Bütün xəbərlər
“Cavidin tabutu gələndə dedim ki, çiynimə qoyun” - Video
Tarix: 17-11-2020 00:59 | Bölmə: Müsahibə

                      “Cavidin tabutu gələndə dedim ki, çiynimə qoyun”


27 sentyabrdan başlayan Vətən müharibəsində şəhid olmuş gizir Cavid Sahratovun anası onu son mənzilə yola salmaq üçün tabutunun altına girməsi fotosu hər kəsə təsir etmişdi və həmin şəkil sosial şəbəkələrdə xeyli paylaşılmışdı.
“Qafqazinfo” xəbər verir ki, AzTV Yardımlı rayonunun Əsədabad kəndində Cavidin doğulduğu evdən reportaj hazırlayərkən, anası Səkinə Sahratova deyib ki, mən oğlanlarımı vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, vətənə xidmət edib:
“Cavid kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım”.
Atası Əlikömək Sahratov deyib ki, gecə mənə zəng gəldi, bacımoğlu Şuşanın ən yüksək zirvəsində oturub qələbə çaldığımızı dedi:
“Çox sevindim. Bütün ailəni oyatdım. Dedim, müharibə bitdi, qələbə qazandıq. Cavidin qanı yerdə qalmadı”.
Həmin reportajı təqdim edirik:

         





Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər