Bütün xəbərlər
Sovet və rus aktyoru Aleksandr Safronov vəfat edib
Tarix: 22-05-2025 21:02 | Bölmə: Mədəniyyət

Sovet və Rusiya teatr və kino aktyoru, rejissor Aleksandr Safronov vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Tver vilayətinin Mədəniyyət Nazirliyi məlumat yayıb.
Safronov 2025-ci il mayın 21-də vəfat edib. O, son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirdi.
"Aleksandr Aleksandroviç 54 ildən artıq Tver Akademik Dram Teatrına xidmət edib və bütün ölkə üzrə tamaşaçılar tərəfindən sevilib", - nazirliyin bəyanatında deyilir.
Vida mərasimi mayın 24-ü şənbə günü, günorta saat 12:30-da Müqəddəs Böyük Şəhid və Şəfaçı Panteleimon kilsəsində baş tutacaq. O, Dmitrovo-Çerkasskoye qəbiristanlığında dəfn olunacaq.
Aleksandr Safronov 20 avqust 1950-ci ildə İvanovoda anadan olub.Atası teatr rejissoru, Rusiyanın əməkdar artisti Aleksandr Safronovdur.
Sənətkar ilk dəfə ekrana 1975-ci ildə "Daha geniş addım, maestro" qısametrajlı filmində Solodovnikov rolunda çıxıb. Filmlərdəki ən diqqətçəkən rolları arasında "Kafe İzotop", "Duenna" və "Potapovun həyatından" filmləri var.
Safronov uzun illər radio və televiziyada diktor işləyib. Müxtəlif vaxtlarda 20-dən çox tamaşanın rejissoru olub.
Teatr aktyorluğu əsərləri arasında "Veronalı iki cənab", "Anna Karenina", "Oyun" və bir çox başqa tamaşalar var.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto