Bütün xəbərlər
"Maş": Müğənni Filipp Kirkorov iki-üç həftəyə xəstəxanadan çıxacaq
Tarix: 27-05-2025 21:40 | Bölmə: Mədəniyyət

Rusiya estradasının kralı Filipp Kirkorov iki-üç həftəyə xəstəxanadan çıxacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə tibbi dairələrdəki mənbələrə istinadən "Maş" Telegram kanalı məlumat yayıb.
Müğənninin özünü daha yaxşı hiss etdiyi və sağaldığı qeyd edilir. Həkimlər Kirkorovun iki-üç həftəyə xəstəxanadan çıxacağını gözləyirlər.
Rusiya Federasiyasının xalq artisti Filipp Kirkorov 2025-ci il mayın 23-də Moskvada xəstəxanaya yerləşdirilib.Müğənninin aprelin 25-də Sankt-Peterburqda konserti zamanı əlini yandırdıqdan sonra oynaqlarında iltihab yaranıb.



Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər