21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
"Hər bir vətəndaşımız azərbaycançılıq ideologiyasının təbliğində öz töhfəsini əsirgəməməlidir"
Tarix: 29-07-2020 02:16 | Bölmə: Müsahibə

Dr. Sabrin Ali Azim: "Azərbaycana səfər etmiş BƏƏ sakinlərindən həmişə xalqımızın necə istiqanlı və qonaqpərvər olmaqlarından bəhs etmələrini eşidirəm"
Xaricdəki əksər soydaşlarımız vətənpərvərlik göstərərək çalışdıqları sahələrdə də azərbaycançılıq ideyalarının təbliğ edirlər. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələrini davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Medical Health and Sciences” Univeristitetinin assistenti, vətənpərvər diaspor nümayəndəsi Dr. Sabrin Ali Azimin "News12.az"a müsahibəsini təqdim edirik.
Xatırladaq ki, Dr. Sabrin Ali Azim 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası dəri zöhrəvi üzrə professor, anası telekomunikasiya üzrə mütəxəssis, bacısı isə ginekologiya ixtisası üzrə mütəxəssisdir. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib həkim ixtisasını yiyələnmişdir. Elə həmin il ordinatura pilləsinə qəbul olunub və 2012-ci ildə ordinatura təhsilini bitirib ağız və üz çənə cərrahı ixtisasına sahib olmuşdur. 2016-cı ildə isə elə Azərbaycan Tibb Universitetində ağız və üz çənə cərrahiyyəsi ixtisası üzrə tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis və tibb üzrə fəlsəfə doktorudur. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin Ras al Khaimah əmirliyində yerləşən “Medical Health and Sciences” Univeristitetinin Ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistentidir. Assistant professordur.
-BƏƏ-də Azərbaycanı necə tanıyırlar?
-Qürurla qeyd edə bilərəm ki, BƏƏ-də Azərbaycan özündə müasirliyi birləşdirən və eyni zamanda milli adətləri və islami dəyərləri qoruyub saxlayaraq inkişaf etmiş modern bir ölkə kimi tanınır. Azərbaycan BƏƏ-nin vətandaşları və rezidentləri üçün turistik bir ölkə olaraq da son illərdə birinci istaqamətlərindən biridir. Xüsusilə son illərdə Azərbaycanda baş tutmuş festivallar və tədbirlər bu sahədə öz rolunu oynamışdır. Azərbaycana səfər etmiş BƏƏ sakinlərindən həmişə xalqımızın necə istiqanlı və qonaqpərvər olmaqlarından bəhs etmələrini eşidirəm. Azərbaycanı zəngin mədəniyyətə, rəngarəng təbiətə, eyni zamanda qədim tarixə və zəngin mətbəxə malik ölkə olaraq tanıyırlar. Bundan əlavə bildiyiniz kimi, səfirlik və konsulluq əməkdaşlarının dəstəyi ilə mənim aktiv fəaliyyətimin də olduğu bir istiqamət üzrə- tibb və elmi istiqamətdə də tanıtmağa davam edirik.
İki il ard-arda-2019 və 2020-ci illərdə 28 May – Respublika günü münasibəti ilə Dubay şəhərində yerləşən və dünyanın ən hündür binası olan Burc Xəlifə ölkəmizə hörmət əlaməti olaraq Azərbaycan bayrağının rənglrinə bürünmüşdür.

-BƏƏ-də öz tibbi nəzəri biliklərinizi nə dərəcədə tətbiq edirsiz?
-Ümumiyyətlə, qeyd edim ki, etik və deontologiyadan tutmuş praktiki məşğələyə qədər Azərbaycanda topladığım təcrübə həyatımda böyük bir rol oynamışdır.
-Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının birliyində nə kimi rolu var?
-Vətəndaşlıq və dövlətçilik prinsipinə arxalanan azərbaycançılıq ideologiyası müstəqil, suveren ölkəmizin milli və dünyəvi dəyərlərini, sivil və demokratik dövlət uğrunda mübarizə strategiyasını özünə məqsəd seçən hər bir Azərbaycan vətəndaşının ideologiyasıdır. Qayəsi Vətən olan bu ideologiya xalqın milli və mənəvi varlığının, təfəkkür, adət-ənənə və inanclarının təcəssümü olub, dünya azərbaycanlılarını vahid milli məfkurə bayrağı altında bir yumruq kimi birləşdirir. Bu həmrəyliyin köklərində xalqın tarixi varlığının əsas atributları olan ideyalar dayanır – vətən, torpaq, bayraq, dil, din və həmrəylik. Sırf bu vətəndaşlıq ideyaları, 50 milyonluq güneyli, quzeyli və dünya azərbaycanlılarını mənəvi dəyərlər ətrafında sıx birləşdirir. Milli atributları və mənəvi dəyərləri hər daima özlərinə qürur mənbəyi seçən dünya azərbaycanlıları üçün də vətəndaşlıq ideyaları ətrafında birləşmək ən ümdə vəziflərdən biri və hətta deyərdim ki, birincisidir. Yüz illik bir dövlət ənənəçiliyinə, xüsusi ilə də son 30 ilin tarixi xronologiyasına da nəzər saldıqda açıq-aydın görürük ki, bizim vətəndaşımızın torpaq və bayraq sevgisi, vətənə olan bağlılığı hər cürə şəxsi abmisiyalardan və maraqlardan yüksəkdə dayanır. Düşünürəm ki, azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının qanına hopmuşdur. Elə bu səbəbdəndir ki, yaxın tarixin Qarabağ savaşlarına nəzər salanda görürürük ki, istər vətəndə yaşayan, istərsə də dünyada məskunlaşan vətəndaşlarımız bu tarixi olaylar ərəfəsində dünyaya bir birlik, əsl vətəndaşlıq, milliyətçilik, torpağa bağlılılıq və bütün bunların fonunda Azərbaycan vətəndaşlarının Vətən sevgisi haqqında təsirli və güclü mesaj vermişdir. Bu mücərrəd məhfumlara olan bağlılığımız, sevgimiz və o yoldan dönməzlik uğrunda qətiyyətimiz davam etdikcə biz bir millət olaraq dünya ictimaiyətinə həmrəylik nümunəsi olacağıq.
-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Çağdaş zamanda milli və ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir və bu ideyaların təbliği, hüquqi və demokratik dövlətçiliyimizin əsas dayaqlarından biridir. Bu gün həm dövlətimizin, həm də vətəndaşlarımızın qarşısında duran prioritet məsələlərdən biri mili mənsubiyyətin qorunub saxlanılması şərti ilə mütərrəqi dünya dəyərlərini özündə birləşdirməklə dünyaya inteqrasiya etməkdir. Bu inteqrasiya məğzində milli birlik və bərabərlik, multikultiralizm, suverenlik, dünyəvilik və mənəvi dəyərləri birləşdirdiyi kimi, həmçinin də dövlətçiliyimizə qarşı yönəlmiş anti-milli, şovinist ideyalara qarşı təşəkkül tapmış bir mübarizə üsuludur. İstər dünya azərbaycanlıları arasında milli ruhun, həmrəyliyin təbliği, istərsə də mövcud müharibə şəraitində ölkəmizi dünya sferasında fiziki və mənəvi baxımdan zəiflətmək cəhdlərinə qarşı dünyada fəaliyyət göstərən Azərbaycan diasporunun rolu danılmazdır. Son günlərin siyasi hadisələrindən məlum olduğu kimi, Azərbaycan itirilmiş torpaqları uğrunda mübarizəni hərb yolu ilə yanaşı, qlobal dünyaya həqiqətlərin çatdırılması uğrunda mübarizə kontekstində də geniş aparır. Bu səbəbdən də, istər diaspor təşkilatlarının fəliyyəti çərçivəsində, istərsə də fərdi şəkildə hər bir vətəndaş azərbaycançılıq ideologiyasının təbliğində öz töhfəsini əsirgəməməli, xüsusi ilə də vətəndən kənarda yetişən gənc nəsildə milli-ictimai şüuru formalaşdırmaqla bu ideologiyanın çağdaş dinamik təkamül mərhələsinə təkan verməlidir.

-Gördüyünüz işlərdə azəbaycançılığı necə təbliğ edirsiniz?
-Əvvəlcə qeyd edim ki, "azərbaycançılıq" deyəndə mənim gözümdə qonaqpərvərliyimiz, milli adət -ənənələrimiz, mədəniyyətimiz, təhsilimiz, insana və insan haqqlarına verilən dəyər kimi yüksək kriteriyalar canlanır. Bunların bir hissəsindən bəhs etdiyimdən bu bir neçə il ərzində əsasən elmi və təhsilimiz nöqteyi-nəzərindən gördüyüm işlərə dair aşağıdakıları sadalamaq istərdim:
Ras al Khaimah əmirliyində yerləşən “Medical Health and Sciences” Univeristiteti ilə və Azərbaycan Tibb Universiteti arasında müqavilə MOU (Memorandum of Understanding – Anlaşma Memorandumu) bağlanmasına nail oldum ki, bunun nəticəsində artıq 35-dən çox tələbə 3 dəfə Azərbaycan Tibb Universitetində rəhbərliyim altında təcrübə proqramı keçiblər və məhz Azərbaycanda oz mütəxəssislərimizlə BƏƏ tələbələri üçün üç dəfə implantologiya üzrə nəzəri və praktik (master class) kurslar təşkil etmişəm. Bununla yanaşı qeyd etməliyəm ki, səhiyyə və tədris proqramından əlavə, bu tələbələr ölkəmizdə turist olaraq qaldılar, milli dəyərlərimiz, mədəniyyət və tariximiz ilə tanış oldular. Və gözəl bir təəssürat ilə geri qayıtdılar. Eyni zamanda səhiyyə nazirliyi ilə mütəmadi görüşlər keçirildi.
Növbəti olaraq Pakistan Universiteti Riphaa və Azərbaycan Tibb Universiteti arasında bauladığımız müqaviləni misal gətirmək istərdim. Bu müqavilə nəticəsində pasient hüquqları mövzusunda yüksək səviyyəli konfransın təşkilinə hazırlaşırıq və gələcəkdə başqa böyük lahiyyələrin keçirilməsi də planlaşdırılır.
Azərbaycanı müxtəlif ölkələrdə təşkil olunmuş konfranslarda çıxışlarımla və elmi məqalələrimlə layiqincə təmsil etmişəm. Təbii ki, Azərbaycan Bayrağını hər fürsətdə qaldırmağa çalışıram.
Çalışdığım Universitetdə olan pulsuz müalicə və müayinə haqda məlumatları çalışıram ki, BƏƏ-də yaşayan həmyerlilərimlə paylaşım.
“Dr. Sabrin Ali Azim ilə Sadə diskussiya” proqramım vasitəsi ilə Azərbaycanda olan müxtəlif təşkilatların COVİD19 ilə necə mübarizə apardığını təbliğ etdim ki, bunlardan biri də biri də SOS uşaq kəndləridir.
Ümumiyyətlə, götürdükdə isə, Azərbaycanı daima yüksək səviyyədə təmsil etmək və tanıtmaq qarşıma qoyduğum ali məqsədlərdən birincisidir.
-Həkim olaraq pandemiya dövründə BƏƏ əhalisinə nə kimi töhfəniz olub?
-Pandemiya dövründə COVİD19 virusu ilə mübarizə aksiyası keçirmişəm. Və eyni zamanda gənc azərbaycanlı həkimlər və tələbələr üçün müxtəlif ölkələrdə tibbi fəaliyyət üçün lisenziyaların alınması və ya təhsillərinin davam etdirilməsi üçün yollar göstərmək məqsədi ilə “Dr. Sabrin Ali Azim ilə Sadə diskussiya” adlı virtual proqram yaratmışam.
Eyni zamanda azərbaycanlı gənc alim olaraq "Evdə qal" təbliğatı ən çox etdiyim tövsiyələrdən biri olmuşdur. “Evdə qalmaq” kimi sadə bir tədbirlə necə böyük faciələrdən rahatlıqla yan keçə bilməyimixdən bəhs etmişəm. “Dr. Sabrin Ali Azim ilə Sadə diskussiya” proqramı vasitəsilə də evdə qalıb və səmərəli vaxt keçirilməsinə çağrış etmişəm və bu asudə vaxtların dəyərli məlumatlar toplamaqla faydalı keçirilməsinə çalışmışam. Həmçinin, bu başqalarına öz üzərində işləmək üçün nümunəvi aksiya və çağırış kimi qəbul oluna bilərdi.
-Perspektiv planlarınız nədən ibarətdir?
-Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır. Bu fikri Azərbayacn Tibb Universitetinə də təklif etmişəm və artıq bunu reallaşdırmaq barəsində daha ciddi düşünürəm. Məqsəd bir-birimizə yardım etmək, fikir və təcrübə mübadiləsi, eyni zamanda dəyərli mütəxəssislərimiz ictimaiyyətə tanıdılmasıdır. Düşünürəm ki, biz hər zaman birlikdə güclüyük!
Və daha bir məqsədim apardığım işləri – virtual vebinarlar və sadə diskussiya proqramlarını artıq daha profesional müstəviyə qaldırmaqdır. Həmçinin, Azərbaycanla digər ölkələr arasında daha çox MOU - lar (Memorandum of Understanding – Anlaşma Memorandum) və konfransların keçirlməsi də planlarımıza daxildir.
Ədil Ədilzadə
Baxış sayı: 1 255
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə