18:42 / 21-05-2026
Lukaşenko "İsgəndər-M"i bir vaxtlar arzusunda olduğu yaxşı maşın adlandırdı
18:38 / 21-05-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə müşahidə edilib
18:35 / 21-05-2026
Lavrov Tayland xarici işlər naziri ilə telefonda danışdı
18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
18:29 / 21-05-2026
Dəmir yolunda terror aktı törətməyi planlaşdırırdı
18:26 / 21-05-2026
Magyar Avropanın Rusiya qazını almağa niyə qayıdacağını izah etdi
18:19 / 21-05-2026
Fiko: "AB siyasətçiləri onu Rusiyaya səfərlərinə görə tənqid edirlər, amma gizlicə bu barədə soruşurlar"
18:15 / 21-05-2026
Litvanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb
18:07 / 21-05-2026
Uşaqlarına işgəncə verdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib
18:04 / 21-05-2026
Putin və Lukaşenko nüvə qüvvələri təlimi zamanı video zəng etdilər
17:54 / 21-05-2026
Cəsədi kütləvi məzarlıqda tapılıb
17:51 / 21-05-2026
12 İllik temperatur rekordunu təkrarladı
17:48 / 21-05-2026
Bir vəkil böyük miqyaslı fırıldaqçılıqda şübhəli bilinir
17:37 / 21-05-2026
İlon Mask dünyanın ilk trilyoneri ola bilər
17:33 / 21-05-2026
3 yaşlı qızı vurması ilə bağlı cinayət işi açılıb
17:30 / 21-05-2026
Ukraynaya hava hücumundan sonra Polşaya kütləvi şəkildə təcili yardım təyyarələri göndərilir
17:27 / 21-05-2026
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək
17:21 / 21-05-2026
Rusiya, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə çatdığını bildirdi
22:43 / 20-05-2026
Rusiya Kuboku Superfinalının ən gənc hakimi olacaq
22:38 / 20-05-2026
Ermənistandan gül idxalını məhdudlaşdırır
22:34 / 20-05-2026
Lavrov Ukrayna və Tayvandakı vəziyyətləri müqayisə etdi
22:31 / 20-05-2026
Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə biləcəyini etiraf etdi
22:28 / 20-05-2026
Keçmiş sevgilisini qaçırmağa cəhd etdiyinə görə həbs edilib
22:25 / 20-05-2026
Rubio bildirib ki, Kuba rəhbərliyinin günahı üzündən çətin vəziyyətdədir
20:18 / 20-05-2026
Polis əməkdaşını bıçaqlayan şəxs həbs edilib
20:14 / 20-05-2026
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
20:09 / 20-05-2026
İrlandiya iddia edir ki, Avropa Rusiyadan yanacaq istəyir
20:07 / 20-05-2026
Polşa Ukraynadakı münaqişənin gərginləşməsini sərt reaksiya ilə hədələyir
20:04 / 20-05-2026
Putin və Si Cinpinin qeyri-rəsmi danışıqları bir saat yarım davam etdi
20:01 / 20-05-2026
NATO Baş Katibi Ukraynanın Amerika silah təchizatı olmadan yaşaya bilməyəcəyinə inanır
19:58 / 20-05-2026
Bir kişi gizli şəkildə bir qadını çəkdiyinə görə 15 gün həbs edilib
19:55 / 20-05-2026
Şoyqu Zelenskinin səfəri ilə bağlı Yerevanın erməni yaddaşını lağa qoyduğunu qeyd edib
19:50 / 20-05-2026
Beş turistin ölümündən sonra iki kişi saxlanılıb
19:47 / 20-05-2026
Şoyqu Rusiya ilə əməkdaşlığı Ermənistanın iqtisadi artımının əsas hərəkətverici qüvvəsi adlandırdı
19:35 / 20-05-2026
ABŞ 40 ildən sonra ilk dəfə Tayvan lideri ilə danışmağa hazırdır
19:33 / 20-05-2026
Eramızın I-II əsrlərinə aid qədim qılınc aşkar edilib
19:29 / 20-05-2026
Putin Çinə səfərini başa vurdu
İtaliyada nüvə mərkəzində oxuyub, Almaniyada professor adını alan ilk xanım soydaşımız
Tarix: 23-10-2019 01:22 | Bölmə: Müsahibə

“Azərbaycanın həm tələbələri, həm də gənc alimləri zəhmətkeş və savadlıdır. Bu cür güclü potensialın itməməsi üçün institutlaşma səviyyədə şərait yaradılmalıdır”.
Bu sözləri AzEdu.az-a müsahibəsində qürbət diyarda Azərbaycan elmini təmsil edən Pərvanə Hacıyeva deyir.
Kimdir Pərvanə Hacıyeva?
Tələsməyək, bu dəqiqə təqdim edirik:
ARAYIŞ: Pərvanə Hacıyeva biokimya üzrə tanınmış alimdir. O, 1973-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tibbi-biologiya şöbəsində təhsil alıb. Daha sonra Florensiya Universitetinin Kimya fakültəsinin Nüvə Maqnit Rezonansı Mərkəzində doktoranturaya daxil olub. Burada o məşhur alim, professor İvano Bertininin rəhbərliyi altında metalproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olub. 2000-ci ildə dissertasiya işini uğurla müdafiə edərək həmin universitetdə kimya sahəsi üzrə “doktor” elmi dərəcəsini qazanıb. Hazırda Mayns Universitetində “Patobiokimyəvi adaptasiya” sahəsi üzrə professor vəzifəsində çalışır. 2009-cu ildən isə Mayns Universitetində müalicə işi və stomatologiya ixtisasları üzrə buraxılış imtahan komissiyasının üzvüdür.

Pərvanə xanımı qürbət ölkəyə aparan səbəblər…
-Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tibbi-biologiya şöbəsini bitirdikdən sonra elmi tədqiqatla məşğul olmağa qərar verdim. Bunun üçün professor Ralfrid Həsənovun dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiya İnstitutuna baş elmi işçi vəzifəsinə qəbul oldum. Orada təəssüf ki, elmi ideyaları həyata keçirmək üçün laboratoriya və texniki avadanlıqlar çox məhdud idi. Bu səbəbdən, aspiranturanı xaricdə oxumağa qərar verdim. Daha sonra İtaliyanın Florensiya Universitetinin Kimya fakültəsinin nəzdində “Nüvə Maqnit Rezonans Spektroskopiya” mərkəzində aspiranturaya daxil oldum. Demək olar ki, əsas səbəb xaricdə təhsil almaq istəyim idi. Digər səbəb isə Azərbaycanda təbiət elmləri sahəsində fəaliyyət göstərmək üçün praktiki imkanların məhdud olması olub.
-Almaniyada pedaqoji fəaliyyətlə məşğulsunuz. Xaricə getdikdən sonra özünüzdə hansı fərqləri müşahidə etdiniz? Digər ölkə bu istiqamətdə fəaliyyətiniz üçün stimulverici nələr verdi?
-Azərbaycanda oxuduğum müddətdə təhsil aldığım qrupda savadlı tələbələr var idi. Bu səbəbdən, deyə bilərəm ki, ali təhsilimi çox maraqlı və stimulverici şəraitdə almışam. Lakin təbiət elmləri tək nəzəriyyəni bilməklə kifayətlənmir. Hər hansı bir elmi problemin həllini tapmaq üçün təcrübələr aparmaq vacibdir. Buna görə də tibbi-biologiya üzrə fəaliyyət göstərən təhsil ocağı müasir laboratoriyalarla təmin olunmalıdır. Məsələn, mənim oxuduğum dövrdə BDU-da və AMEA-da bu şərait olmadığından iş təcrübəm çox az idi. Buna baxmayaraq bu baryeri qısa bir müddətdə aşa bildim. Bu prosesdə məni həvəsləndirən əsas stimul mənbəyi aspirantlar, tələbələr arasında elmə olan yüksək maraq, sağlam rəqabət və ən əsası gələcəyə inam oldu.
-Dərs dediyiniz Mains Tibb Universitetində azərbaycanlı tələbələr təhsil alırmı?
-Təəssüf ki, tibb sahəsində təhsil alan azərbaycanlı tələbə azdır. Bunun səbəbi Almaniyada tibb fakültəsinə qəbul olmaq üçün güclü rəqabətlə bağlıdır. Həm yerli, həm də xaricdən gəlib oxumaq istəyən abituriyentlər üçün xüsusi şərtlər var. Lakin Mains Tibb Universitetində həkim vəzifəsində çalışan azərbaycanlılar var. Onlar burada tibbin istədikləri sahəsində “uzmanlıq” kvalifikasiyasına nail olmaq üçün çalışırlar.
-Pərvanə xanım Azərbaycan və Almaniya tələbələrini müqayisə etsək, bizimkilərdə nə kimi boşluq və fərqlər ortaya çıxar?
-Hazırda Azərbaycanda olan indiki nəslin tələbələrini yaxından tanımıram. Buna görə də müqayisə etməkdə çətinlik çəkirəm. Öz dövrümün tələbələri ilə müqayisədə deyə bilərəm ki, burada oxuyan tələbələrin dünyagörüşləri və imkanları daha genişdir. Həmçinin, burada oxuyanlar öz fikirlərini və qərarlarını verməkdə daha sərbəstdirlər. Fikrimcə, bu təhsildə həm yerli həm də qlobal səviyyədə mövcud olan sağlam rəqabətdən irəli gəlir.

“Elm və təhsilə göstərilən qayğı xalqın gələcəyi üçün investisiyadır”
-Pərvanə xanım, qərib ölkədə elmi fəaliyyətlə məşğulsunuz. Maraqlıdır, Azərbaycanda olan elmi vəziyyəti necə qiymətləndirirsiz?
-Təbiət elmləri sahəsindən çalışan alimlərin elmi fəaliyyəti onların çap olunmuş elmi məqalələri ilə ölçülür. Bu məqalələr müxtəlif elmi jurnallarda dərc olunur və “Public Library of Medicine” (PubMed) vasitəsiylə qlobal səviyyədə hamının istifadəsi üçün açıqdır. Burada olan axtarışımızda sırf Azərbaycanda çalışan alimlərin məqalələrin sayına nəzər yetirsək, təəssüf ki, bunların sayı nisbətdə daha azdır. Fikrimcə, bunun səbəbi Azərbaycan alimlərinin elmi ideyaları olmamağından deyil, sadəcə onların praktiki imkanlarının məhdudluğundan irəli gəlir. Bilirəm ki, tibbi-biologiya sahəsində elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsində az da olsa irəliləyiş var. Alimlərimiz xarici fondlara müraciət edib elmi layihələrinin maliyyələşdirməyə çalışırlar. Lakin bu problemlərin cüzi bir hissəsini həll etməyə kömək edir. Hər hansı bir ölkənin elmi inkişafı onun elmə göstərdiyi maddi qayğısının nəticəsidir. Çox istərdim ki, Azərbaycanda çalışan alimlərimizin beynəlxalq arenada rəqabətlə ayaqlaşması üçün maddi dəstəklər artırılsın. Bu isə ancaq institutlaşma səviyyəsində daha effektiv ola bilər. Elm və təhsil biznes sahəsi deyil ki, qısa müddətdə qazanc gətirsin. Ümumiyyətlə, elm və təhsilə göstərilən qayğı xalqın gələcəyi üçün investisiyadır.
-Pərvanə xanım, Azərbaycanda tibbin vəziyyəti Almaniyada necə görünür? Sizcə, Azərbaycanda tibbin hansı sahəsi üzrə inkişaf var ki, bu, digər ölkələrin diqqətini çəkir və örnək götürürlər?
-Hazırda Azərbaycanda olan tibbin vəziyyəti Almaniyaya rəqabət yaradacaq səviyyədə deyil. Buna səbəb mütəxəssislərimizin savadının, bacarığının və özlərinə inamının az olmasıyla bağlı deyil.
-Azərbaycanda gənc alimlərin özlərini təkmilləşdirmələrinə və elmi fəaliyyətlə məşğul olmalarına yaradılan şəraiti necə qiymətləndirirsiniz?
-Bizim həm tələbələrimiz həm də gənc alimlərimiz zəhmətkeş və savadlıdırlar. Bu cür güclü potensialın itməyinin qarşısını almaq üçün institutlaşma səviyyədə şərait yaradılmalıdır.
-Almaniyada tibb sahəsi üzrə təhsilə getmək istəyənlər nəyi nəzərə almalıdırlar?
-Almaniyada tibb sahəsi üzrə oxumaq demək olar ki, mümkün deyil. Buna səbəb isə universitetlərə qəbul olmaq üçün xüsusi şərtlərdir.
-Pərvanə xanım dərs dediyiniz auditoriyalarda müxtəlif ölkələrdən də tələbələr olur. Azərbaycan haqqında düşüncələri necədir? Ölkəmiz barəsində nələri bilirlər?
-Təəssüf ki, tələbələrimlə bu səviyyədə ünsiyyətdə olmaq imkanım olmur.
-Almaniyada tibb sahəsi üzrə təhsil alanlar çox zaman ölkəyə qayıtmaq istəmir. Sizcə bu nədən irəli gəlir?
-Almaniyada tibb sahəsi üzrə təhsil almaq istəyənlərin vətənə qayıtmamasının səbəbi şərait və perspektivin olmamasıdır. Amma şərait dedikdə məkan deyil sosial və iqtisadi imkanları nəzərdə tuturam. Mən çox bacarıqlı, savadlı və burada vətən həsrəti ilə yaşayan gənc həkimlər tanıyıram. Amma onlar vətənə geri döndükdə işləməkləri üçün şərait olmadığından şikayətənirlər.
-Pərvanə xanım nə zamansa Azərbaycana qayıdıb, elmi fəaliyyətinizi burada davam etdirmək istəyiniz varmı?
-Azərbaycan qayıdıb, elmi fəaliyyətimi orada davam etdirmək ideyası mənə qeyri-mümkün gəlmir. Lakin bu mənim üçün böyük bir addım olar. Və yaxın gələcəkdə mümkün olacağını düşünmürəm. Buna baxmayaraq, Azərbaycanda olan ali təhsil və elmi-tədqiqat ocaqları ilə daha çox əlaqədə ola bilərəm. Həmçinin, tələbə və dosent heyəti ilə yaxından tanış olmaq və bu sahədə şəxsi biliyimi və təcrübələrimi paylaşmağa hər zaman hazıram.

-Azərbaycan media və televiziyasını izləyirsinizmi?
-Azərbaycan mediasını bacardığım qədər izləyirəm. Lakin Azərbaycan televiziyasını təəssüf ki, izləmirəm. Buna səbəb isə vaxtımın məhdud olmasıdır.
-Azərbaycanda media və təhsilin qarşılıqlı əlaqəsi sizi nə dərəcədə qane edir? Bizim medialar elm və təhsilə nə dərəcədə müsbət təsir göstərə bilir?
-Bu suala birmənalı cavab vermək çətindir. Media sadəcə elm və təhsillə bağlı informasiyanı oxuculara çatdırmalıdır. Bir növ olan informasiyanı yaymalıdır. Bu isə həm yerli həm də dünya səviyyəsində baş verən yeniliklər ola bilər.
-Almaniyada təhsil almaq və ya elmi fəaliyyətlə məşğul olmaq istəyənlərə tövsiyələriniz nələrdir?
-Əsas tövsiyəm odur ki, nə işlə məşğul olmaqlarından asılı olmayaraq yaşadıqları yerdə özlərini doğrultsunlar. Bu uğur əldə etmək üçün əsas şərtdir. Məlumdur ki, xaricdə olan azərbaycanlılar təhsil və elmi fəaliyyətləri ilə yanaşı öz millətlərini və dövlətlərini də təmsil edirlər. Təhsil və elmi fəaliyyətin əvvəlki dövründə yaranan subyektiv çətinliklərindən qorxmasınlar. Ümumi situasiyaya tənqidi yanaşıb, problemləri praktiki üsullarla aradan qaldırsınlar. Necə deyərlər “Think globally, act locally”. (Qlobal fikirləşin, yerində icra edin)
Baxış sayı: 984
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev