Bütün xəbərlər
Aktyor və rejissor Artur Koçkanyan vəfat edib
Tarix: 05-05-2025 11:20 | Bölmə: Mədəniyyət

Nijni Novqorod aktyoru və rejissoru Artur Koçkanyan 60 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciəli xəbərlə bağlı Stepanov adına Nijni Novqorod Kamera Musiqili Teatrından bildirilib.
Teatrın VK səhifəsində deyildiyi kimi, Artur Aleksanoviç Koçkanyan təkcə aktyor və rejissor deyil, həm də müəllim idi.
"Koçkanyan öz tələbələrində və tamaşalarında qalacaq. Mayın 24-də onun quruluşunda "Truffaldino" musiqili tamaşası sənətkarın parlaq xatirəsinə həsr olunacaq", - məlumatda deyilir.
Aktyor Nijni Novqorod Teatrında işləməkdən əlavə, "Metod" serialında Kamo rolunu oynayıb.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto