20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
Arzu Alızadə: "bu islahatın içərisində yeni təyin olunmuş kadr kimi özümü də görürəm"
Tarix: 07-01-2020 17:31 | Bölmə: Müsahibə
" Çalışacam ki, mənə göstərilən etimadı doğruldum"-Arzu Alızadə
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadənin Sabaha-inamla.Az-a müsahibəsi
-Arzu xanım, söhbətə tərcümeyi-halınızdan başlayaq ki, oxucular sizi daha da dərindən tanısınlar.
-1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Birinci sinifə Sumqayıt şəhər 28 nömrəli orta məktəbə getmişəm. Yerdəyişmə edib 34 nömrəli məktəbdə oxumuşam, oranı bitirmişəm. 1993-cü ildə orta məktəbi bitirib Pedaqoji Universitetin kimya-biologiya fakültəsinə daxil olmuşam.1997-ci ildə Universiteti bitirib təyinatla Sumqayıta-general Məhəmməd Əsədov adına 20 nömrəli məktəbə göndərilmişəm. Orda kimya-biologiya müəllimi kimi fəaliyyətə başlamışam. 2005-ci ildən həmin məktəb internat tipli məktəbə çevrildi. O ildən 22 nömrəli məktəbə yerdəyişmə elədik. Bir müddət bu məktəbdə işlədikdən sonra 2013-cü ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist kimi fəaliyyətə başladım. 22 nömrəli məktəbdə və Təhsil Şöbəsində işlədiyim son illər- yeni təhsil proqramının- kurikulumun qəbul olunduğu bir dövrü əhatə edirdi. Həmin vaxt bu proqramın təlimçisi kimi də fəaliyyət göstərirdim. Sumqayıt, Bakı şəhərləri, eyni zamanda Respublikamızın bir sıra rayonlarında kurikulumun təlimçisi kimi işləmişəm. Həmçinin bir neçə kurslarda, layihələrdə iştirak etmişəm. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda mentorluq üzrə təlim kursunu bitirdim. Eyni zamanda dərslik qiymətləndirilməsində ekspert kimi Təhsil Nazirliyinə dəvət olundum. Orda dərsliklərin qiymətləndirilməsində ekspert kimi fəaliyyət göstərirdik. Azərbaycan Müəllimlər İnstitutunda "Təhsil menecerləri" kursunun müdavimi olmuşam. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən Qafqaz Universitetində təşkil olunmuş "Direktorların hazırlığı" kursunu müvəffəqiyyətlə başa vurmuşam. Həmin illərdə eyni zamanda Təhsil Şöbəsində metodiast kimi fəaliyyət göstərirdim. Bu dövrlərdə şəhərin 28 və 1 nömrəli məktəblərində dərs demişəm. "Direktorların hazırlığı" kursunu bitirdikdən sonra 25 nəfərdən 7 nəfər təyinat aldı. Onlardan biri də mən idim. Və fəaliyyətimi Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə direktor kimi davam etdirdim. Direktor işlədiyim dövrlərdə məktəbin müəllimlərini müxtəlif layihələrə cəlb edirdim. Eyni zamanda özüm "Təhsildə inkişaf və innovasiyalar" üzrə qrant müsabiqədə iki il ard-arda layihə qalibi oldum. Daha doğrusu, məktəbi qalib etdim. Çünki layihə rəhbəri- məktəb direktoru olaraq mən özüm idim.
Bu vəzifəyə 2019-cu ilin yanvar ayının 29-dan təyin olunmuşam.
"Məndə bütün işlərin hamısı imtahan və müsahibələrlə olub"

- Belə bir məsuliyyətli işin altına girmək sizi qorxutmadı ki?
- Burda tez-tez müdir dəyişmələri olurdu. Məndə həmin dövrdə Təhsil Şöbəsində metodist işləyirdim, artıq bütün direktorlarla təmasda olurdum Məktəbdə müəllim işlədiyim dövrdən müşahidə qabiliyyətim güclü olub. Kimin hardasa səhv addım atdığını, yanlış işi sezmək asan idi. Eyni zamanda müşahidə etdiklərimdən özümə bir nəticə çıxarırdım. İstər vəzifədə olum, olmayım. Sadəcə düşünürdüm ki, bu addımı belə atsaydı daha düzgün olardı...
Bildiyiniz kimi Direktorların və Təhsil Şöbəsinin müdirlərinin işə qəbulunda dəyişikliklər var. Təhsil Şöbəsində işləməyim, direktor olmağım, pedoqoji fəaliyyətim, iş təcrübəsi uyğun gəldiyi üçün ilk öncə hörmətli icra başçımız Zakir müəllim məndən soruşdu ki, "belə bir işdə işləyə bilərsənmi?"
Əlbəttə təhsil sahəsində pillə-pillə addımladığım üçün özümü bu məsuliyyətli işdə görürdüm. Sonra Təhsil Nazirliyi Tərəfindən keçirilən müsahibədə iştirak etdim.

Elə birinci müsahibədən bildim ki, bəyənilmişəm. Orda pisixoloji dayanıqlıq, bacarıq, idarəetməçilikdə səriştəlilik, münasibətlər, qaydalar, məktəb sənədləri, hər bir şey sual-cavab, söhbət əsasında oldu.
Mən işlədiyim dövr ərzində heç bir işə elə-belə gəlməmişəm. Təlimçi işləyəndə Bakı-Avropa liseyində YUNİSEF-in təlim kursunu keçmişdim. Beynəlxalq sertifikat almışam. O işə Zülfiyyə xanım Veysova rəhbərlik edirdi. Çox ciddi bir kurs idi. Bu sertifikatı hər kəs ala bilmirdi. Təlimçi işində, mentor işində işə yararlı olub-olmamaq üçün müsahibələrdən keçmişəm. "Direktorluq kursu"na getməmişdən əvvəl məntiqdən imtahan verdik, sonra yenə müsahibə oldu. Kursu bitirəndən sonra imtahan və müsahibə oldu.
Dərslik qiymətləndirilməsində ekspert seçirdilər. Onda 10-15 nəfər dərslik müəllifləri, universitet professorlarının qarşısında da müsahibədən keçmişəm. Məndə bütün işlərin hamısı müsahibələrlə olubdu.
İkinci müsahibədən də keçdim. Yanvarın 29-da cənab başçı tərəfindən əmrim verildi.
"Bildiyim işin içindəyəm"

-Çətin deyil ki, bu vəzifədə işləmək?
-Əslində heç bir işin asanı olmur. Deyirlər hər bir işin özünəməxsus çətinliyi var. Mən deyərdim çətinliyi yox, ağırlığı var. Bununda ki, öhdəsindən gəlirik.
Niyə mən bu işi özümə asan bilirəm? Çünki bildiyim işin içindəyəm. Mən uzun illərdir bu sahədəyəm.
" İlham Əliyev təhsil işçilərinə böyük bir hədiyyə elədi"

-Artıq təhsilin yarım ili arxada qalıb. Hansı uğurlarınız olubdu?
-Bizdə tədris ili sentyabrın 15-dən iyunun 14-ə qədərdir. Bizim illik planımız yanvar ayından başlayır. Sumqayıt təhsilinin ənənəsi var. Bu gün desəm ki, bu nəticə mənə görə əldə olunub, bu yaxşı fikir olmaz, yaxşı səslənməz, özündən deməklik olar. Sadəcə olaraq biz çalışırıq ki, bu ənənələri qoruyub saxlayaq. Və qoyulan tələblərə uyğun daha da yüksəklərə aparaq. Son dörd ildə nəticələrimiz daha yaxşıdır. Ölkə üzrə nəticələrimiz birincidir. İstər qəbulun faizində, istər buraxılış imtahanlarının faizində, istər olimpiadaların nəticələrinə , müxtəlif layihələrdə qalib olmağımıza görə.
Bu il müəllimlərin pedaqoji mühazirəsinə üç müəllim göndərdik, üçü də qalib oldu. Ulu öndərin doğum günü ilə bağlı "Heydər Əliyev-96" təqdimatına 2 şagird göndərdik. İkisi də qalib oldu. Sadəcə düşünürəm ki, seçimimizi düzgün apardıq. Komissiyalar yaratmışıq bu seçimləri aparmaqdan ötrü. Həmin komissiya üzvüləri dəqiq, qərəzsiz işləyirlər. Artıq tapşırıq belədir: qoy nəticələr yüz faizli olsun.
Bu il ən yadda qalan uğurlardan biri də Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilən elmi-praktik konfransımız oldu. 16 mövzudan ibarət "Sumqayıtın tarixi, bu günü, məktəblilərin gözü ilə" adlı nəfis kitab çıxardıq. Həmin konfransa beş ən aktual mövzunun çıxışını saldıq. Şagirdlər çox gözəl araşdırma aparmışdılar. Şagirdlərin elmi rəhbərləri, müəllimləri idi.

İcra başçımız Zakir müəllim özü də konfransa dəvət olunmuşdu. Aparılan araşdırmalar hər bir kəsin xoşuna gəldi.
Qəbul, buraxılış imtahanlarının qaydaları dəyişib. Birinci ildi ki, 2018-2019-cu tədris ilində şagirdlər kurikulum proqramını tam başa vurublar. Və bu proqramla imtahan veriblər. Yeni proqram, yeni qaydalar, yeni qəbul üsulu ilə. Əgər biz bu yeni qaydalara rəğmən nəticəmizi qoruyub saxlaya bildiksə, bu həqiqətən böyük uğurdur. Biz qəbulun ən pik həddinə- 2017-2018-ci tədris ilində çatmışdıq. 2017-2018-ci ildə əldə etdiyimiz nəticəni- 2018-2019-cu tədris ilində də proqramın dəyişilməsinə rəğmən qoruyub saxlaya biliriksə, müəllimlərin o proqramı düzgün mənimsədiyini, düzgün tədris, təbliğ etdiyini demək olar. Amma buna baxmayaraq builki qəbulda, buraxılış imtahanlarında müəyyən çatışmazlıqlar oldu. Biz çalışırıq bu gün bu çatışmazlıqları aradan qaldıraq. Yeni qaydalarda açıq tipli suallar var. Açıq tipli suallarla işləmə qaydaları, ingilis dili fənninin salınması, ingilis dilidən dinləmə, anlama mətninin izahlı şəkildə verilməsi, şagirdlərin ona uyğun şəkildə testi həll etməsi. Bütün bunlar hamısı yeniliklərdir. Yeniliklər olan yerdə, adətən bir az geriləmə olar. Amma bizdə geriləmə olmadı,əldə etdiyimiz nəticəni saxladıq. İngilis dilində, riyaziyyatda biraz faizlərimizdə nisbət fərqi oldu.
Bu yaxınlarda şəhərin 70 illik yubileyində iştirak edən cənab İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də təhsil işçilərinə böyük bir hədiyyə elədi. Biz təhsil işçilərinin, müəllimlərin, şagirdlərin, valideynlərin ən böyük arzusu tədrisin geniş, yaraşıqlı, işıqlı, isti rahat, yayda sərin olan sinif otaqlarında aparılmasıdır.
Prezident bu gəlişində də yenə bizim üçün hədiyyə elədi. 1 nömrəli tam orta məktəbin əsaslı şəkildə təmirinə göstəriş verdi. Bu məktəb 650 yerlikdir.Orda 2220 şagird təhsil alır. Hazırda 1800 yerlik məktəb tikilir... Bizim üçün önəmli odur ki, məktəblərimiz təmir olunsun, rahat şərait olsun, texniki baza gücləndirilsin, müəllimlərin işləmə qabiliyyəti artırılsın. Eyni zamanda həmişə dövlətin diqqətini, qayğıısnı məllimlərin peşə bayramında, bilik günündə hiss etmişik. Prezident, o cümlədən cənab nazir, həmçinin şəhərin icra başçısı tərəfindən fəxri adlar, fəxri fərmanlar, döş nişanları və s. mükafatlar verilib. Bunlarda müəllimin əməyini stimullaşdırır, müəllim əməyinə verilən qiymətdir. Təbii ki, müəllim öz əməyinin bəhrəsini görəndə daha həvəslə işləyir. Bu adı almaq arxayınçılıq yaratmamalıdır. Hər dəfə ad alan müəllimləri təbrik edəndə deyirik ki, adı almaq məsuliyyətimizi birə beş artırır. Bizim üzərimizə qoyulan etimadı daha da artırır. Biz bu etimadı doğrultmağa çalışmalıyıq.
"İslahatlar düzgün istiqamətdə aparılır"

-Yeri gəlmişkən, ölkədə gedən islahatlarla bağlı sizin fikrinizi də bilmək maraqlı olardı.
-Təbii ki, hamımız düzgün aparılan islahatların tərəfdarıyıq. Ümumiyyətlə biz təhsil işçiləri olaraq ulu öndərin dövründən bu yana, həmişə düzgün aparılan siyasətin tərəfdarı olmuşuq, bu siyasətin ardınca getmişik. Eyni zamnda bu gün aparılan islahatlar, təbii ki, görülən işlər göz qabağındadır...
Bu vəzifəyə təyinat alanda artıq hiss elədim ki, gəncləşmə siyasəti gedir. Səriştəli, savadlı, işgüzar gənclərə artıq yol açılıb. Və mən də bu islahatın içərisində yeni təyin olunmuş kadr kimi özümü də görürəm. Aparılan bu islahatlar,dəyişikliklər, gənclərin müxtəlif vəzifələrə təyinatı, onlara göstərilən etimaddır. Əsas məsələ isə o etimadı doğrultmaqdır. Və onu qoruyub saxlamaqdır. Bir gənc kadr kimi həmişə çalışacam ki, mənə göstərilən etimadı doğruldum.
"Görülən bütün işlər göz qabağındadır"

-Sumqayıt şəhərində son dörd ildə görülən abadlıq və quruculuq işləri barədə nə deyərdiniz?
-Siz də bu şəhərin sakinisiniz. Görülən bütün işlər göz qabağındadır. Məsələn, ən dəyərli iş Bulvarın tikintisidir. Cənab Prezidentin təbirincə desək, "Sumqayıt Bulvarı bir möcüzədir". Respublikanın hər yerində abadlıq, quruculuq işləri aparılır.
Təlimlərlə bağlı Azərbaycanın rayonlarına gedirdim. Hər dəfə orda gedən işləri görürdüm. O vaxtı görürdüm ki, Sumqayıtda bu işlər çox ləng gedir. Amma hörmətli icra başçısı cənab Zakir Fərəcovun rəhbərliyi altında son dörd ildə görülən işlər həqiqətən də göz qabağındadır. Cənab Prezidentimiz sağ olsun, bu işlərin görülməsi ilə bağlı lazımi göstərişlər verib. İncəsənət məktəbi, Şahmat məktəbi, Nizami kinoteatrı, Muğam Mərkəzi kimi möhtəşəm obyektlər tikilib. Nizami kinoteatrının tikilməsi də şəhər sakinlərinin sevincinə səbəb olub. Şəhərimizdə kinoteatr yox idi. Görülən işlərin hamısı təqdirəlayiqdir, bəyəniləndir.
"2020-ci il bizim üçün uğurlu, düşərli olsun"

-Bu gün dekabrın 30-dur.Bayrama çox az bir vaxt qalıb. Sizin təbrikiniz maraqlı olardı.
-31 dekabrı biz Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edirik. Həm bu gün, həm qarşıdan gələn yeni il münasibətilə Təhsil Şöbəsinin müdiri olaraq bütün təhsil işçilərini, Sumqayıt şəhərinin bütün təhsill ailəsini, o cümlədən xalqımızı, başda Prezidentimiz, vitse prezidentimiz olmaqla bütün rəhbər işçiləri səmimi qəlbdən təbrik edirəm. Qoy üzümüzə gələn il-2020-ci il bizim üçün uğurlu, düşərli olsun. Cənab Prezidentimizin apardığı düzgün siyasətin, düzgün islahatın son nəticəsi o olsun ki, torpaqlarımız geri qaytarılsın. Bizim 2020-ci ildən də gözləntimiz budur. İnanırıq ki, bu da olacaq. Və ən əsası, hər kəsə möhkəm can sağlığı, iş başında olan, vəzifə başında olan hər bir məmura işlərində müvəffəqiyyətlər, uğurlar, sağlam iş atmosferi və nailiyyətlər arzulayıram. Təbii ki, hər birimizə, gələcəyimiz olan gənclərimizə xoşbəxt gələcək arzu edirəm!
Hamiq MƏMMƏDLİ
Sabaha-inamla.Az
Baxış sayı: 4 640
Bölməyə aid digər xəbərlər
Tarix: 07-01-2020 17:31 | Bölmə: Müsahibə
" Çalışacam ki, mənə göstərilən etimadı doğruldum"-Arzu AlızadəSumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadənin Sabaha-inamla.Az-a müsahibəsi
-Arzu xanım, söhbətə tərcümeyi-halınızdan başlayaq ki, oxucular sizi daha da dərindən tanısınlar.
-1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Birinci sinifə Sumqayıt şəhər 28 nömrəli orta məktəbə getmişəm. Yerdəyişmə edib 34 nömrəli məktəbdə oxumuşam, oranı bitirmişəm. 1993-cü ildə orta məktəbi bitirib Pedaqoji Universitetin kimya-biologiya fakültəsinə daxil olmuşam.1997-ci ildə Universiteti bitirib təyinatla Sumqayıta-general Məhəmməd Əsədov adına 20 nömrəli məktəbə göndərilmişəm. Orda kimya-biologiya müəllimi kimi fəaliyyətə başlamışam. 2005-ci ildən həmin məktəb internat tipli məktəbə çevrildi. O ildən 22 nömrəli məktəbə yerdəyişmə elədik. Bir müddət bu məktəbdə işlədikdən sonra 2013-cü ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist kimi fəaliyyətə başladım. 22 nömrəli məktəbdə və Təhsil Şöbəsində işlədiyim son illər- yeni təhsil proqramının- kurikulumun qəbul olunduğu bir dövrü əhatə edirdi. Həmin vaxt bu proqramın təlimçisi kimi də fəaliyyət göstərirdim. Sumqayıt, Bakı şəhərləri, eyni zamanda Respublikamızın bir sıra rayonlarında kurikulumun təlimçisi kimi işləmişəm. Həmçinin bir neçə kurslarda, layihələrdə iştirak etmişəm. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda mentorluq üzrə təlim kursunu bitirdim. Eyni zamanda dərslik qiymətləndirilməsində ekspert kimi Təhsil Nazirliyinə dəvət olundum. Orda dərsliklərin qiymətləndirilməsində ekspert kimi fəaliyyət göstərirdik. Azərbaycan Müəllimlər İnstitutunda "Təhsil menecerləri" kursunun müdavimi olmuşam. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən Qafqaz Universitetində təşkil olunmuş "Direktorların hazırlığı" kursunu müvəffəqiyyətlə başa vurmuşam. Həmin illərdə eyni zamanda Təhsil Şöbəsində metodiast kimi fəaliyyət göstərirdim. Bu dövrlərdə şəhərin 28 və 1 nömrəli məktəblərində dərs demişəm. "Direktorların hazırlığı" kursunu bitirdikdən sonra 25 nəfərdən 7 nəfər təyinat aldı. Onlardan biri də mən idim. Və fəaliyyətimi Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə direktor kimi davam etdirdim. Direktor işlədiyim dövrlərdə məktəbin müəllimlərini müxtəlif layihələrə cəlb edirdim. Eyni zamanda özüm "Təhsildə inkişaf və innovasiyalar" üzrə qrant müsabiqədə iki il ard-arda layihə qalibi oldum. Daha doğrusu, məktəbi qalib etdim. Çünki layihə rəhbəri- məktəb direktoru olaraq mən özüm idim.
Bu vəzifəyə 2019-cu ilin yanvar ayının 29-dan təyin olunmuşam.
"Məndə bütün işlərin hamısı imtahan və müsahibələrlə olub"

- Belə bir məsuliyyətli işin altına girmək sizi qorxutmadı ki?
- Burda tez-tez müdir dəyişmələri olurdu. Məndə həmin dövrdə Təhsil Şöbəsində metodist işləyirdim, artıq bütün direktorlarla təmasda olurdum Məktəbdə müəllim işlədiyim dövrdən müşahidə qabiliyyətim güclü olub. Kimin hardasa səhv addım atdığını, yanlış işi sezmək asan idi. Eyni zamanda müşahidə etdiklərimdən özümə bir nəticə çıxarırdım. İstər vəzifədə olum, olmayım. Sadəcə düşünürdüm ki, bu addımı belə atsaydı daha düzgün olardı...
Bildiyiniz kimi Direktorların və Təhsil Şöbəsinin müdirlərinin işə qəbulunda dəyişikliklər var. Təhsil Şöbəsində işləməyim, direktor olmağım, pedoqoji fəaliyyətim, iş təcrübəsi uyğun gəldiyi üçün ilk öncə hörmətli icra başçımız Zakir müəllim məndən soruşdu ki, "belə bir işdə işləyə bilərsənmi?"
Əlbəttə təhsil sahəsində pillə-pillə addımladığım üçün özümü bu məsuliyyətli işdə görürdüm. Sonra Təhsil Nazirliyi Tərəfindən keçirilən müsahibədə iştirak etdim.

Elə birinci müsahibədən bildim ki, bəyənilmişəm. Orda pisixoloji dayanıqlıq, bacarıq, idarəetməçilikdə səriştəlilik, münasibətlər, qaydalar, məktəb sənədləri, hər bir şey sual-cavab, söhbət əsasında oldu.
Mən işlədiyim dövr ərzində heç bir işə elə-belə gəlməmişəm. Təlimçi işləyəndə Bakı-Avropa liseyində YUNİSEF-in təlim kursunu keçmişdim. Beynəlxalq sertifikat almışam. O işə Zülfiyyə xanım Veysova rəhbərlik edirdi. Çox ciddi bir kurs idi. Bu sertifikatı hər kəs ala bilmirdi. Təlimçi işində, mentor işində işə yararlı olub-olmamaq üçün müsahibələrdən keçmişəm. "Direktorluq kursu"na getməmişdən əvvəl məntiqdən imtahan verdik, sonra yenə müsahibə oldu. Kursu bitirəndən sonra imtahan və müsahibə oldu.
Dərslik qiymətləndirilməsində ekspert seçirdilər. Onda 10-15 nəfər dərslik müəllifləri, universitet professorlarının qarşısında da müsahibədən keçmişəm. Məndə bütün işlərin hamısı müsahibələrlə olubdu.
İkinci müsahibədən də keçdim. Yanvarın 29-da cənab başçı tərəfindən əmrim verildi.
"Bildiyim işin içindəyəm"

-Çətin deyil ki, bu vəzifədə işləmək?
-Əslində heç bir işin asanı olmur. Deyirlər hər bir işin özünəməxsus çətinliyi var. Mən deyərdim çətinliyi yox, ağırlığı var. Bununda ki, öhdəsindən gəlirik.
Niyə mən bu işi özümə asan bilirəm? Çünki bildiyim işin içindəyəm. Mən uzun illərdir bu sahədəyəm.
" İlham Əliyev təhsil işçilərinə böyük bir hədiyyə elədi"

-Artıq təhsilin yarım ili arxada qalıb. Hansı uğurlarınız olubdu?
-Bizdə tədris ili sentyabrın 15-dən iyunun 14-ə qədərdir. Bizim illik planımız yanvar ayından başlayır. Sumqayıt təhsilinin ənənəsi var. Bu gün desəm ki, bu nəticə mənə görə əldə olunub, bu yaxşı fikir olmaz, yaxşı səslənməz, özündən deməklik olar. Sadəcə olaraq biz çalışırıq ki, bu ənənələri qoruyub saxlayaq. Və qoyulan tələblərə uyğun daha da yüksəklərə aparaq. Son dörd ildə nəticələrimiz daha yaxşıdır. Ölkə üzrə nəticələrimiz birincidir. İstər qəbulun faizində, istər buraxılış imtahanlarının faizində, istər olimpiadaların nəticələrinə , müxtəlif layihələrdə qalib olmağımıza görə.
Bu il müəllimlərin pedaqoji mühazirəsinə üç müəllim göndərdik, üçü də qalib oldu. Ulu öndərin doğum günü ilə bağlı "Heydər Əliyev-96" təqdimatına 2 şagird göndərdik. İkisi də qalib oldu. Sadəcə düşünürəm ki, seçimimizi düzgün apardıq. Komissiyalar yaratmışıq bu seçimləri aparmaqdan ötrü. Həmin komissiya üzvüləri dəqiq, qərəzsiz işləyirlər. Artıq tapşırıq belədir: qoy nəticələr yüz faizli olsun.
Bu il ən yadda qalan uğurlardan biri də Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilən elmi-praktik konfransımız oldu. 16 mövzudan ibarət "Sumqayıtın tarixi, bu günü, məktəblilərin gözü ilə" adlı nəfis kitab çıxardıq. Həmin konfransa beş ən aktual mövzunun çıxışını saldıq. Şagirdlər çox gözəl araşdırma aparmışdılar. Şagirdlərin elmi rəhbərləri, müəllimləri idi.

İcra başçımız Zakir müəllim özü də konfransa dəvət olunmuşdu. Aparılan araşdırmalar hər bir kəsin xoşuna gəldi.
Qəbul, buraxılış imtahanlarının qaydaları dəyişib. Birinci ildi ki, 2018-2019-cu tədris ilində şagirdlər kurikulum proqramını tam başa vurublar. Və bu proqramla imtahan veriblər. Yeni proqram, yeni qaydalar, yeni qəbul üsulu ilə. Əgər biz bu yeni qaydalara rəğmən nəticəmizi qoruyub saxlaya bildiksə, bu həqiqətən böyük uğurdur. Biz qəbulun ən pik həddinə- 2017-2018-ci tədris ilində çatmışdıq. 2017-2018-ci ildə əldə etdiyimiz nəticəni- 2018-2019-cu tədris ilində də proqramın dəyişilməsinə rəğmən qoruyub saxlaya biliriksə, müəllimlərin o proqramı düzgün mənimsədiyini, düzgün tədris, təbliğ etdiyini demək olar. Amma buna baxmayaraq builki qəbulda, buraxılış imtahanlarında müəyyən çatışmazlıqlar oldu. Biz çalışırıq bu gün bu çatışmazlıqları aradan qaldıraq. Yeni qaydalarda açıq tipli suallar var. Açıq tipli suallarla işləmə qaydaları, ingilis dili fənninin salınması, ingilis dilidən dinləmə, anlama mətninin izahlı şəkildə verilməsi, şagirdlərin ona uyğun şəkildə testi həll etməsi. Bütün bunlar hamısı yeniliklərdir. Yeniliklər olan yerdə, adətən bir az geriləmə olar. Amma bizdə geriləmə olmadı,əldə etdiyimiz nəticəni saxladıq. İngilis dilində, riyaziyyatda biraz faizlərimizdə nisbət fərqi oldu.
Bu yaxınlarda şəhərin 70 illik yubileyində iştirak edən cənab İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də təhsil işçilərinə böyük bir hədiyyə elədi. Biz təhsil işçilərinin, müəllimlərin, şagirdlərin, valideynlərin ən böyük arzusu tədrisin geniş, yaraşıqlı, işıqlı, isti rahat, yayda sərin olan sinif otaqlarında aparılmasıdır. Prezident bu gəlişində də yenə bizim üçün hədiyyə elədi. 1 nömrəli tam orta məktəbin əsaslı şəkildə təmirinə göstəriş verdi. Bu məktəb 650 yerlikdir.Orda 2220 şagird təhsil alır. Hazırda 1800 yerlik məktəb tikilir... Bizim üçün önəmli odur ki, məktəblərimiz təmir olunsun, rahat şərait olsun, texniki baza gücləndirilsin, müəllimlərin işləmə qabiliyyəti artırılsın. Eyni zamanda həmişə dövlətin diqqətini, qayğıısnı məllimlərin peşə bayramında, bilik günündə hiss etmişik. Prezident, o cümlədən cənab nazir, həmçinin şəhərin icra başçısı tərəfindən fəxri adlar, fəxri fərmanlar, döş nişanları və s. mükafatlar verilib. Bunlarda müəllimin əməyini stimullaşdırır, müəllim əməyinə verilən qiymətdir. Təbii ki, müəllim öz əməyinin bəhrəsini görəndə daha həvəslə işləyir. Bu adı almaq arxayınçılıq yaratmamalıdır. Hər dəfə ad alan müəllimləri təbrik edəndə deyirik ki, adı almaq məsuliyyətimizi birə beş artırır. Bizim üzərimizə qoyulan etimadı daha da artırır. Biz bu etimadı doğrultmağa çalışmalıyıq.
"İslahatlar düzgün istiqamətdə aparılır"

-Yeri gəlmişkən, ölkədə gedən islahatlarla bağlı sizin fikrinizi də bilmək maraqlı olardı.
-Təbii ki, hamımız düzgün aparılan islahatların tərəfdarıyıq. Ümumiyyətlə biz təhsil işçiləri olaraq ulu öndərin dövründən bu yana, həmişə düzgün aparılan siyasətin tərəfdarı olmuşuq, bu siyasətin ardınca getmişik. Eyni zamnda bu gün aparılan islahatlar, təbii ki, görülən işlər göz qabağındadır...
Bu vəzifəyə təyinat alanda artıq hiss elədim ki, gəncləşmə siyasəti gedir. Səriştəli, savadlı, işgüzar gənclərə artıq yol açılıb. Və mən də bu islahatın içərisində yeni təyin olunmuş kadr kimi özümü də görürəm. Aparılan bu islahatlar,dəyişikliklər, gənclərin müxtəlif vəzifələrə təyinatı, onlara göstərilən etimaddır. Əsas məsələ isə o etimadı doğrultmaqdır. Və onu qoruyub saxlamaqdır. Bir gənc kadr kimi həmişə çalışacam ki, mənə göstərilən etimadı doğruldum.
"Görülən bütün işlər göz qabağındadır"

-Sumqayıt şəhərində son dörd ildə görülən abadlıq və quruculuq işləri barədə nə deyərdiniz?
-Siz də bu şəhərin sakinisiniz. Görülən bütün işlər göz qabağındadır. Məsələn, ən dəyərli iş Bulvarın tikintisidir. Cənab Prezidentin təbirincə desək, "Sumqayıt Bulvarı bir möcüzədir". Respublikanın hər yerində abadlıq, quruculuq işləri aparılır.
Təlimlərlə bağlı Azərbaycanın rayonlarına gedirdim. Hər dəfə orda gedən işləri görürdüm. O vaxtı görürdüm ki, Sumqayıtda bu işlər çox ləng gedir. Amma hörmətli icra başçısı cənab Zakir Fərəcovun rəhbərliyi altında son dörd ildə görülən işlər həqiqətən də göz qabağındadır. Cənab Prezidentimiz sağ olsun, bu işlərin görülməsi ilə bağlı lazımi göstərişlər verib. İncəsənət məktəbi, Şahmat məktəbi, Nizami kinoteatrı, Muğam Mərkəzi kimi möhtəşəm obyektlər tikilib. Nizami kinoteatrının tikilməsi də şəhər sakinlərinin sevincinə səbəb olub. Şəhərimizdə kinoteatr yox idi. Görülən işlərin hamısı təqdirəlayiqdir, bəyəniləndir.
"2020-ci il bizim üçün uğurlu, düşərli olsun"

-Bu gün dekabrın 30-dur.Bayrama çox az bir vaxt qalıb. Sizin təbrikiniz maraqlı olardı.
-31 dekabrı biz Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edirik. Həm bu gün, həm qarşıdan gələn yeni il münasibətilə Təhsil Şöbəsinin müdiri olaraq bütün təhsil işçilərini, Sumqayıt şəhərinin bütün təhsill ailəsini, o cümlədən xalqımızı, başda Prezidentimiz, vitse prezidentimiz olmaqla bütün rəhbər işçiləri səmimi qəlbdən təbrik edirəm. Qoy üzümüzə gələn il-2020-ci il bizim üçün uğurlu, düşərli olsun. Cənab Prezidentimizin apardığı düzgün siyasətin, düzgün islahatın son nəticəsi o olsun ki, torpaqlarımız geri qaytarılsın. Bizim 2020-ci ildən də gözləntimiz budur. İnanırıq ki, bu da olacaq. Və ən əsası, hər kəsə möhkəm can sağlığı, iş başında olan, vəzifə başında olan hər bir məmura işlərində müvəffəqiyyətlər, uğurlar, sağlam iş atmosferi və nailiyyətlər arzulayıram. Təbii ki, hər birimizə, gələcəyimiz olan gənclərimizə xoşbəxt gələcək arzu edirəm!
Hamiq MƏMMƏDLİ
Sabaha-inamla.Az
Baxış sayı: 4 640
Bölməyə aid digər xəbərlər
18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə













