21:18 / 11-10-2026
Tibb bacısı əlil yeniyetməni süni tənəffüs aparatından təsadüfən ayırıb
21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
“Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ
Tarix: 15-12-2019 18:32 | Bölmə: Müsahibə

Professor Şirməmməd Hüseynovun anadan olmasının 95 illiyi münasibətilə
17 dekabr tarixi böyük və qayğıkeş insan, mahir maarifçi, tələbkar pedaqoq, cəsarətli, cəfakeş və istedadlı alim, milli istiqlalın sevdalısı, həqiqətin və mənəvi dəyərlərin dayağı ,mətbu- ədəbi, əbədi müəllimim professor Şirməmməd Hüseynovun doğum günüdür.
Onun haqqında az qala 50 illik tanışlığımızdan yaranan kitablıq xatirələrim var. Elə bilirəm ki, düz 28 il bundan əvvəl - Sovet imperiyasının dağılması və Azərbaycanın müstəqilliyinin bərpa olunması ərəfəsində pak əməlləri və sarsılmaz əqidəsi ilə cəmiyyətdə böyük nüfuz qazanmış Şirməmməd Hüseynovdan aldığım müsahibə (“Odlar yurdu” qəzeti, №21 noyabr, 1991-ci il) onun fenomenal düşüncəsi, uzaqgörənliyi, arzu və istəkləri, dövrünün ən aktual problemləri barədə zəngin təəssürat yaradır. Odur ki, həmin müsahibəni Modern.az-ın oxucularının diqqətinə təqdim edirəm.
Beləliklə, müsahibimiz siyasi icmalçı, Bakı Dövlət Universitetinin professoru Hüseynov Şirməmməd Ağaməhəmməd oğludur.
- Mümkünsə, bir neçə kəlmə ilə özünüzü oxucularımıza təqdim edin.
- Məmnuniyyətlə. 1924-cü ildə Şəkidə anadan olmuşam. 3 yaşında ikən atamı itirmişəm. Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsini bitirdikdən sonra Moskvada aspiranturaya daxil olmuşam.1954 –cü ildə “1917-1918-ci illərdə Azərbaycan mətbuatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm. Həmin ildən Bakı Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətlə məşğulam. Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün yazdığım dərsliklərə, çoxillik elmi-pedaqoji fəaliyyətimə görə professor adına layiq görülmüşəm.
- Bilirik ki, sovet dövründə obyektiv çətinliklərə baxmayaraq, vicdanın səsi ilə işləmiş, tələbələrinizə əsl həqiqəti söyləməkdən çəkinməmisiniz. Bununla belə, yəqin siz də etiraf edərsiniz ki, illər boyu kommunist ideologiyasını təbliğ, təşviq edən minlərlə jurnalistin həyata vəsiqə alması üçün siz də xeyli zəhmət çəkmisiniz. Həyatınızın həmin illəri üçün təəssüflənmirsiniz ki?
- Bu suala birmənalı cavab vermək çətindir.”Təəssüflənirəm” desəm, bu qeyri-obyektiv, qeyri-səmimi olar, bir az da dərinə getsəm, öz mənliyimə toxunar. Axı, acılı-şirinli həmin illərdə minlərlə tələbə ilə təmasda olmuş, rəsmi proqramdan əlavə, özümün yazılmamış proqramım ilə tələbələrimə həyat dərsi vermişəm. Bilirsiniz, mənim dünyagörüşüm, həyata baxışım iki zəmində formalaşıb. Biri məktəb mühiti, digəri ailə. Məktəb, istər şagirdkən, istər tələbə ikən kommunist ideallarına sədaqət ruhunda tərbiyələndirirdi. Ailəmizdə isə bəzəksiz, hay-küysüz mühit hökm sürürdü. Dayılarım cəmiyyətin iyrəncliyini bütün çılpaqlığı ilə söyləyir, nifrətlərini gizlətmirdilər. Onların sualları təbii ki, məni də düşündürürdü: Namuslu filankəsi gecə ikən niyə apardılar? Namussuz filankəs isə öz keyfindədir, niyə? Bir sözlə, ailəmiz qapalı, məhdud çərçivədə cəmiyyətin müxalif qüvvəsi idi. Bax, özüm də müəllim ikən çalışmışam ki, tələbələrim sərbəst düşünsün, ətrafda baş verən hadisələri açıq gözlə götür-qoy etsinlər, özləri düzgün nəticə çıxarsınlar.
Bir fakt deyəcəm. ”İskra”nı biz ilk partiya mətbuatı kimi tədris edirdik. Deməli, orada dərc olunan məqalələrə müraciət edə bilərdik. Mən qəsdən “İskra”nın 1901-ci il 13-cü nömrəsində çap olunmuş “Gürçüstanda rus süngüsünün 100 illiyi” məqaləsini tələbələrə açıqlayırdım. Bunu elə dövrdə edirdim ki, respublika hökuməti Azərbaycanın Rusiyaya birləşdirilməsinin ildönümü az qala milli bayram kimi qeyd edirdi. Məslək, əqidə dostum Bəxtiyar Vahabzadə ( yeri gəlmişkən, o da Universitetin proqramı ilə dərs deyirdi, eyni zamanda “Ana dili”, “Latın dili” kimi şerlərini də yazırdı) ilə məni də çoxları kimi 1986-cı il Alma-Ata hadisələri həm sarsıtdı, həm qəlbimizə işıq saldı: demək Sovetlər birliyindəki türk dünyası, hələ yaşayır, mübarizə aparır. Lakin Alma-Ata hadisələrinə münasibətimizi necə bildirək? Mən Bəxtiyara dedim ki, hadisə ilə ad günüm eyni vaxta-17 dekabra təsadüf edir. Şeiri ad günümə ithaf et və ürəyindən keçəni yaz. Beləliklə, “17 dekabr” şeiri meydana gəldi. Şeirin leytmotivi türk ruhunun yaşaması və ölməzliyidir. Auditoriyalarda da bu məzmunda söhbətlərimi yəqin ki, tələbələrim də xatırlayır. Odur ki, universitetdə keçirdiyim illər üçün təəssüflənməyə dəyməz. Digər tərəfdən isə təəssüflənməmək də olmur. Tələb olunanları deməmək özünü yaşamaq imkanından məhrum etmək idi. Ürəyimizdə olanların hamısını isə çox vaxt söyləyə bilmirdik. Bu gün dönə-dönə müraciət etdiyim, sitatlar gətirdiyim mətbuat tariximizi, şübhəsiz, o vaxt indikindən yaxşı bilirdim. Amma susurdum. Bilirdim ki, tələbələrin arasında da Dövlət Təhlükəsizlik Komitəsinin agentləri var. Fikrimcə, bizim nəsil həm bədbəxt, həm də xöşbəxt nəsildir. Ona görə bədbəxtik ki, ömrümüzün böyük bir hissəsi Leninin təbirincə, “xalqlar dostluğu həbsxanasında”, Qorbaçovun fikrincə, “bədbəxtliyə ortaq qardaşlar” cəmiyyətində, nəhayət akademik Şmelyov demişkən, “dəlixanada” yaşamışıq. Xoşbəxti, ona görə ki, xalqımızın qəddinin yavaş-yavaş düzəldiyi günləri də görürük. Azərbaycan Cümhuriyyətinin bərpasının şahidi və iştirakçısı olmaq əsl səadət deyilmi?
- Bir halda ki, söhbət Azərbaycan Cümhuriyyətinin bərpasından düşdü, zəhmət olmazsa, deyin, sizcə, indi nə üçün Azərbaycan Respublikasını tanımırlar?
- Bunun bir neçə səbəbi var. Başlıcasını deyirəm. BMT-nin Nizamnaməsində hansı ölkələri müstəqil dövlət kimi tanımaq şərtləri yazılmışdır. Əlbəttə, ən əvvəl müstəqilliyini elan etmiş dövləti müstəmləkəçisi olduğu dövlət tanımalıdır, yəni onun razılığı olmalıdır. Bu razılıq isə iki yolla alınar: ya dinc yolla, ya da zorla. Bizdə necədir? Moskva kağızda hər şey, həqiqətdə isə az şey verir. Təkcə respublikaların xarici siyasətlərinə nəzər salmaq kifayətdir ki, mənzərə aydın görünsün. Baltikyanı ölkələr istisna olmaqla, keçmiş SSRİ-nin bütün respublikalarının rəhbərləri, məncə, xarici ölkələrə yalnız mərkəzin razılığı ilə gedə bilərlər. Eləcə də iqtisadi-maliyyə məsələləri Moskvasız mümkün deyil. Bir sözlə, Moskva əvvəlki imperiyanın cildini dəyişib saxlamaq istəyir.
- Sizcə, mərkəz bundan sonra respublikalara qarşı necə siyasət yeridəcək?
- Mərkəz bütün gücü ilə çalışacaq ki, respublikaların ağzını bir yerə bağlasın. Bu zaman yaratmaq istədiyi birliyə ya iqtisadi, ya hərbi, ya da suveren dövlətlərin ittifaqı deyəcək. Fəqət, imperiyanın dağılmamasına çalışacaqlar.
- Azərbaycanın bütün mənalarda müstəqilliyini özünün başlıca vəzifəsi hesab edən müxalifətə münasibətiniz necədir?
- Əvvəlcə, müxalifət anlayışının özünə münasibətimi bildirim. Təəssüflər ki, bizdə bəzən qüvvələr marksist- leninçi tərəzi ilə ölçülür, cəmiyyət təbəqələrə, siniflərə bölünür. “Bizimlə olmayanlar düşmənimizdir”- bu, çox təhlükəlidir. Xeyr, müxalifət düşmən sinif, təbəqə, qüvvə deyil. Yaxud, əksinə, hakimiyyətdə olanlara sinfi düşmən kimi baxmaq lazım deyil. Müxalifətin cəmiyyətdəki rolunu, mövqeyini müəyyənləşdirmək üçün uzağa yox, öz mətbuat tariximizə müraciət edək.
1917-ci ildə N.Nərimanov “Hümmət” qəzetinin birinci nömrəsini çapdan buraxır və baş məqalədə öz məramını elan edir. M.Rəsulzadə “Açıq söz”də “Tazə rəfiqimizi təbrik” adlı məqalə ilə çıxış edir və “Hümmət”i təbrik edir. Bununla belə, N.Nərimanovun baş məqalədə irəli sürdüyü tezislərə qarşı öz fikrini qoyur. Demək istədiyim odur ki, tərəflər öz proqramını əsaslandırmalı, inandırmalı, təmkinlə qəbul etdirməlidir. Yox, əgər sənin proqramın elmi şəkildə əsalandırılmayıbsa, yaxud yarımçıqdırsa və mənə onu zorla qəbul etdirmək istəyirsənsə, bu, düzgün deyil. Bu o deməkdir ki, “bəy oğlusan, demək, köpək oğlusan”. Bu gün bizdə vəziyyət necədir?
Əvvəlcədən deyim ki, məncə, müxalif qüvvələr hakim qüvvələrdən bir baş yuxarıdır. Bu, parlament iclaslarında özünü daha parlaq büruzə verir. Müxalif qüvvələr “Bizi hara aparırsınız”- sualına qismən cavab verməyə hazırdırlar və cavab verirlər. Lakin nə prezident, nə baş nazirimiz xalqın “Biz hara gedirik” –sualı qarşısında hələlik susurlar. Onlar nə öz proqramları, nə son məqsədləri, nə tutduqları yol barədə hələlik xalqa bütöv və açıq söz deməmişlər. Həyata keçirilən dəyişikliklər, islahatlar, qərarlar təzyiqlər, mitinqlər vasitəsilə olmuşdur.
- Sizcə, Dağlıq Qarabağ problemi necə yaranmışdır və onun həlli yolu hansıdır?
- Bu barədə lazım olduğundan çox danışılmış, deyilmişdir. Əgər kim hələ də Dağlıq Qarabağ münaqişəsinin səbəbini, həlli yolunu bilmirsə, deməli ya özünü bilməməzliyə, görməməzliyə qoyur, yəni bunu qəsdən edir, ya da o, kənar planetdən gəlib. Bu belədir. Mənsə, başqa şey demək istəmirəm. Ömər Faiq Nemanzadə 1906-cı ildə “İrşad” qəzetində “Nə etməliyik” məqaləsində yazırdı ki, ermənilər bizi öz təbii düşməni hesab edirlər. Təbii düşmənlə isə düşmən kimi rəftar etməyi bacarmalısan. Erməni milli faşizmi bizi bir xalq kimi tanımaq istəmir, bizi məhv etməyi qarşısına məqsəd qoyub. Bunu heç vaxt, hətta sülh zamanı unutmamalıyıq. Odur ki, hər bir azərbaycanlı doğularkən. onun qulağına, həm də erməni zərbəsindən sayıqlıq duası oxunmalıdır: erməni səni təbii düşmən sayır.
- Bu gün sanki əksəriyyət latın əlifbasının tərəfdarıdır. Lakin ona doğru irəliləyiş yoxdur. Niyə?
- Çünki əlifba məsələsini siyasi oyuna çevirənlər var. Bəziləri üçün bu, çatmamış məsələ, digərləri üçün zaman-zaman nüfuz qazanmaq vasitəsidir. Bir başqası üçün alternativ qoymaq alətidir: ərəb, yoxsa, latın?! Bütün bunların arxasında əlifbaya qətiyyən dəxli olmayan niyyətlər, əməllər durur. Latın xalqımız üçün zərurətdir, kim bu nemətdən də sui-istifadə etmək istəyirsə, onun vicdanı təmiz deyil.
- Əvvəllər yaşı 100 olmayan KP-nin tarixinin tədrisinə az qala təhsil illərinin yarısı həsr olunurdu. Halbuki Azərbaycan tarixinə bir neçə saat vaxt ayrılır və ikinci növ fənn kimi öyrədilirdi. İndi vəziyyət necədir?
- Təhsil sisteminin ümumiyyətlə, köklü islahata ehtiyacı var. Sualınıza isə sevindirici cavab verə bilməyəcəyəm. İndi, Kommunist Partiyasının tarixi öyrənilmir, eyni zamanda Azərbaycan tarixini də istənilən səviyyədə öyrətməyə kadr yoxdur.
- Sonuncu sualı verməyəcəm. Belə demək mümkünsə, deyilməyən , suala cavab verin.
- Xalq hələlik siyasətçilərlə siyasətbazları yaxşı seçə bilmir. Odur ki, kim siyasətbazlıqla məşğul olub xal toplamaq istəyirsə, xalqa xəyanət edir. Gəlin bunu unutmayaq.
Baxış sayı: 845
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə