilirsənsə, o yerdən də ifa edirsən. Səs, sadəcə, vasitədir. Önəmli olan için verdiyi hissiyyatdır.
- “Dədə Qorqud” obrazını da xatırlamağınızı istərdim...
- Məni bu tamaşaya -bu obraza Azərbaycanda intellektinə, savadına, səmimiyyətinə, insanlığına, sənətinə olan sevgisinə görə qürur duyulası dəyərli gənc rejissorumuz Mikayl Mikayılov dəvət elədi. Dedi ki, “bu obrazda sizdən başqa heç kimi görmürəm”. Sonradan bildim ki, o, niyə elə düşünüb. Həm səsə ehtiyac var, həm də ilahi musiqilərə. Mikayıl rolu tam açıqlaması ilə ortalığa qoydu. Rolda ən vacib olan odur. Aktyora istədiyini çatdırandan sonra ona oynamaq çox asan başa gəlir. Məşq prosesi çox mükəmməl keçdi. Bundan sonra mənim aktyorluğa hörmətim artdı. O tamaşa bir çox festivallarda -Minskdə, Kazanda, Gürcüstanda, Türkiyədə oldu. Türk Ölkələri Teatr Festivalında çox möhtəşəm qarşılandı. Hətta Türkiyə rejissorları dedilər ki, biz son 5-6 ildə belə tamaşa görmədik. Eşitdiyimə görə, hətta bir neçə yerə təklif də gəlmişdi. Amma nə yazıq ki, bu tamaşa “Azdrama”nın repertuarından çıxarıldı.

- İndi də tamaşalara dəvət alırsınız?
- Çox yerlərə dəvət almışam. Amma içim o mühiti hiss eləmir. Mikayıl Mikayılov tamaşa qoyarsa, onunla işləyərəm.
Çox ciddi tamaşa, film olsa, düşünsəm ki, onun öhdəsindən gələ bilərəm, gedərəm...
Mən çox istərdim ki, bizim aktyorlar gedib Qazaxıstanda səhnədə tamaşaya baxsınlar, görsünlər ki, aktyorlar orda necədir? Aktyorun fiziki hazırlığı olmalıdır. Bizdə çox dəyərli, güclü aktyorlar var. Biz Krımda olanda bir tatar teatr tənqidçisi gəlib bizi öpdü. Dedi ki, “siz Azərbaycanın başını uca elədiniz. Bura Azərbaycandan elə tamaşalar gəlib ki, ziyalılar 10 dəqiqədən sonra zaldan utanıb çıxıblar. İntriqa olan yerdə ciddi iş görmək mümkün deyil. Biri-birini qəbul eləməmək, qısqanclıq bizdə güclüdür. Bəzi adamlar biri-birinin uğuruna sevinə bilmir...
- Hansı arzularınız var?
- Sənət adamının ən böyük arzusu odur ki, öz içini, ruhunu tamaşaçı ilə bölüşsün. Allah qismət eləsə, çox möhtəşəm konsert vermək arzusu ilə yaşayıram. Əslində, səs insan ruhuna, mənəviyyatına təsir edən ən güclü amillərdən biridir. Mən ağlamağı sevmirəm. Amma bəzən elə alətə, elə bir səsə qulaq asıram, özümdən ixtiyarsız ağlayıram. Çünki bu, birbaşa ruhuma təsir edir. Musiqi Allahın verdiyi ən böyük hədiyyədi. İstərdim bu hədiyyəni bölüşüm. İnsanlara həmin anda xoş bir şey bağışlayım.
Türklər indi teleserialı Hollivud səviyyəsində çəkirlər. Həm operator işi, həm aktyor oyunu... Onlar işləyirlər, öz üzərlərində məsuliyyət hiss edirlər. Elə bir yerdə oynamaq istərdim. Bizdə hələ sponsor mədəniyyəti formalaşmayıb. Türkiyənin aktyoru var ki, aya 30-40 min pul alır. Maddiyat düzgün formalaşarsa, burda çox ciddi filmlər çəkilə bilər.

- Hobbiniz nədir?
- Təbiəti çox sevirəm. İstəyirəm orda tək olam. O, insanın ruhuna daha yaxındı.
Mənəviyyatla bağlı kitabları oxumağı xoşlayıram. Əslində, ən böyük kitab insan özüdür. Əgər insan özünə qarşı səmimi olsa, özündən çox şey öyrənər.
Uşaqlıqda, institutda oxuyanda şeir yazmışam. İlk məhəbbəti olmayan adam olur? Bəzən elə saflıq olur ki, insan anlaya bilmir bu nədi. Müəyyən bir vaxt keçəndən sonra o insanın yadına düşəndə o halı xatırlayır. O anın ki, ətri, rəngi var. Baxırsan, o vaxt bundan xəbər tutmamısan. Amma onun verdiyi ətir, rəng gözəldir...
Sufi musiqilərinə çox qulaq asıram. Axır vaxtlar isə italyan, ingilis musiqisinə. Bu da insanın ruhuna bağlıdır.

- Sizcə, işinizə, zəhmətinizə layiq olduğu qiymət verilib?
- Bəzən insanın içi yanır. Bu ad qoy düzgün adamına verilsin. Bəzən dəxli olmayan adamlara mükafat verirlər. Əslində, bu, məni sızıldatmır. Adam var ki, həvəsdən düşür. Deyir ki, 30-40 ildir sənətdəyəm, amma dünən gələn adam ad alır, mən isə kənarda qalıram... Biz çalışırq, məşqlərimizi edirik. Onu da o işlərə baxan adamların vicdanına buraxırıq. İndiki gənclərdə səbr yoxdur, tənbəldirlər. Bəlkə də internet onların beynini doldurur, enerjisini alır...

- Peşman deyilsiniz bu sənəti seçdiyinizə görə?
- Açığını deyim ki, mənə indiyə qədər çox pullu işlər, biznes təklif olunub. Azı, ayda 10 min manat. Amma baxmışam ki, burda pul var, könlümün, ruhumun istədiyi şey yoxdur. Bu pul mənə əziyyət verəcək. Musiqiyə yaşam sistemi kimi baxıram.
Namiq MƏMMƏDLİ
Baxış sayı: 1 598
Bölməyə aid digər xəbərlər
Tarix: 29-11-2017 22:40 | Bölmə: Müsahibə
"Bir-birini qəbul eləməmək,qısqanclıq bizdə güclüdür..."

17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir