21:18 / 11-10-2026
Tibb bacısı əlil yeniyetməni süni tənəffüs aparatından təsadüfən ayırıb
21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
" Çox rahat formada Sumqayıtdan Bakıya qaçıb, yenə eyni qaydada geri qayıda bilərəm"- Fotolar+ Video
Tarix: 03-03-2020 11:47 | Bölmə: Müsahibə
Bakı-Sumqayıt yolunda tıxacda qaldığınızda 60 yaşlarında bir kişi yanınızdan qaçaraq ötüb keçsə, təəccüblənməyin. Bu, onun adi məşq günlərindən biridir.
Azərbaycanın qocaman marafonçusunu daha yaxından tanımaq üçün “Qafqazinfo” olaraq, sürətinə görə “Külək” ləqəbi ilə tanınan Tapdıq Dadaşovun Sumqayıtda qonağı olduq.
Bu ləqəb Tapdıq dayıya elə-belə verilməyib. Məşq prosesi çəkilişində kameranı qaldırana kimi müsahibimizin gözdən itdiyini gördük. Bir müddət geri dönməsini gözlədikdən sonra onunla birgə qaçmaqdan başqa yolumuzun olmadığını başa düşdük.
Tapdıq dayı ölkədə keçirilən bütün yarım və ya tam marafon yarışlarının iştirakçısı, əksəriyyətinin isə qalibidir. Hətta müsahibəni yazan zaman belə bir xəbər eşidirəm: “Tapdıq dayımız 15-ci Beynəlxalq Antalya Marafonunda öz yaş kateqoriyası üzrə qızıl medal qazandı!”
Görünüşünə və səhərlər qaçdığına görə onu əksər hallarda əcnəbi zənn edirlər. Veteran marafonçumuz 33 ildir ki, qaçış idman növü ilə məşğul olur:
- “27 yaşımdan etibarən marafon yarışları üçün məşqlərə başladım. Hər zaman bu sahəyə marağım olub. 6 ay məşğul olduqdan sonra o vaxt Oktyabr inqilabı ərəfəsində Bakıdan Sumqayıta təşkil olunmuş marafonda iştirak etdim. Hava küləkli, yağışlı olsa da mən özümü orada göstərə bildim. Daha sonra müxtəlif ölkələrdə beynəlxalq marafonların iştirakçısı oldum. Çoxunda fərqlənmişəm, fəxri mükafatlara layiq görülmüşəm. Yaşımdan asılı olmayaraq, Azərbaycanda keçirilən yaz və payız kross qaçışlarını birinciliklə başa vururam. Yaşıma baxmayaraq yarışları gənclərlə eyni vaxtda sonlandıra bilirəm.
Ötən il İstanbul körpüsündə 140 minə yaxın iştirakçının qoşulduğu Avrasiya marafonu baş tutdu və mən tam marafon qaçdım. Yaş kateqoriyama görə, 6-cı yerlə nəticələndim və onluğa düşən qaliblərdən oldum.
- Sizi daha çox səhər tezdən və ya axşamlar qaçan görürük. Qaçış planınız hər gün eynidir?
- Hazırda qaz idarəsində çilingər kimi fəaliyyət göstərirəm, buna görə gün ərzində imkanım olmur. Ancaq saat 6 olan kimi elə bil mənim ayaqlarımda şərti refleks yaranır, qaçmağa tələsirəm. Orqanizm bildirir ki, artıq qaçmağın vaxtıdır. Paltarımı dəyişib, özümü tez bulvara çatdırıb, dairəsi 5-6 km qaçıram.

- Ən uzun qaçış məsafəniz nə qədər olub?
- İndiyə kimi ən uzaq qaçdığım məsafə birdəfəyə 70 km olub. Həmin vaxt 38 yaşım var idi. Ancaq indi 60 yaşım olmasına baxmayaraq, heç bir fərq yoxdur. Ötən bazar günü 30 km qaçdım, ancaq o rəqəm mənə çox az gəlir. Elə bil heç qaçmamışam, yorulmadım belə. Həftədə 100 km-dən az qaçmırıq. Elə həftələr olur ki, 150-160 km-dən çox qaçırıq.
- Belə başa düşdüm ki, hər gün hamının tıxacdan gileyləndiyi bir zamanda siz Sumqayıtdan Bakıya qaçaraq gedib-gələ bilərsiz.
- Buradan Bakıya 29-30 km-dir. Çox rahat formada Sumqayıtdan Bakıya qaçıb, yenə eyni qaydada geri qayıda bilərəm. Bu, mənim üçün çətin bir şey deyil, 5 saata qaçış yekunlaşar. Başqalarına nisbətən mən çox az su içən idmançıyam. 30 km qaçanda bir alma yesəm bəs edir. Sürətim km-ə 4-5 dəqiqədir. Mənim yaşımda olan idmançılar əsasən 6-7 dəqiqəyə qaçır. Marafon qaçışında ağıl, beyin işlətmək çox vacibdir. Baxırsan ki, sürətli başlayır, ancaq bir yerdən sonra nəfəsi çatmır, geriləyir.
.jpg)
- İdmançı kimi sizin də diqqət etməli olduğunuz hansı məqamlar var?
- Bizim çəkimiz çox az olmalıdır. Mənim çəkim 49-50 kq arasında olur. Bu çəki sürət üçün vacibdir. Özüm çalışıram bu çəkidə qalım. Yeməyim də bir az fərqlidir. Çörəyi çox az yeyirəm, bol meyvəylə qidalanıram. Ancaq şirin şey də çox yeyirəm. Çox kalori xərclədiyimdən bu, məndə artıq çəkiyə səbəb olmur.
Bizim bədənimiz bir qədər fərqlidir. “Quru” oluruq deyə elə bilirlər ki, xaricdən gəlmişəm. Qaçan zaman bu marağı həmişə üzərimdə hiss edirəm.
Bir az qəribə adamam. Məsələn, Ceki Çan kimi paltarımı həmişə özüm əlimdə yuyuram. Uşaq vaxtından belə öyrənmişəm deyə həvəsliyəm. Evdə baxırlar, icazə vermirlər. Ancaq idmandan gələndən sonra öz paltarımı özüm yumağı xoşlayıram.
Həyat yoldaşım yarışlarda həmişə yanımda olur, şəkillərimi çəkir. Mən bir az sakit adamam, həmişə qınayır ki, uğurlarımı düzgün təqdim edə bilmirəm. 2 oğlum, 2 nəvəm var. Onların qaçışa elə də marağı yoxdur.

- Gümrah görünürsüz, bunu məşğul olduğunuz idman növünə borclusuz?
- Qaçış bütün xəstəliklərə güc gəlir, onları insanın bədənindən çıxarır. Onu biz özümüzdə də isbati olaraq görmüşük. Özümü qaçmadan təsəvvür edə bilmirəm. 3-4 gün qaçmayanda özümdə qeyri-adi vəziyyət hiss edirəm. 30 il bundan qabaq keçdiyim müayinələrdən bu yaxınlarda da keçdim. Hündürlüyüm, çəkim, ürək döyüntülərim-hər bir şey eyni qalıb. Həkimlər mənə deyir ki, bu göstəricilər qeyri-adidir. Səbəbini soruşurlar, deyirəm ki, hər gün idmanla məşğul oluram.
- Marafon qaçışları zamanı yaşanmış, unuda bilməyəcəyiniz xatirəniz var?
- 2017-ci ildə Gəncə marafonu elan olundu və biz də ora qoşulduq. Bir neçə gün qabaq yuxu görmüşdüm ki, Gəncə marafonunda nəsə tarix qoyacam. 12 minə yaxın iştirakçı var idi. Qaçışı uğurla başa vurub finiş xəttinə çatanda birdən ayağım yerdən üzüldü, elə bil kiminsə çiynində göydə üzməyə başladım. Səsləndirildi ki, “Tapdıq dayı Gəncədə tarix qoydu”. Elə bil yuxumun təkrarı idi. O vaxt bildim ki, dəfələrlə dünya çempionu olan Zabit Səmədovun çiyinlərindəyəm. Mənim haqda “bu kişini yerə qoymaq ayıbdır, çiyinlər üstündə gəzdirilməlidir”, - dedi.
- Azərbaycanda marafon yarışlarına maraq necədir?
- İlk dəfə 2016-cı ildə ölkəmizdə marafon qaçışlarına başlanılıb. Buna baxmayaraq, biz 2015-ci ildə Bakı Marafon Klubunu yaratmışıq. Bölgələrimizdən də klubumuza qoşulanlar var.
Günel Hacı
Fotolar-Video: Pərvin Zeynal

Baxış sayı: 996
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə